Prezident Leonid Slutskini qəbul etdi-Yenilənib
Siyasət 30 Sentyabr 2024, 19:45
23418
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutskini qəbul edib.
Citypost.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Hörmətli Leonid Eduardoviç. Sizi salamlamağa çox şadam. Xoş gəlmisiniz. Sizin səfəriniz böyük əhəmiyyətə malikdir. Əminəm ki, bu səfər ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verəcək.
Bildiyiniz kimi, ötən ay Rusiya Federasiyası Prezidentinin ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişafına çox böyük təkan verən dövlət səfəri oldu. Sizə də məlumdur ki, qanunvericilərimiz arasında fəal parlamentlərarası əlaqələr mövcuddur. Hökumətlərarası Komissiya uğurla fəaliyyət göstərir, humanitar əməkdaşlıq fəal inkişaf edir. Rusiya Prezidentinin səfəri çərçivəsində bütün bunlar və bir çox digər məsələlər müzakirə olunub. Biz münasibətlərimizin ardıcıl, dinamik xarakterini bir daha məmnunluqla qeyd etdik. Əlbəttə, ölkələrimizin siyasi qüvvələrinin partiyalararası əlaqələri də qarşılıqlı fəaliyyətin mühüm amilidir. Siz Rusiya Federasiyasının bütün regionlarında böyük nüfuza malik olan Rusiya Federasiyasının aparıcı siyasi partiyalarından birinə rəhbərlik edirsiniz. Partiyanızın nümayəndələrinin nümayiş etdirdiyi seçki kampaniyalarının uğurlu nəticələri siyasi qüvvənizin Rusiya Federasiyasının siyasi sistemində mühüm amil kimi böyük nüfuzundan xəbər verir.
Əlbəttə, biz bütün bunları böyük maraq və sevinclə müşahidə edirik. Sizə və rəhbərlik etdiyiniz partiyaya yeni-yeni uğurlar arzulayıram. Təbii ki, Dövlət Dumasının xarici siyasət istiqamətinin rəhbəri kimi siz, əlbəttə, gündəlik fəaliyyətinizdə Rusiya-Azərbaycan münasibətlərində əldə edilən uğurlarla tanış olursunuz. Düşünürəm ki, bu gün isə biz bu və digər məsələləri ətraflı müzakirə edəcəyik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirəcəyik.
Son olaraq, istərdim ki, gərgin iş cədvəlinizə baxmayaraq, vaxt tapıb Azərbaycanın Qarabağ bölgəsinə səfər etdiyinizə görə sizə təşəkkürümü bildirim. Sizin ziyarət etdiyiniz yaşayış məntəqələri arasında Şuşa şəhəri də olub. Bu, əlbəttə, səfərinizə xüsusi əhəmiyyət verir. Əminəm ki, Azərbaycan ictimaiyyəti də, ilk növbədə, keçmiş məcburi köçkünlər də Qarabağ bölgəsinə səfər etməklə bağlı qərarınızı layiqincə qiymətləndirəcəklər.
Bir daha xoş gəlmisiniz.
Həmçinin oxuyun
Sonra Leonid Slutski çıxış edərək deyib:
- Möhtərəm, əziz İlham Heydər oğlu. Bizə qardaş olan Azərbaycana hər dəfə səfər etmək, Sizinlə görüşmək və Azərbaycanın milli iqtisadiyyatın inkişafı üzrə uğurlarını böyük məmnuniyyətlə vurğulamaq mənim üçün həm şərəf, həm də mühüm hadisədir. Heydər Əlirza oğlunun bütün vəsiyyətləri uğurla həyata keçirilir. Sosial siyasətə gəldikdə, o, hər bir ailəni əhatə edir, bütün insanlara aiddir. Ölkənizdə hər il çox ciddi humanitar layihələr reallaşdırılır.
