Bizə yazın

Baku

-°C

USD

-

Zaur Şükürov: “Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib”

Siyasət 29 Sentyabr 2026, 14:56

3373

Son illər ölkəmizdə təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlər siyahısına daha bir mühüm tədbir əlavə olundu - 25-26 sentyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirildi.  Sentyabrın 25-də dövlət başçımızın Forumun iştirakçılarına müraciətində və növbəti gün-26 sentyabrda tədbirdə iştirakı zamanı çıxşında ölkəmizdə əldə olunmuş uğurlar və gələcək inkişaf strategiyamız barədə çox önəmli fikirlər səsləndirdi.Prezident İlham Əliyev müraciətində Forumun mövzusunun “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal əlaqəliliyin və investisiya sabitliyinin dayağı kimi” müəyyən edilməsinin xüsusilə aktual olduğunu bildirərək, qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyi, təchizat zəncirləri yenidən formalaşdığı, yeni nəqliyyat, enerji və texnoloji əlaqələrin yarandığı bir şəraitdə sabitlik, əlaqəlilik və etibarlı tərəfdaşlıqların investisiyalar üçün getdikcə daha böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açıqlamasında bildirib.

Zaur Şükürovun sözlərinə görə, həqiqətən də, Forumda 30 trilyon dollara yaxın aktivləri idarə edən, investisiya, enerji və digər perspektivli sahələrdə ixtisaslaşmış dünyanın aparıcı şirkətlərinin rəhbər vəzifəli şəxslərinin bir araya gəlməsi Prezident cənab İlham Əliyevin liderliyi ilə ölkəmizdə formalaşmış əlverişli investisiya, təhlükəsizlik mühitinə, siyasi, makroiqtisadi sabitliyə, investisiyaların qorunması və maliyyə dayanıqlığına inam və etimadın nümayişi idi. Qeyd edilməlidir ki, məhz əlverişli investisiya mühiti sayəsində son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiya cəlb etmişik. Azərbaycanın dünya miqayasında etibarlı tərəfdaş kimi qənul edilməsi ilə bağlı dövlət başçımız çox vacib məqamları diqqətə çatdırdı. Belə ki, neft və qaz sektorunun inkişafına gətirib çıxaran, 30 il bundan əvvəl imzalanmış müqavilələrdə heç bir dəyişiklik edilməyib və bu da investorları cəlb etmək üçün amillərdən biri idi. Artıq bizim çox etibarlı tərəfdaş olduğumuza dair etibarlı portfelimiz var. Hətta biz müqavilə parametrlərinin bəziləri ilə 100 faiz qane olmasaq belə, bu məsuliyyətin üstün tutulmalı olduğunu düşünürük. Xüsusilə bugünkü dünyada vacib amillərdən biri təhlükəsizlikdir. Azərbaycan dünyanın ən təhlükəsiz yerlərindən biridir. Kriminogen vəziyyət tamamilə nəzarət altındadır. Son illərin göstəricilərinə nəzər yetirsək, qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda Azərbaycan iqtisadiyyatının yüksək dayanıqlıq nümayiş etdirdiyini görərik. Strateji hədəflərimizdən biri olaraq iqtisadiyyatımızın şaxələndirilməsi çərçivəsində qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Belə ki, son altı ildə qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil etmiş, qeyri-neft sənayesi 1,5 dəfə artmış, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlmişdir. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatmışdır. Xatırladım ki, keçən il keçirilən 1-ci Forum çərçivəsində imzalanmış ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişlərinin yetmiş faizdən çoxu qeyri-neft sektorunun payına düşmüşdür. Dövlət borcumuz aşağı səviyyədədir- daxili borcla birlikdə ÜDM-in 20 faizi həçmindədir. Xarici borc isə ÜDM-in 5,6 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcumuzu təxminən 20 dəfə üstələyir və valyutamız sabitdir,  müsbət ticarət balansımız var. 

