Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan XİN-dən İrəvan və Parisə SƏRT REAKSİYA

Siyasət 25 Aprel 2025, 16:14

16982

23 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda “məşəl yürüşü” zamanı, habelə 24 aprel tarixində Fransanın paytaxtı Paris şəhərində erməni icmasının toplantısı zamanı Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.

CityPost.az xəbər verir ki, bu barədə XİN-in Azərbaycan bayrağının Ermənistanda və Fransada yandırılması ilə bağlı bəyanatında bildirilib.

Qeyd edilib ki, Ermənistan və Fransa hökumətləri etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyaların qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.

"Ermənistan və Fransa hökuməti bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməlidir.

Ermənistanda və ondan kənarda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır", - bəyanatda vurğulanıb.

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev: Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir.Citypost.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində deyib.Dövlət başçısı qeyd edib ki, Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir.“Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur. Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir”, - Prezident İlham Əliyev vurğulayıb....

08 Noyabr 2026, 13:58

Prezident: Qələbəyə aparan əsas yol xalqın və əsgərlərin ürəyindən keçib

Uzun illər ərzində ordu quruculuğu, Silahlı Qüvvələrin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordununn müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbənin qazanılmasında böyük rol oynayıb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciətində deyilir.Prezident bildirib ki, amma Qələbəyə aparan əsas yol xalqın, əsgər və zabitlərinin ürəyindən keçirib:"Bizi irəliyə aparan yol ləyaqət yolu idi. Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Mən işğal dövründə dəfələrlə müxtəlif tədbirlərdə açıq bəyan edirdim ki, Azərbaycan işğalla barışmayacaq. Baxmayaraq ki, Ermənistanın arxasında dayanan ölkələr bizi bu işğalla barışdırmaq istəyirdilər. Dəfələrlə bildirirdilər ki,...

08 Noyabr 2026, 13:56

İlham Əliyev: Bir gün də dayanmadıq, bir gün də geri addım atmadıq

Bu təbrik sözlərini Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bura şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci zəfər tağıdır. Birincisi Bakıda, ikincisi isə burada, Xankəndidədir. Bakıda Zəfər tağının yanında Zəfər Muzeyi də fəaliyyət göstərir.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciətində deyilir.Prezident bildirib ki, hər bir şəhidin adı muzeydə həkk olunub:"Xankəndidə də Zəfər Muzeyi olacaq. Artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin...

08 Noyabr 2026, 13:55

Şahbaz Şərif İlham Əliyevi TƏBRİK ETDİ

Zəfər Gününün altıncı ildönümü münasibətilə əziz qardaşım, Prezident İlham Əliyevi və Azərbaycanın cəsur, qardaş xalqını səmimiyyətlə təbrik edirəm.Citypost.az  xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.O qeyd edib ki, 8 Noyabr, təxminən otuz ildən sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur.“Bu zəfəri mümkün edən şəhidlərimizin xatirəsini dərin ehtiramla anırıq. Pakistan o zaman da Azərbaycanın yanında olmaqdan qürur duyurdu, bu gün də, həmişə də Azərbaycanın yanındayıq.Ötən il Bakıda keçirilən və Prezident İlham Əliyevlə birlikdə iştirak etmək şərəfinə nail olduğum Zəfər Günü paradı xalqlarımız arasındakı sarsılmaz dostluq tellərini...

08 Noyabr 2026, 11:42

Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:“Hörmətli İlham Heydər oğlu.Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.Bu əlamətdar tarix Azərbaycanın dövlətçilik salnaməsində xüsusi yer tutur, xalqın birliyinin gücünü, milli maraqlarını qorumaq əzmində sarsılmaz iradəsini təcəssüm etdirir.Sizin nüfuzlu rəhbərliyinizlə Azərbaycan BMT Nizamnaməsinin fundamental prinsiplərinə və beynəlxalq hüququn normalarına əsaslanaraq ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini möhkəmləndirmiş, ölkənin gələcək davamlı inkişafı üçün möhkəm zəmin yaratmışdır.Azərbaycanın Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasəti beynəlxalq ictimaiyyətin dəstəyini qazanır. Sülh gündəliyinin irəli aparılması regionun bütün ölkələrinin maraqlarına cavab verir, onların iqtisadi inkişafı üçün...

08 Noyabr 2026, 11:40

Vüqar Rəhimzadə: Bayrağımız Zəfərin və ərazi bütövlüyümüzün simvoludur

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Günü Azərbaycan xalqının vahid ideologiya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdiyini nümayiş etdirən ən ali bayramlardan biridir. Bayraq keçmişimizlə gələcəyimiz arasında mənəvi körpü olmaqla yanaşı, hər bir vətəndaşın dövlətə olan sadiqliyinin və vətənpərvərlik hissinin ali təzahürüdür. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan...

07 Noyabr 2026, 10:38