Bizə yazın

Baku

-°C

USD

-

Əli Əsədov qərar imzaladı

Siyasət 25 Aprel 2025, 15:41

31539

Nazirlər Kabineti “Hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılması, mülki hava gəmilərinin dövlət reyestrinə daxil edilməsi və çıxarılması Qaydası”nı təsdiqləyib.

CityPost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, hava gəmilərinin dövlət qeydiyyatının və uçotunun aparılmasını aşağıdakı qurumlar həyata keçirəcək:

- dövlət aviasiyasına aid hava gəmilərinə münasibətdə - Müdafiə Nazirliyi;

- mülki aviasiyaya aid hava gəmilərinə münasibətdə - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi;

- mülki eksperimental aviasiyaya aid hava gəmiləri üzrə - Dövlət Mülki Aviasiya Agentliyi, dövlət eksperimental aviasiyasına aid hava gəmiləri üzrə - Müdafiə Nazirliyi.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində BMT-nin Məskunlaşma Proqramının Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin direktoru Erfan Ali ilə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycanın dayanıqlı şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dəyişmələrinə uyğunlaşma istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Bu xüsusda IDEA İctimai Birliyinin şəhər mühitinin yaxşılaşdırılması, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji maarifləndirməyə yönəlmiş layihə və təşəbbüsləri diqqətə çatdırılıb.Müzakirələr çərçivəsində sahilyanı şəhərlərin iqlim dayanıqlılığının gücləndirilməsi, müvafiq risklərin qiymətləndirilməsi və şəhərsalma kontekstində ekoloji amillərin nəzərə alınmasının...

13 Noyabr 2026, 07:25

Bakı və İrəvan yeni əməkdaşlıq mərhələsinə keçir? – POLİTOLOQDAN DİQQƏTÇƏKƏN ŞƏRH

Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın “Avropa Siyasi Birliyi”nin Dublində keçirilən 9-cu sammiti çərçivəsində görüşü və müzakirə olunan məsələlər diqqət çəkib.Citypost.az xəbər verir ki, politoloq Asif Nərimanlı görüşün nəticələrini və müzakirə olunan istiqamətləri şərh edib.Politoloqun sözlərinə görə, liderlər sülh gündəliyinin inkişafı istiqamətində geniş müzakirələr aparıblar. Bu gündəliyə TRİPP (Zəngəzur dəhlizi) layihəsi üzrə görülən işlər, Ermənistana yüklərin daşınmasında Azərbaycanın tranzit rolu, ikitərəfli iqtisadi və ticarət əlaqələrinin inkişafı, eləcə də elektrik şəbəkələrinin birləşdirilməsi perspektivləri daxildir.Asif Nərimanlı görüşün mühüm məqamlarından birinin Azərbaycan və Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qruplarının yaradılması olduğunu vurğulayıb.O qeyd edib ki, bu istiqamət...

13 Noyabr 2026, 01:58

Elçin Rüstəmli: “Tramp buna çalışdı, amma sistem imkan vermədi”

Siyasi şərhçi-jurnalist Elçin Rüstəmli ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında gündəmə gələn dizel yanacağı sövdələşməsinin baş tutmaması ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Elçin Rüstəmli bildirib ki, Rusiya yanacağını daşıyan tankerlər ABŞ sahillərinə çatmamış istiqamətlərini dəyişərək geri dönüblər.O, baş tutmayan sövdələşməni siyasi baxımdan dəyərləndirərək ABŞ Prezidenti Donald Trampın bu istiqamətdəki cəhdlərinin mövcud sistemin maneələri ilə üzləşdiyini vurğulayıb.“Yaxşı xəbər odur ki, Tramp-Putin arasında əldə olunmuş dizel sövdələşməsi baş tutmadı. Rusiya yanacağını daşıyan tankerlər ABŞ sahillərinə çatmamış sükanı geri döndərib. Tramp ha çalışdı, sistem imkan vermədi”, – deyə Elçin Rüstəmli...

13 Noyabr 2026, 01:53

Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb.Citypost.az xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham tərəfindən imzalanıb."Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xatırlayaraq, ikitərəfli əlaqələrin gücünü, dərinliyini və dinamizmini qəbul edərək, qarşılıqlı hörmətə, ortaq maraqlara və praktik əməkdaşlığa əsaslanan...

13 Noyabr 2026, 00:47

Meloni İlham Əliyevlə məsləhətləşmə apardı

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevlə məsləhətləşmə aparıb.Citypost.az xəbər verir ki, bu, İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısı çərçivəsində baş tutub.Qeyd edək ki, Prezident İlham Əliyev Zirvə toplantısında iştirak etmək üçün Dublinə səfər edib.

13 Noyabr 2026, 00:45

Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.Citypost.az xəbər verir, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün daha böyük potensialın mövcudluğu qeyd edilib.Azərbaycanın və Litvanın dövlət başçıları regional sülh gündəliyi, ikitərəfli münasibətlər və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

13 Noyabr 2026, 00:45