Deputat vurğulayıb ki, Dövlət başçımız tədbirin moderatorunun ölkəmizin gələcək inkişafına dair perspektivlər barədə sualını cavablandıraraq qeyd etdi ki: "Uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Beləliklə, bütün bunlara əsaslanaraq, biz iqtisadi inkişafın ümumi tendensiyasına uyğunlaşmalı, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik. Əsas prioritetlərin bir neçəsini qeyd edərdim. Onlardan biri bərpaolunan enerjidir. Bizim çox böyük potensialımız var. Xəzər dənizinin Azərbaycan sektorunda biz 157 giqavatlıq enerji potensialına malikik. Bundan əlavə, quruda Günəş və külək elektrik stansiyaları artıq fəaliyyətdədir. Beləliklə, bizim hədəfimiz elektrik enerjisi istehsal etmək üçün təbii qaz istehlakını minimuma endirmək və həmin ehtiyatdan ixrac məqsədilə istifadə etməkdir. Qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələri olacaq. İqtisadiyyatın ikinci mühüm hərəkətverici qüvvəsi logistika, nəqliyyat və bağlantılardır. Biz fiziki infrastruktur yaradaraq, investorlar üçün daha anlaşılan biznes mühiti formalaşdıraraq və dənizə birbaşa çıxışı olmayan ölkə olduğumuza görə qonşularla birlikdə işləyərək bunun üzərində kifayət qədər uzun müddət çalışmışıq. Qonşular olmadan biz böyük tranzit ölkəsi ola bilmərik. Beləliklə, bu, xüsusilə bəzi ənənəvi təchizat zəncirlərinin müəyyən risklərlə üzləşdiyi hazırkı geosiyasi vəziyyəti nəzərə alsaq, əlavə stimullaşdırıcı amil ola bilər. Yerli və xarici investisiyalar üçün də bu əla fürsətdir. Əlavə elektrik enerjisi potensialına sahib olaraq biz sözsüz ki, iki istiqamətə diqqət yetiririk. Birincisi, süni intellekt data mərkəzləri ilə bağlı daxili tələbatı ödəmək üçün bu enerjidən maksimum dərəcədə necə istifadə etmək və onu necə ixrac etmək olar? Ötürücü xətlərimiz var, lakin onlar yetərli deyil. Beləliklə, hazırda biz yeni ötürücü xətlər üzərində işləyirik, mövcud olanları genişləndiririk və yenilərini inşa edirik. Bu, həmçinin gələcək iqtisadi inkişafın mühüm tərkib hissəsi ola bilər. Böyük potensiala malik sahələrdən biri də mədənçilikdir. Cəmi bir neçə gün bundan əvvəl mədənçiliklə əlaqədar dövlət proqramı qəbul edildi. Bu, çox sayda fəaliyyətə təkan verəcək dörd ili əhatə edən qısamüddətli bir proqramdır. Beləliklə, bunlar bizim inkişafımızın əsas istiqamətləridir və sözsüz ki, biz açıq-aşkar olan bir amili, - neft və qazı, - unutmamalıyıq, xüsusilə nəzərə alsaq ki, bu il çox sayda müqavilələr imzalanıb və bu gün də imzalanacaq. Yəni neft və qaz iqtisadiyyatımızda aparıcı rolunu qoruyacaq və əldə olunan gəlirlər yenidən iqtisadiyyata investisiya şəklində yönəldiləcək”.

