Bizə yazın

Baku

-°C

USD

-

Makron Paşinyanı tezliklə Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırıb

Siyasət 04 Oktyabr 2024, 18:42

30530

Fransa prezidenti Emmanuel Makron dünən Yelisey sarayında Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib və onunla Azərbaycanla sülh razılaşmasının əldə olunmasının zəruriliyini müzakirə edib.

Citypost.az xəbər verir ki, bu barədə Yelisey sarayının bəyanatında deyilir.

Qeyd edildiyi kimi, Makron bütün region xalqlarının rifahı naminə Ermənistan və Azərbaycan arasında mümkün qədər tez sülh müqaviləsinin imzalanmasına çağırıb.

"Bu kontekstdə o, beynəlxalq hüquq normalarına uyğun olaraq və bütün region xalqlarının maraqlarına uyğun olaraq tezliklə sülh sazişinin əldə edilməsi məqsədi ilə Ermənistan və Azərbaycan arasında davam edən müzakirələrə sadiqliyini bir daha təsdiqləyib", - məlumatda deyilir.

Makron və Paşinyan həmçinin Fransa və Ermənistan arasında ikitərəfli əməkdaşlığı gücləndirməyə davam etmək barədə razılığa gəliblər.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub.APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı. Həmin səfər çərçivəsində müzakirə olunmuş mövzuların icrasında yaxşı nəticələrin əldə olunduğu vurğulandı.Görüşdə iqtisadi-ticari əlaqələrimizin inkişafı, investisiya layihələrinin həyata keçirilməsi, iki ölkənin biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olundu.Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rola toxunularaq, ölkəmizin Çexiyanın ən iri neft təchizatçısı olduğu qeyd edildi....

12 Noyabr 2026, 23:50

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub.APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, söhbət zamanı Azərbaycan-Yunanıstan ikitərəfli əlaqələri nəzərdən keçirilib.Ölkəmizin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində oynadığı rol və bu məsələyə verdiyi töhfə vurğulandı. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxunulub.Görüşdə Azərbaycanın Avropaya enerji, xüsusilə qaz ixracının artırılması üçün əlavə imkanların olduğu bildirildi, bu baxımdan Avropa İttifaqının maliyyə və prosedur mexanizmlərinə yenidən baxılmasının vacibliyi vurğulanıb....

12 Noyabr 2026, 22:07

Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir

Yaxın saatlarda Prezident İlham Əliyevin Britaniyanın Baş naziri Endi Börnhemlə görüşü gözlənilir.APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüşdə Azərbaycan və Britaniya arasında Strateji Tərəfdaşlığa dair sənədin imzalanması gözlənilir.Bu sənədlə Azərbaycan və Britaniya münasibətlərində tam yeni səhifə açılır, əlaqələrdə yeni mərhələ başlayır.

12 Noyabr 2026, 21:36

Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib

Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.Bu barədə APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir.

12 Noyabr 2026, 20:41

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb.APA-nın Dublinə ezam olunmuş müxbiri xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması ilə bağlı Baş nazir Rumen Radevə bir daha başsağlığı verdi.Bolqarıstanın Baş naziri başsağlığına və ifadə olunmuş həmrəyliyə görə minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı, dostluq və strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edildi.Görüşdə enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilərək, bu istiqamətdə tərəfdaşlığı möhkəmləndirmək üçün yaxşı perspektivlərin olduğu vurğulandı,...

12 Noyabr 2026, 20:06

Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

Yaxın saatlarda Dublində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir.Bu barədə APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir.Qeyd edək ki, İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı keçirilir.

12 Noyabr 2026, 19:33