Fiko: Avropa İttifaqı və Rusiyanın bir-birinə ehtiyacı var
Siyasət 04 Oktyabr 2024, 17:21
33266
Slovakiyanın baş naziri Robert Fiko Rusiya ilə münasibətləri bərpa etmək üçün lazım olan hər şeyi etməyə hazır olduğunu açıqlayıb.
Citypost.az xəbər verir ki, bu barədə o, mətbuat konfransı zamanı bildirib.
"Əgər bu hökumətin mandatı dövründə müharibə başa çatarsa, o zaman Rusiya Federasiyası ilə iqtisadi və standart münasibətləri bərpa etmək üçün hər şeyi edəcəyəm. Avropa İttifaqının Rusiyaya, Rusiyanın isə Avropa İttifaqına ehtiyacı var",-deyə Fiko vurğulayıb.
Həmçinin oxuyun
Onun sözlərinə görə, Rusiya və Ukrayna danışıqlar masası arxasına əyləşməlidir, çünki münaqişənin hərbi həlli yoxdur.
Yeganə
Məhəmməd Əsədullazadə: “Putinin yalnız bir dostu var, o da Lukaşenkodur”
Politoloq Məhəmməd Əsədullazadə ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə münasibətləri və beynəlxalq siyasi proseslərlə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, politoloq bu barədə sosial şəbəkədəki şəxsi hesabında paylaşım edib.Məhəmməd Əsədullazadə bildirib ki, Donald Tramp Vladimir Putinlə dost olduğunu açıq şəkildə bəyan etsə də, bu münasibətləri ABŞ dövlətinin mövqeyi ilə eyniləşdirmək düzgün deyil.Politoloqun sözlərinə görə, ABŞ dövləti nə Rusiyanın, nə də Vladimir Putinin dostudur. O, həmçinin Putinin Trampı dost kimi qəbul etmədiyini iddia edib.Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya liderinin yeganə dostu Belarus Prezidenti Aleksandr Lukaşenkodur.Politoloq Çində keçirilən üçtərəfli konfransa da münasibət bildirib. Onun fikrincə, həmin görüşdə Donald Tramp...
23 Noyabr 2026, 00:30
Prezident İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi ölkəmizə səfərini və onunla görüşünü məmnunluqla xatırlayıb, yeni vəzifəsi ilə bağlı qonağı təbrik edib.Dövlətimizin başçısı 2026-cı ilin Azərbaycan-ABŞ əlaqələri üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib. Prezident İlham Əliyev bu xüsusda ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin ölkəmizə səfəri və bu çərçivədə “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının münasibətlərimizin genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin ən...
22 Noyabr 2026, 20:37
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar
Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub.Citypost.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya Hanoyun Köhnə Məhəlləsindəki (Old Quarter) XIX əsrdə tikilmiş, orijinal yaşayış memarlığını və tacir həyat tərzini əks etdirən İrs Evində Vyetnam irsinə aid əl işləri haqqında məlumat verildi.Azərbaycanın birinci xanımı və qızları Vyetnam çay təqdimetmə mərasiminə baxdılar.Sonra tarixi XI əsrə gedib çıxan və UNESCO-nun Qeyri-maddi Mədəni İrs siyahısına daxil edilmiş ənənəvi ifa sənəti (Ca Trù) nümayiş etdirildi. Bu, qadın ifaçının poetik ifası ilə üçsimli musiqi alətinin...
21 Noyabr 2026, 15:57
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
21 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş Katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edilib.Citypost.az xəbər verir ki, Bəyanatda tərəflər 1992-ci ildə diplomatik münasibətlərin təsis edilməsindən etibarən Azərbaycanın və Vyetnamın hər iki dövlətin rifahı naminə qarşılıqlı etimad, bərabərlik və qarşılıqlı hörmət əsasında güclü, ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq qurduqlarını qeyd etdilər. Onlar qarşılıqlı etimadın, suverenliyin, ərazi bütövlüyünün, daxili işlərə qarışmamanın və beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ciddi riayət etmənin ikitərəfli əlaqələrin möhkəm təməli olduğunu vurğuladılar.Dövlət başçıları 2025-ci ilin...
21 Noyabr 2026, 15:53
Vüqar Rəhimzadə: İlham Əliyevin Vyetnam səfəri strateji əhəmiyyət daşıyır
Beynəlxalq münasibətlər sistemində mövqeyini günbəgün möhkəmləndirən Azərbaycanın xarici siyasətində əməkdaşlıq coğrafiyasının genişləndirilməsi, eləcə də ənənəvi tərəfdaşlarla əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsas prioritetlərdəndir. Bunun üçün təkcə cari ilin ötən dövrü ərzində qarşılıqlı səfərlərin dinamikliyinə, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər fonunda yeni əməkdaşlıq formatlarının formalaşmasına və dövlət başçısı İlham Əliyevin beynəlxalq sammitlər çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi çoxsaylı görüşlərə nəzər salmaq kifayətdir. Çoxtərəfliliyin fəal tərəfdarı kimi çıxış edən Azərbaycan bu mövqeyini atdığı əməli addımlarla təsdiqləyir. Dövlətlərarası münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına xüsusi önəm verən ölkəmiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Bu yanaşma özünü çoxillik tarixi bağlara malik dövlətlərlə...
21 Noyabr 2026, 15:30
Prezident: Vyetnam Azərbaycan üçün mühüm tərəfdaşdır
Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda rəsmi naharda çıxışı zamanı deyib.Dövlətimizin başçısı vurğulayıb ki, keçən il Prezident To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni pilləyə qaldırıb
21 Noyabr 2026, 15:17