Z.Şükürovun sözlərinə görə,Forum çərçivəsində “SOCAR, XRG və “TotalEnergies” şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə Yekun İnvestisiya Qərarı”, “SOCAR ilə “Comstock Resources” şirkəti arasında strateji tərəfdaşlığa dair Çərçivə Sazişi”, “SOCAR ilə “Apollo” şirkəti arasında “upstream” işlənmə və hasilat layihələrinə investisiya üzrə strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, “SOCAR ilə “Securing Energy for Europe GmbH” (SEFE) şirkəti arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, enerji infrastrukturunun inkişafı və hasilat layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “SOCAR ilə İtaliyanın “Eni S.p.A.” şirkəti arasında Kot-d’İvuar Respublikasında yerləşən “Baleine” neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının əldə olunması üzrə Əməliyyatın Tamamlanmasına dair Protokol”, “SOCAR və “ExxonMobil” şirkəti arasında Azərbaycan Respublikasının Orta Kür hövzəsi üzrə qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi”, “SOCAR və “Oracle” şirkəti arasında Oracle Alloy Agreement (və yaxud Əsas Şərtlər Toplusu)”, “SOCAR ilə VNG arasında Strateji Əməkdaşlığa dair Saziş”, “Azərbaycan Biznesinin İnkişafı Fondu ilə Hindistanın “UFlex Group” şirkəti arasında Üçtərəfli Birgə Müəssisə Müqaviləsi”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə “Carlsberg Group” şirkəti arasında Strateji Tərəfdaşlıq və İnvestisiya Çərçivə Sazişi”, “Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu ilə “Hong Kong Renteng International Trade Co. Limited” şirkəti arasında İnvestisiya Müqaviləsi” imzalanıb. İmzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub.Ölkə başçısı Azərbaycanın qlobal strateji tərəfdaşlıqlarının və qeyri-neft sektoruna artan xarici investisiyaların emal sənayesi, ticarət, enerji, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar kimi sahələrdə qlobal dəyər zəncirlərinə daha dərin inteqrasiyaya yol açdığını qeyd edərək, bu müsbət meyillərin beynəlxalq reytinq agentlikləri tərəfindən də etiraf olunduğunu bildirdi - “Fitch” və “Moody's” agentlikləri Azərbaycanın suveren kredit reytinqlərini investisiya səviyyəsinə yüksəltmiş, növbəti dövr üzrə proqnozu müvafiq olaraq “sabit” və “müsbət” kimi qiymətləndirmişdir. Maliyyə dayanıqlığımız 2025-ci ilin sonunda ÜDM-in 110 faizini ötmüş strateji valyuta ehtiyatlarımızla da bir daha təsdiqlənir.Bununla yanaşı, strateji coğrafi mövqeyimiz, nəqliyyat-logistika imkanlarımız, iqtisadi zonalar və sənaye parklarında mövcud olan müasir infrastruktur, vergi və gömrük sahəsində güzəştlər, habelə səmərəli dövlət-özəl tərəfdaşlığı perspektivli əməkdaşlıq yaradılması üçün geniş imkanlar açır.

Millət vəkili qeyd edib ki, son illər ölkəmizin ərazisindən keçən tranzit yüklərin həcmində sürətli artım müşahidə edilir. Şimalda və Cənubda davam edən müharibə və münaqişlər fonunda istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətlərində Azərbaycan vasitəsilə həyata keçirilən daşımalara tələbat artıb. Hər iki nəqliyyat dəhlizinin fəal iştirakçısı olan az sayda dövlətlərdən biri kimi, ölkəmizdən keçən tranzit yüklərin həçmi bu il 16 milyon tona çatacaq. Bu xüsusda ölkə başçımız  hədəfimizin 2030-cu ilədək, hər iki istiqamətdə, - həm Şərq–Qərb, həm də Şimal–Cənub marşrutlarında, - daşımaların həcmini 25 milyon tona, hətta daha yüksək səviyyəyə çatdırmaq olduğunu bildirərək, prosesin irəlilədilməsi üçün qonşularımızla fəal əməkdaşlıq edildiyini diqqətə çatdırdı. Beləliklə, ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda əldə olunmuş razılaşmalar ölkəmizin maraqlarına cavab verməklə yanaşı, regionumuzun da rifahına və inkişafına töhfə verəcək. Qeyd olunanları ümümiləşdirərək vurğulamalıdır ki, ölkəmizdə yaradılmış inkişaf modelinin, əlverişli investisiya mühitinin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, bu siyasi kursun Prezident cənab İlham Əliyevin heyrətamiz liderliyi ilə davam etdirilməsi nəticəsində əldə etdiyimiz uğurlar və heç şübhəsiz, şəhidlərimizin, qazilərimizin, Silahlı Qüvvələrimizin qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunması və regionda yaranan yeni reallıq dayanır.İnanırıq ki, qarşıdan gələn illərdə məhz bu inkişaf strategiyası ölkəmizin daha da güclənməsi və qlobal miqyasda nüfuzunun davamlı şəkildə artmasında mühüm rol oynayacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53