Bizə yazın

Baku

-°C

USD

-

VII çağırış Milli Məclisin ilk plenar iclası başladı

Siyasət 30 Sentyabr 2024, 12:00

12069

VII çağırış Milli Məclisin payız sessiyasında ilk plenar iclası başlayıb.

Citypost.az xəbər verir ki, spiker Sahibə Qafarova sessiyanı açıq elan edib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Toplantının gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında.

2. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqında.

3. Milli Məclisin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqında.

4. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında.

5. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin seçilməsi haqqında.

6. Milli Məclisin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.

7. Milli Məclisin Əmək və sosial siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.

8. Milli Məclisin Səhiyyə komitəsi üzvlərinin seçilməsi haqqında.

9. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi üzvlərinin seçilməsi haqqında.

10. Milli Məclisin Gənclər və idman komitəsi üzvlərinin seçilməsi haqqında.

11. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında.

12. Milli Məclisin Regional məsələlər komitəsi üzvlərinin seçilməsi haqqında.

13. Milli Məclisin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında.

14. Milli Məclisin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında.

15. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında.

16. Milli Məclisin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında.

17. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında.

Toplantıda Mərkəzi Seçki Komissiyası yeni seçilən deputatlara vəsiqələr təqdim edəcək.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şahin Cəfərli: “ABŞ Konqresinin yeni tərkibi həm Rusiyaya, həm də Trampa qarşı sərt mövqe tutacaq”

Politoloq Şahin Cəfərli ABŞ-da keçirilən seçkilərin nəticələri və Konqresin yeni tərkibində gözlənilən siyasi dəyişikliklərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist, sosial şəbəkə hesabında etdiyi paylaşımda demokratların Nümayəndələr Palatasında üstünlük əldə etməsindən və Hakim Ceffrisin bu qurumun sədri seçilməsinin gözlənilməsindən bəhs edib.Politoloqun sözlərinə görə, ABŞ siyasi tarixində ilk dəfə olaraq qaradərili siyasətçi Nümayəndələr Palatasının sədri olacaq. Demokratlar bu vəzifəyə hazırda palatada azlıq lideri olan Hakim Ceffrisi layiq görüblər. Konqresin yeni tərkibinin 2027-ci ilin yanvarında fəaliyyətə başlayacağı bildirilir.Şahin Cəfərli qeyd edib ki, hələ bir neçə seçki dairəsində səslərin hesablanması davam edir. Yekun nəticələrə əsasən, Nümayəndələr Palatasında demokratların ən azı 259, respublikaçıların...

19 Noyabr 2026, 00:57

Jurnalist: İlham Əliyev Azərbaycanın müasir siyasi məktəbini formalaşdırıb

Jurnalist Nicat Hüseyn Dağlar Prezident İlham Əliyevin beynəlxalq siyasətdə nümayiş etdirdiyi siyasi iradə, strateji səbr və prinsipial mövqe ilə bağlı fikirlərini bölüşüb.Citypost az xəbər verir ki, jurnalist, sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müasir tarixində özünəməxsus siyasi məktəb formalaşdırıb. Bu siyasi yanaşmanın əsasını isə milli maraqların hər şeydən üstün tutulması təşkil edir.Jurnalistin sözlərinə görə, Azərbaycanın milli maraqları heç bir siyasi konyunkturaya, xarici təzyiqə, geosiyasi hesablaşmaya və hətta ən yaxın tərəfdaşlarla münasibətlərin qorunması naminə belə qurban verilməməlidir.Nicat Hüseyn Dağlar vurğulayıb ki, Prezident İlham Əliyev beynəlxalq münasibətlərdə dostluq və tərəfdaşlıq prinsiplərinə üstünlük versə də, heç bir...

19 Noyabr 2026, 00:53

Ceyhun Bayramovla Hakan Fidanın telefon danışığı oldu

Türkiyənin xarici işlər naziri Hakan Fidanla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.Citypost.az xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.

18 Noyabr 2026, 23:40

Ceyhun Bayramov Arye Laytstounu qəbul etdi

18 noyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib.Citypost.az xəbər verir ki, görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətləri, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Tərəflər iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə konkret layihələrin perspektivlərini nəzərdən keçiriblər.Bununla yanaşı, regional bağlantıların, Orta Dəhlizin və nəqliyyat-logistika imkanlarının inkişafı məsələləri müzakirə olunub. Bu çərçivədə, eyni zamanda TRIPP layihəsinin regional nəqliyyat və iqtisadi bağlantıların gücləndirilməsinə, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsinə töhfəsi vurğulanıb.Görüşdə həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran istiqamətlər...

18 Noyabr 2026, 20:40

Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirildi

Bu gün Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Avstriyanın Avropa və Beynəlxalq İşlər üzrə Federal Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Avstriya nümayəndə heyətinə isə Avropa və Beynəlxalq İşlər üzrə Federal Nazirliyinin baş direktoru Hanna Liko rəhbərik edib.Məsləhətləşmələr zamanı Azərbaycan-Avstriya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, bu çərçivədə həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb, habelə regional və beynəlxalq məsələlər nəzərdən keçirilib.Tərəflər siyasi dialoqun dərinləşdirilməsi məqsədilə qarşılıqlı rəsmi səfərlərin həyata keçirilməsinin, müntəzəm təmasların davam etdirilməsinin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin keçirilməsinin...

18 Noyabr 2026, 18:00

Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb

Bu gün Baş nazir Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən xəbər verilib.Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.Oktyabrın 30-da keçirilmiş Azərbaycan–Gürcüstan Hökumətlərarası Komissiyasının 11-ci iclasında razılaşdırılan məsələlərin icrası, həmçinin ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib. Ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub....

18 Noyabr 2026, 17:39