Azərbaycanın mədəniyyət mərkəzi Şuşada olmaq mənim çoxdankı arzumun həyata keçməsi baxımından əlamətdar oldu. Deyə bilərəm ki, Qarabağ bölgəsi inanılmaz templərlə bərpa olunur. Artıq Füzulidə və Zəngilanda çox gözəl beynəlxalq aeroportlar var, üçüncü hava limanı sürətlə tikilir. Bu gün Şuşa möhtəşəm tikinti meydançasını xatırladır, tarixi obyektlər bərpa olunur. Mən Şuşada olduğum üçün xoşbəxtəm. Bütün bunlar mənim üçün çox əlamətdar oldu. Ona görə də səfərə xüsusi olaraq bir gün əvvəl gəldim. Qarabağın Azərbaycanın tərkibinə qayıtması ilə nəticələnən antiterror əməliyyatının uğurlarının ən azından bir hissəsini öz adına çıxan bəzi region ölkələrinə münasibətdə xüsusi bir məqamı da qeyd etmək istəyirəm, - bununla yanaşı, milli miqyasda yoxsulluqla mübarizə üzrə strategiya uğurla hazırlanandan sonra Azərbaycan enerji cəhətdən müstəqil ölkə oldu, Sizin dahi atanızın, müasir Azərbaycan dövlətinin banisi, bizim də Rusiyada xatirəsini əziz tutduğumuz Heydər Əlirza oğlu Əliyevin bəlkə də ən böyük vəsiyyəti həyata keçdi. Ənənəyə uyğun olaraq, bu gün Moskvaya uçmazdan əvvəl mütləq onun məzarını ziyarət edəcəyəm, - burada mən Qarabağın qaytarılmasını nəzərdə tuturam. Bu məsələdə Azərbaycandan, Azərbaycan rəhbərliyindən, Azərbaycan xalqından, Azərbaycan Silahlı Qüvvələrindən başqa heç bir ölkənin hər hansı bir xidməti yoxdur. Bu, mühüm milli məsələ olmaqla yanaşı, Cənubi Qafqazda sabitlik, uğurla həll edilən tarixi vəzifədir.
Bu gün Azərbaycanın Qarabağ bölgəsində sürətli templərlə yeni iş yerlərinin yaradılması, o cümlədən elmi əsaslı klasterlərin həyata keçirilməsi prosesi gedir. Bəzilərinin Qarabağın tezliklə azad ediləcəyinə inanmadığı kimi, bu gün də kimsə bir neçə ildən sonra Qarabağda nələrin yaradılacağını təsəvvür etmir. Amma mən öz gözlərimlə gördüm ki, bu bölgə yenidən çiçəklənəcək, bərəkətli torpaqlara çevriləcək və Rusiya ilə Azərbaycanın mühüm infrastruktur şirkətləri də daxil olmaqla, əziz İlham Heydər oğlu, Sizin də müasir Azərbaycanın rəhbəri vəzifəsində çoxillik fəaliyyətinizi həsr etdiyiniz insanların rifahı naminə Qarabağda yeni infrastruktur layihələri həyata keçiriləcək.
Dünən hamımızın dərindən hörmət etdiyi, sevimli Polad Bülbüloğlunun mənimlə birlikdə olması da əlamətdar idi. O, 18 il Azərbaycanın mədəniyyət naziri olub. Həmçinin o, Azərbaycanın xarici siyasət xəttinin Rusiya istiqamətini səfir qismində layiqincə təmsil edərək Moskvada diplomatik korpusun duayeni qismində çalışıb. İndi isə Milli Məclisdə onun atasının da dünyaya gəldiyi Qarabağ bölgəsini layiqincə təmsil edir. Dünən biz Bülbülün tarixi ev-muzeyində olduq, bu vaxta qədər Özbəkistan, Qazaxıstan, Belarus prezidentləri, həmçinin digər müasir siyasi və ictimai xadimlər də burada olublar. Beləliklə, dünən mənim üçün ikiqat əlamətdar səfər oldu. Ona görə də indi aktual, ikitərəfli gündəliyimizdə olan, o cümlədən, əlbəttə ki, Milli Məclislə ən uğurlu şəkildə inkişaf edən parlament diplomatiyası müstəvisində məsələləri müzakirə edəcəyik.
Möhtərəm əziz İlham Heydər oğlu, dünən Şuşada olandan sonra bir daha Sizin qonağınız olaraq qəlbi Azərbaycanla döyünən, o cümlədən Azərbaycanın hüdudlarından kənarda olanları Qarabağın qaytarılması münasibətilə təbrik etmək istəyirəm. Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev: Çox sağ olun.
