Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Cəbrayılda mühüm mesaj verdi

Siyasət 04 Oktyabr 2024, 15:12

16466

Azərbaycanın həm Cənubi Qafqazda möhkəmlənməsi, həm daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək.

Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində sakinlərlə görüşdə deyib.

Buna şübhə etmədiyini bildirən dövlətimizin başçısı qeyd edib:

“Əminəm, bizim siyasətimiz bunu diktə edir, bizim potensialımız bunu göstərir. Bizim gücümüz - siyasi çəkimiz, iqtisadi qüdrətimiz, hərbi gücümüz ildən-ilə ancaq artacaq. Bunu mən tam əminliklə deyirəm”.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əliabbas Məhərrəmli: “Parlamentdə müxalifət deputatlarının da səsini eşitmək istəyirik”

İctimai fəal Əliabbas Məhərrəmli Milli Məclisdə deputatların fəallığı və müxalifət partiyalarının parlamentdəki təmsilçilərinin mövqeyi ilə bağlı iradlarını bildirib.Citypost.az xəbər verir ki , O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Əliabbas Məhərrəmli qeyd edib ki, son vaxtlar parlamentdə müəyyən canlanma müşahidə olunur. Bir neçə deputatın fikirlərini açıq şəkildə ifadə etməsi, müzakirələrdə iştirak etməsi və bəzən fikir ayrılıqlarının yaşanması cəmiyyətdə də maraq doğurur.Lakin ictimai fəalın diqqət çəkdiyi məqam budur ki, parlamentdə fəallıq göstərən, mübahisələrə qoşulan və mövqeyini açıq bildirən deputatların əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir.O, Milli Məclisdə təmsil olunan 10-11 müxalifət partiyasının deputatlarının və xüsusilə partiya sədrlərinin ictimai-siyasi məsələlərlə bağlı...

18 Noyabr 2026, 00:33

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.Citypost.az xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilinin ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyi qeyd olundu.Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazir İrakli Kobaxidzeyə çatdırmağı xahiş etdi.Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etməsindən məmnunluq bildirildi.Azərbaycanla...

17 Noyabr 2026, 17:34

Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Citypost.az xəbər verir ki, qonaq, ilk növbədə, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin və Federal Kansler Fridrix Mertsin salamlarını dövlətimizin başçısına çatdırdı.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Almaniya Prezidentinə və Federal Kanslerinə çatdırmağı xahiş etdi.Söhbət zamanı bu ilin iyulunda dövlətimizin başçısının Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlandı. Həmin səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”, həmçinin Azərbaycan-Almaniya...

17 Noyabr 2026, 17:31

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” təsdiq edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.ƏtraflıQeyd edək ki, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” 2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanıb.

17 Noyabr 2026, 16:05

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə səfirliyin "X"dəki hesabında paylaşım olunub."Qardaş Azərbaycanı 17 Noyabr Milli Dirçəliş Günü münasibətilə təbrik edirik", - deyə paylaşımda qeyd olunub.

17 Noyabr 2026, 15:12

Prezident Vyetnama səfər edəcək

Prezident İlham Əliyev Vyetnama səfər edəcək.Citypost.az xəbər verir ki, səfər Vyetnam liderinin dəvəti ilə baş tutacaq.Məlumata görə, səfər 19-21 noyabr tarixlərini əhatə edəcək. (operativmedia)

17 Noyabr 2026, 14:18