Bizə yazın

Baku

-°C

USD

-

Zaur Qəriboğlu: “Türk adı altında Türk birliyinə qarşı savaşanlar var”

Siyasət 05 Oktyabr 2026, 09:09

2602

TÜRK ADI ALTINDA TÜRK BİRLİYİNƏ QARŞI SAVAŞANLAR!

Son günlər baş verənlər bir daha göstərdi ki, Türkiyə ilə Azərbaycan arasında problem yaratmaq üçün pusquda gözləyənlər var.

Ən təhlükəlisi də budur ki, onların bir qismi bunu məhz türk adı altında edir.

Türk adı altında gizlənən anti-türk çevrələr, Türk dünyasının birliyindən narahat olanlar, Azərbaycanla Türkiyənin arasına nifaq salmaq üçün fürsət axtaranlar yenidən iş başındadırlar.

Prezident İlham Əliyevin son çıxışı da belələrinin bir qisminin maskasını yırtdı.

Kimin kim olduğu ortaya çıxdı!

Hadisələrə dərindən baxmaq qabiliyyəti olmayanlar, siyasi analizdən uzaq olanlar, bir qismi isə məqsədli şəkildə Azərbaycan Prezidentinin fikirlərini Türkiyəyə qarşı çıxış kimi təqdim etməyə çalışdılar.

Nə vaxt Azərbaycan öz dövlət maraqlarından danışır, dərhal eyni dəstə ortaya çıxır:

“Azərbaycan Türkiyədən uzaqlaşır!”

“Əliyev Türkiyəyə mesaj verdi!”

“Azərbaycan Türk dünyasından üz döndərir!”

Yetər artıq!

Azərbaycan Türkiyənin vassalı deyil!

Türkiyə də Azərbaycanın vassalı deyil!

Biz qardaşıq! Biz bir millətin iki dövlətiyik!

Qardaşlıq bir-birinin dövlət maraqlarını tapdalamaq deyil. Əksinə, qardaşlıq bir-birinin müstəqilliyinə, dövlətinə, bayrağına və milli maraqlarına hörmət etməkdir.

İndi İlham Əliyevin Türk dünyasına münasibətini şübhə altına almağa çalışanlara bir neçə faktı xatırlatmaq lazımdır.

2024-cü ildə növbədənkənar prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində İlham Əliyev açıq şəkildə bəyan etdi:

“Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur.”

Diqqət edin!

Bunu hansısa seçki mitinqində, hansısa emosional toplantıda yox, Azərbaycan Prezidenti kimi and içdiyi mərasimdə, dövlətin gələcək xarici siyasət istiqamətlərindən danışarkən deyirdi.

Daha nə deməlidir?

Bir dövlət başçısı öz ölkəsinin geosiyasi ailəsini bundan daha açıq necə ifadə edə bilər?

İlham Əliyev həmin çıxışında Türk Dövlətləri Təşkilatını Azərbaycan üçün prioritet və əsas beynəlxalq təşkilat kimi xarakterizə edir və məqsədin TDT-ni qlobal arenada güc mərkəzinə çevirmək olduğunu bildirirdi.

İndi bunları görməyib, bir cümləni kontekstdən çıxarıb İlham Əliyevdən “anti-Türkiyə lideri” düzəltməyə çalışan adam ya siyasi savadsızdır, ya da niyyəti başqadır.

Başqa izahı yoxdur!

Azərbaycanın Türk dünyasına münasibəti sözlə də bitmir.

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadiyyatlarına 20 MİLYARD DOLLARDAN ÇOX sərmayə yatırıb!

Bu sərmayənin əsas hissəsi məhz Türkiyəyə qoyulub.

Azərbaycanın Türkiyə iqtisadiyyatına 1995–2025-ci illərdə birbaşa investisiyalarının həcmi 21 milyard dollardan çox olub. Türkiyədə Azərbaycan kapitallı iki minə yaxın şirkət fəaliyyət göstərir.

Azərbaycan Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə investisiya fondları yaradıb.

Bunlar şüar deyil!

Bunlar puldur, iqtisadiyyatdır, strateji layihələrdir, dövlət siyasətidir!

Türk dünyasının birliyinə qarşı olan dövlət öz milyardlarını niyə Türk dövlətlərinin iqtisadiyyatına yatırmalıdır?

Azərbaycan Türk dünyasından uzaqlaşırsa, niyə öz xarici siyasətinin əsas istiqamətlərindən birini Türk Dövlətləri Təşkilatının gücləndirilməsi elan edir?

Cavab çox sadədir:

Çünki Azərbaycan Türk dünyasından uzaqlaşmır. Azərbaycan Türk dünyasının mərkəzində dayanır!

Amma bu gün başqa bir mövzudan da Azərbaycana qarşı istifadə etməyə başlayıblar – hicab məsələsindən!

Məktəblərdə geyim qaydaları ilə bağlı qəbul edilən qərar bəzi çevrələr tərəfindən elə təqdim edilir ki, guya Azərbaycanda dövlət səviyyəsində “hicab ovu” başlayıb.

Yalanı bu qədər şişirtməyin!

Qəbul edilmiş qaydada “hicab” sözü ümumiyyətlə yoxdur. Söhbət dövlət ümumtəhsil məktəblərində vahid məktəbli formasından və dünyəvi təhsil prinsipindən gedir.

