Bizə yazın

Baku

-°C

USD

-

Şöhrət Eldəniz: “İranın generalı Azərbaycanla yuxarıdan danışa bilməz”

Siyasət 02 Oktyabr 2026, 08:50

2402

Tehranda baş verən son görüş İran rejiminin mahiyyətini bir daha göstərdi. Özünü "general" adlandıran, əslində isə əli minlərlə günahsız insanın qanına batmış bir terror təşkilatının, SEPAH-ın üz qarası olan Möhsün Rezayi Azərbaycanın Baş nazirinin müavini ilə görüşərkən öz aləmində "üstünlük" nümayiş etdirməyə çalışdı.

Amma mən sizə bu alçağın kim olduğunu deyim.

Bu, murdar məxluq 40 ildir heç bir müharibədə bir döyüş belə qazanmayan, amma öz xalqını güllələməkdə, etirazçı qızları döyməkdə, zorlamaqda, Suriyada uşaqları bombalamaqda "qəhrəman" olan bir qurumun guya simvoludur. 

Möhsün Rezayi İran-İraq müharibəsində yüz minlərlə iranlı gənci "insan dalğası" ilə minaya göndərib məhv edən, sonra isə həmin müharibənin ən böyük uğursuz məxluqu kimi kənara atılan bir "general"dır. Hərbi savadı sıfır, siyasi keçmişi isə tamamilə rüsvayçılıqdır. Prezident seçkilərində dəfələrlə xalq tərəfindən rədd edilib, təhqir olunaraq meydandan qovulubdur.

Bu gün Milli Təhlükəsizlik Şurasının katibi adı altında oturub Azərbaycan kimi  bir dövlətə yuxarıdan aşağı baxmağa çalışan bu şəxs unudur ki, o, dünyanın əksər sivil dövləti tərəfindən terrorçu kimi tanınan bir qurumu təmsil edir. O qurum ki  10 illərdir İranda yaşayan millətlərin  sərvətini talayan, narkotik qaçaqmalçılığı ilə məşğul olan, Livanda Hizbullah, Yəməndə husilər, İraqda Haşdi Şabi kimi terror qruplarını maliyyələşdirən beynəlxalq bir mafiyadır. İndi belə bir qurumun generalı durub Azərbaycanla "böyük dövlət" tonunda danışır. O Azərbaycan ki, 44 gündə İranın və Rusiyanın dayaq durduğu erməni ordusunu darmadağın etdi. Xankəndidə üçrəngli bayrağı sancdı. İran rejimi isə 50 ilə yaxındır ki, İsrailə xəritədən siləcəyik deyir, amma cavabında öz paytaxtında, gözləri qarşısında əziz xələf terrorçu qonaqlarını öldürüləndə belə səsini çıxara bilmir. Şahin Mustafayevlə görüşdəki o alçaldıcı poza, ayaq-ayaq üstə atmaq, yuxarıdan baxmaq əslində tərbiyəsizliyin, şərəfsizliyin və  acizliyin göstəricisidir. Kompleksli adamlar belə edər. Güclü dövlətlər protokolla, hörmətlə davranar.

İran rejimi və onun Möhsün kimi tulaları bilməlidir ki, Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil. Sizin SEPAH-ınızın qorxutduğu ərəb ölkələrindən biri də deyil. Biz sizin sərhədinizdə sizin "təlim" adıyla gətirdiyiniz köhnə tanklarınızı elə sizin öz gözünüzə soxan, qarşılıq verib sizi sərhəddən qovan bir millətik. Biz sizin terror siyahınızda olan generallarınızın ucuz şoularını ciddiyə almasaq da unutmuruq da. Və bu əməlləri artıqlaması ilə sizin yadınıza salacaq gün elə də uzaqda deyil. O ki qaldı Möhsün Rezayi və onun kimilərə, bu "generallar" özlərindən əvvəlkilərin aqibətini yadlarına salsalar yaxşı olar.   Azərbaycan dövləti isə bu cür terrorçu qurumların generallarına daim layiq olduğu yeri qapının ağzını göstərməlidir. 

Şöhrət El-Dəniz 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53