Əlövsət Ağalarov Netanyahuya və onun tərəfdarlarına səsləndi
Siyasət 30 Sentyabr 2026, 09:15
2727
Sabiq deputat Əlövsət Ağalarov İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışına münasibət bildirib.
Citypost.az xəbər verir ki, Əlövsət Ağalarov Netanyahu-nun çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı erməni soyqırımını inkar etməkdə ittiham etməsinə diqqət çəkib.
“Netanyahu sevdalılarının menyusuna səhər yeməyi əlavəsi. BMT-nin Baş Assambleyasındakı çıxışından bir-iki sitat: ‘Ərdoğan erməni genosidini inkar edir, tanımır’”, – deyə sabiq deputat yazıb.
O, Netanyahu-nun ABŞ-da yəhudilərə qarşı hücumlarla bağlı səsləndirdiyi fikirləri də xatırladıb və İsrail hökumətinin ABŞ rəhbərliyinə münasibətini sual edib.
Əlövsət Ağalarov bildirib ki, onun fikrincə, Türkiyə Prezidentinin erməni soyqırımı kimi təqdim olunan hadisələrlə bağlı mövqeyini dəyişməsi gözlənilməməlidir.
“Ərdoğan nə etməlidir, qondarma soyqırımı tanımalıdır?” – deyə o sual edib.
Sabiq deputat Netanyahu-nun Türkiyə və Ərdoğanı hədəf almasını da tənqid edib.
“Amma Ərdoğanın ölkəsində bircə nəfər də yəhudi yəhudi olduğu üçün öldürülmür, Ərdoğanı və Türkiyə dövlətini hədəf alırsan? İkiüzlülük budur, istər siyasətdə, istərsə də insani davranışda”, – deyə Ağalarov qeyd edib.
O, İsrailin siyasətini müdafiə edən azərbaycanlı jurnalist, politoloq və bəzi partiya rəhbərlərinə də müraciət edib.
Həmçinin oxuyun
“İndi sionistlərin müxtəlif tədbirlərində qrant, ənam, cibxərcliyi alıb sionizmi təbliğ edən, Netanyahuya haqq qazandıran jurnalistlər, politoloqlar, bəzi partiya rəhbərləri, cavab verin ki, biz qara camaat da bir şey anlayaq: Ərdoğanı və qardaş Türkiyəmizi hədəf alanlar, indi nə cür haqq qazandıra biləcəksiniz ki, bu beynəlxalq dərəcəli cəllad saxta erməni soyqırımını tanımaqdan imtina edən, olmayan bir şeyi haqlı olaraq inkar edən Ərdoğanı hədəf alır?” – deyə o yazıb.
Əlövsət Ağalarov bəzi şəxslərin Türkiyə ilə bağlı mövqeyini də tənqid edib və onları “dostu və düşməni düzgün tanımağa” çağırıb.
“Gerizəkalı olmayın, cənablar, bir azca ayılın. Dostunuzu-düşməninizi yaxşıca tanıyın. Amma az inandırıcıdır, ayılmayacaqsınız, aldığınız o qrantlar gözünüzü yaxşı yumub”, – deyə sabiq deputat bildirib.
O, həmçinin bəzi şəxslərin Türkiyə səfirliyinin tədbirlərində iştirak etməsini də gündəmə gətirib və bu məsələdə anlaşılmayan məqamların olduğunu iddia edib.
“Xub, siz həvəslə gedirsiniz, bəs səfirliyin əməkdaşları, səfirin özü sizləri nə əcəb belə həvəslə dəvət edir? Deməli, burada da nəsə anlaşılmayan məsələ var”, – deyə Ə. Ağalarov qeyd edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53