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb.Citypost.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib.O qeyd edib ki, noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində "Avropa Siyasi Birliyi" (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş "Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə", "Miqrasiya haqqında Bəyanata" və "Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına" bir sıra ölkələr qoşulub:"Məlumdur ki, EPC ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə...
13 Noyabr 2026, 13:42
Bəturə Nəbiyeva:“Böyük güclər Azərbaycanla hesablaşırlar”
Azərbaycan regionda yeni bir mərhələ yaradıb deyirdik . Bu gerçəyi hər keçən gün canlı -canlı görürük. Tarixi hadisələr gözümüzün qabağında cərəyan edir.İlham Əliyev dünyanın güc mərkəzıərindən daha birini Azərbaycanın ən yaxın dostu etməyi bacardı .Böyük Britaniya ilə strateji tərəfdaşlığa imza atıldı.Birgə Bəyannaməni Dublində Britaniyanın Baş naziri Endi Börnhamla Azərbaycan prezidenti İlham Əliyev imzaladı.Bu bilirsiz nə deməkdi?Bu Böyük Britaniyanın Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallığı qəbul və etiraf etməsi deməkdi.Bu Azərbaycanın müdafiəsinin, təhlükəsizliyinin bərkidilməsi, təhdidlərə qarşı Londonla birgə dayanması deməkdi.Bu Azərbaycanın hərb sənayesinin gücləndirilməsi, müdafiə qüdrətinin artırılması , müasir təhlükəsizlik çağırışlarına hazır olması deməkdi.Daha bir və vacib məqam bilirsiz nədi? Böyük Britaniyanın Azərbaycanın...
13 Noyabr 2026, 09:59
Aydın Quliyev:"Göy məscidin təhqirinə yalnız Azərbaycan açıq etiraz etdi”
Əməkdar jurnalist, “Bakı xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev İrəvandakı Göy məscidə qarşı yol verilən təhqiramiz münasibətlə bağlı Azərbaycanın mövqeyini yüksək qiymətləndirib.Citypost.az xəbər verir ki, politoloq bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Aydın Quliyev qeyd edib ki, İrəvandakı Göy məscidin təhqir olunmasına Türkiyədə hakim AK Parti iqtidarından və İrandan gözlənilən reaksiya verilməyib. Onun sözlərinə görə, bu məsələdə açıq etirazını bildirən tərəf Azərbaycan olub.Politoloq paylaşımında Azərbaycanın mövqeyini dini dəyərlərə və müsəlman həmrəyliyinə münasibətin nümunəsi kimi dəyərləndirib.“Müsəlmançılıq belə olar...”, – deyə Aydın Quliyev vurğulayıbTuran...
13 Noyabr 2026, 08:05
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” (“Building a competitive Europe – innovation, connectivity and affordable energy”) mövzusunda dəyirmi masada iştirak edib.APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə çıxış edən Prezident İlham Əliyev gələcəkdə alternativ enerjinin rolunun daha da artacağını deyib.Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin roluna toxunan dövlətimizin başçısı bu xüsusda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumunu qeyd edib.Bildirib ki, o vaxtdan bəri ölkəmiz Avropa İttifaqına qaz təchizatını səkkiz milyard...
13 Noyabr 2026, 07:45
İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.Citypost.az xəbər verir, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün daha böyük potensialın mövcudluğu qeyd edilib.Azərbaycanın və Litvanın dövlət başçıları regional sülh gündəliyi, ikitərəfli münasibətlər və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
13 Noyabr 2026, 07:28
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşü olub.Citypost.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, ölkəmizə səfərini xatırladıb. O, Azərbaycan-Avropa İttifaqı dialoqunun və əməkdaşlıq məsələlərinin müzakirəsini davam etdirmək üçün Prezident İlham Əliyevi Avropa İttifaqına səfərə dəvət edib.Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfərini xatırladıb və qeyd edib ki, bu, əlaqələrimizin inkişafına yaxşı imkanlar açır.Prezident İlham Əliyev ölkəmizin etibarlı tərəfdaş kimi Avropanın enerji təchizatı və enerji təhlükəsizliyində oynadığı rola toxunaraq vurğulayıb ki, Azərbaycan hazırda Avropa İttifaqının 10 üzv...
13 Noyabr 2026, 07:25