Sanksiya tətbiq edir, sonra deyir ki, dostluğu möhkəmləndirək...
Siyasət 04 Oktyabr 2024, 14:21
30489
Bugünkü gün antiazərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər.
Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə söyləyib.
Həmçinin oxuyun
“Bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?” - deyən dövlətimizin başçısı vurğulayıb ki, biz ancaq öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq.
Prezident İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 20-də Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşü olub.Bu barədə Citypost.az xəbər verib.
20 Noyabr 2026, 09:23
İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib.Bu barədə Citypost.az xəbər verir ki, məqbərənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyub.
20 Noyabr 2026, 08:51
Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib.Bu barədə Citypost.az xəbər verir ki,abidənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
20 Noyabr 2026, 08:48
Qulamhüseyn Əlibəyli: Paşinyan hakimiyyəti öz əlində cəmləşdirir
Ermənistanda yeni konstitusiya layihəsi hələ ictimaiyyətə tam açıqlanmayıb, amma ondan gələn ilk konkret xəbər maraqlıdır. Ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" qəzetinə təsdiqləyib ki, yeni Əsas Qanunda Təhlükəsizlik Şurasının katibi vəzifəsi nəzərdə tutulmur. Qəzet bu açıqlamanı belə şərh edib ki, yeni Konstitusiya qəbul olunarsa, hazırda bu vəzifəni tutan Alen Simonyan postunu itirəcək. Bu açıqlamaya və qəzetin şərhinə 2 aspektdən yanaşmaq olar. Birincisi, Təhlükəsizlik Şurası katibi vəzifəsinin Konstitusiyada nəzərdə tutulmasına xüsusi zərurət yoxdur. Konstitusiyalarda adətən Təhlükəsizlik Şurasının bir qurum kimi yaradılması, ona kimin rəhbərlik etdiyi və əsas funksiyası təsbit olunur. Şuranın tərkibi, daxili strukturu, katibin statusu və səlahiyyətləri kimi digər...
20 Noyabr 2026, 00:59
Aydın Quliyev:“Vətəndaş qarşıdurmasına bir addım da yaxınlaşdı”
“Bakı xəbər” qəzetinin baş redaktoru, Əməkdar jurnalist və politoloq Aydın Quliyev Türkiyədə siyasi vəziyyətlə bağlı sərt fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda AK Parti hökumətinin siyasi rəqiblərə qarşı atdığı addımları tənqid edib və bunun ölkədə vətəndaş qarşıdurması riskini artırdığını bildirib.Aydın Quliyev qeyd edib ki, Türkiyənin ən güclü siyasi rəqiblərinə qarşı “siyasi fəaliyyət yasağı” tətbiq olunması ciddi narahatlıq doğurur. Politoloq bu hadisələrin Türkiyənin siyasi tarixində baş verən oxşar prosesləri xatırlatdığını vurğulayıb.O, 1961-ci ildə Adnan Menderesin edamından sonra Türkiyədə siyasi rəqiblərə dəfələrlə qadağalar qoyulduğunu xatırladaraq, həmin qərarların hansı nəticələrə səbəb olduğunu yada salacağını bildirib.“Qardaş Türkiyə bizə əziz...
20 Noyabr 2026, 00:48
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Tbilisidə yaşayış binasında baş verən faciəvi partlayışla bağlı Gürcüstana başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.Nazirlik həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, faciədən zərər çəkənlərin yanında olduğunu bildirib və xəsarət alanlara tezliklə və tam sağalmalarını arzulayıb.
19 Noyabr 2026, 21:51