Bizə yazın

Baku

-°C

USD

-

Şöhrət Eldəniz: “Azərbaycan-Türkiyə strateji münasibətlərinin dərinliyini dərk etmək lazımdır”

Siyasət 29 Sentyabr 2026, 09:25

2640

Tanınmış jurnalist Şöhrət Eldəniz Azərbaycan-Türkiyə münasibətləri ətrafında son günlər səsləndirilən fikirlərə münasibət bildirib.

Şöhrət Eldəniz qeyd edib ki, Türkiyə səfirliyinin və dövlət qurumlarının keçirdiyi tədbirlərdə “Bir millət, iki dövlət” şüarını səsləndirən və bu mövzuda paylaşımlar edən bəzi şəxslər hazırda Türkiyədəki müxtəlif anti-Azərbaycan və anti-Türk təbliğatına qoşulurlar. Onun sözlərinə görə, bu yanaşmalar cəmiyyətdə çaşqınlıq yaradır.

Jurnalist bildirib ki, ötən dövrdə “Şuşa Bəyannaməsi”ni Azərbaycanın təhlükəsizlik qarantı kimi təqdim edən və bu barədə geniş yazılar yazan bəzi şəxslər indi Türkiyə dövləti və xalqını ittiham edən fikirlər səsləndirirlər.

“Dünənə qədər ‘təhlükəsizlik qarantımız Şuşa Bəyannaməsidir’ deyib palaz-palaz məqalə, status yazanlar indi də Türkiyə dövlətini və millətini ittiham edən yazılar yazırlar. Məqsəd nədir?” – deyə Şöhrət Eldəniz sual edib.

O, Azərbaycan üçün Türkiyənin regional və strateji əhəmiyyətinə diqqət çəkərək, digər dövlətlərlə müqayisədə Türkiyənin Azərbaycanla münasibətlərinin xüsusiyyətlərinin fərqli olduğunu vurğulayıb.

“Rusiya, Fransa, ABŞ, İran və yaxud İsrail bizə Türkiyə kimi doğma olub sabah başımız yenidən dərdə girəndə dəstək olacağını düşünürsünüz?” – deyə jurnalist yazıb.

Şöhrət Eldəniz bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərində qarşılıqlı hörmət qorunmalı, hər hansı məsələyə etiraz edilərkən bunun forması və dili nəzərə alınmalıdır.

“Ona görə nəyəsə etiraz edəndə dozasını az edin. Özü də prezidentlərin bir-birinə qardaş deyib qucaqlaşdığını bildiyiniz halda”, – deyə o qeyd edib.

Jurnalist bəzi şəxslərin Türkiyədə yaşayan qohumları ilə bağlı da sərt fikirlər səsləndirib və onların müxtəlif məsələlərdən istifadə edərək anti-Azərbaycan və anti-Türkiyə mövqeyi nümayiş etdirdiyini iddia edib.

Şöhrət Eldəniz əlavə edib ki, Azərbaycan və Türkiyə dövlətləri arasında strateji münasibətlər daha geniş regional proseslərin bir hissəsidir. O, Prezident İlham Əliyevin “bizim Türk ailəsindən başqa ailəmiz yoxdur” fikrini xatırladaraq, bunu Azərbaycanın gələcək geostrateji yanaşmasının mühüm istiqamətlərindən biri kimi qiymətləndirib.

Jurnalist hazırkı müzakirələrin Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qüvvələrinin Qarabağ və Naxçıvanda keçirdiyi birgə hərbi təlimlərin gündəmdə qalmasına da təsir etdiyini bildirib.

“Bu cür söhbətlər ortaya atmaqla hazırda Qarabağda və Naxçıvanda keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan ordusunun birgə hərbi təlimini də gündəmdən, diqqətdən yayındırmağa çalışdılar. Əslində, qismən nail oldular. Bu təlimin əhəmiyyətindən yazmaqdansa, boş-boş adamların mənasız fikirləri ilə uğraşırıq”, – deyə Şöhrət Eldəniz vurğulayıb.

O, paylaşımının sonunda Azərbaycan-Türkiyə strateji münasibətlərinin əhəmiyyətinin nəzərə alınmasının vacibliyini qeyd edib və bu münasibətlərin müxtəlif sosial şəbəkə müzakirələri ilə zədələnməməli olduğunu bildirib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53