Bunun üzərindən Azərbaycanı din düşməni, müsəlman qadınların baş örtüyünə qarşı savaş açmış dövlət kimi təqdim etmək hansı məqsədə xidmət edir?

Azərbaycanda universitetlərdə hicablı xanımları görmək mümkündür. Küçədə hicablı qadın var, dövlət və özəl müəssisələrdə baş örtüklü qadın var.

Bəs onda niyə məktəbli formasına dair müzakirə birdən-birə “Azərbaycanda hicab qadağan edildi” kampaniyasına çevrilir?

Çünki bəzilərinə həqiqət lazım deyil.

Onlara Azərbaycanı Türkiyə cəmiyyətinin gözündə gözdən salmaq lazımdır!

Dünən İstanbulda Azərbaycan Baş Konsulluğunun qarşısında baş verənlər də bunun davamıdır.

Azərbaycan dövlətinə, onun bayrağına, dövlət başçısına münasibətdə təhqiramiz davranışı “Türkiyə sevgisi” adı altında təqdim etmək olmaz.

Mən də sual verirəm:

Bakıda bir qrup adam Rəcəb Tayyib Ərdoğanın şəkli ilə Türkiyə səfirliyinin qarşısına gedib eyni tərbiyəsizliyi etsəydi, Azərbaycan cəmiyyəti buna susardımı?

QƏTİYYƏN!

İlk etiraz edənlərdən biri şəxsən mən olardım!

Çünki Ərdoğan yalnız Türkiyə Respublikasının Prezidenti deyil, qardaş dövlətin Prezidentidir.

Eyni hörməti Azərbaycan dövlətinə və Azərbaycan Prezidentinə tələb etmək bizim haqqımızdır!

Heç kim “türkçülük” adı altında Azərbaycanı təhqir etmək haqqına sahib deyil.

Heç kim Türkiyə bayrağını əlinə götürməklə avtomatik olaraq türkçü olmur.

Türkçülük Türk dövlətlərini bir-birinə düşmən etmək deyil!

Türkçülük Ankara ilə Bakının arasına nifaq salmaq deyil!

Türkçülük Azərbaycanı Türkiyənin qarşısında vassal görmək deyil!

Türkçülük Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və bütün Türk dünyasının birliyini istəməkdir!

Bu gün Türk dünyasının qarşısında tarixi imkan yaranıb. Azərbaycan və Türkiyə bu prosesin iki əsas lokomotividir.

Bakı ilə Ankara arasında problem yaratmaq isə təkcə Azərbaycan–Türkiyə münasibətlərinə zərbə vurmaq deyil.

Bu, bütövlükdə Türk Birliyinə zərbə vurmaqdır!

Ona görə də Azərbaycanla Türkiyənin arasına nifaq salmağa çalışanların hansı bayrağı qaldırdığına, hansı şüarı səsləndirdiyinə yox, nəticədə KİMİN MARAĞINA XİDMƏT ETDİYİNƏ baxmaq lazımdır.

Çünki düşmən həmişə qarşına düşmən bayrağı ilə çıxmır.

Bəzən sənin bayrağını qaldırır.

Bəzən sənin şüarını səsləndirir.

Bəzən sənin millətinin adından danışır.

Amma gördüyü iş sənin birliyini dağıtmaq olur!

İnanıram ki, Azərbaycan və Türkiyə liderlərinin Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşündə bir araya gəlməsi bu gün bayram edənlərə ən yaxşı cavab olacaq.

Əliyevlə Ərdoğan arasında münasibət iki siyasətçinin şəxsi dostluğundan ibarət deyil.

Arxasında Şuşa Bəyannaməsi var.

Arxasında Azərbaycan–Türkiyə müttəfiqliyi var.

Arxasında milyardlarla dollarlıq iqtisadi əlaqələr var.

Arxasında ortaq tarix var.

Arxasında eyni dilin, eyni kökün, eyni millətin iradəsi var!

Heydər Əliyev deyirdi:

“Bir millət, iki dövlət!”

İlham Əliyev isə bu siyasi xətti daha geniş Türk dünyasına daşıyaraq bəyan etdi:

“Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur.”

Bundan daha açıq hansı mesajı gözləyirsiniz?

Ona görə də İlham Əliyevi Türk dünyasının qarşısında göstərmək istəyənlərə sözüm çox sadədir:

Ünvanı səhv salmısınız!

İlham Əliyev Türk dünyasını parçalayan yox, onun siyasi və iqtisadi inteqrasiyasını illərdir dövlət siyasətinə çevirən liderdir.

Azərbaycan da Türk dünyasının kənarında deyil.

Azərbaycan Türk dünyasının lokomotiv dövlətlərindən biridir!

Türk adı altında gizlənib Azərbaycanla Türkiyənin arasına nifaq salmaq istəyənlərin isə arzuları yenə ürəklərində qalacaq!

Çünki bizim aramızdakı bağ sosial şəbəkə kampaniyalarından, təxribatçı şüarlardan və bir neçə nəfərin konsulluq qarşısındakı hərəkətindən qat-qat böyükdür.

TÜRKİYƏ–AZƏRBAYCAN BİRLİYİNİ HEÇ BİR ŞEYTAN POZA BİLMƏZ!

BİR MİLLƏT, İKİ DÖVLƏT!

BİR AİLƏ – TÜRK DÜNYASI!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53