Bizə yazın

Baku

-°C

USD

-

Şöhrət Eldəniz İlham Əliyevin sözlərini belə şərh etdi: “Dövlət artıq teatrdan yorulub”

Siyasət 06 Oktyabr 2026, 10:27

2534

Prezident İlham Əliyevin YAP-ın qurultayında dediyi ən sərt cümlə əslində bu idi: "Şablonlardan, formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb". Bu, 30 illik idarəetmə sisteminə verilən diaqnoz idi. Prezident açıq deyir ki, dövlət artıq teatrdan yorulub. 

Şablon nədir? Şablon odur ki, məsələn hansısa rayonun icra başçısı Bakıdan yüksək çinli qonaq gələndə dərhal əmr verir yolu süpürürlər, ağacları rəngləyirlər, məktəbliləri 3 saat günün altında saxlayırlar və sair. Qonaq gedir, hər şey yenə əvvəlki kimi olur. Bu, formal tədbirdir. Və yaxud yığışıb ildə 4 dəfə eyni şəxşlər eyni məruzəni oxuyur, şəkil çəkdirib yuxarı hesabat göndərirlər ki, "tədbir keçirdik". Ortada heç bir nəticə yoxdur. Bu, şablondur.

Və yaxud bir məmur sosial şəbəkədə bir problem görəndə onu həll etmək əvəzinə, "araşdırılır" deyə şablon cavab yazır. Bu, formal yanaşmadır.

Prezident deyir ki, bu dövr bitdi. Çünki bu şablonlar dövlətə ziyan vurur. Bəs niyə indi dedi?

Çünki ölkə artıq başqa mərhələdədir. 44 günlük müharibəni şablonla qazanmaq olmazdı. Orda hər gün real qərar lazım idi. Formal hesabatla Şuşa alınmırdı. Prezident eyni reallığı indi sülh dövrünə gətirmək istəyir. Sosial şəbəkə dövründə sən formal tədbir keçirib, 10 şəkil çəkdirib iş gedir deyə bilməzsən. İnsanlar o şəkillərin arxasındakı boşluğu dərhal görür. Ən böyük ideoloji təhlükələrdən biri də elə budur. Prezident çıxışında açıq dedi ki, indi müharibə səngərdə deyil, beyinlərdə gedir. Kiberhücum, süni intellekt, xaricdən maliyyələşən dini şəbəkələr, TikTok-da yayılan dezinformasiya və sair. Bunlarla formal tədbir ilə mübarizə apara bilməzsən. Gərək real ideya, real iş ortaya qoyasan. Bəs Prezident nə istəyir? 

Bu cümlə ilə o, YAP-a və bütün məmur sinfinə 3 tapşırıq verir. 

Bir. Hesabat üçün yox, nəticə üçün işləyin. Mənə neçə tədbir keçirdiyinizi deməyin. Deyin ki, neçə gənci işlə təmin etdiniz, Qarabağa qayıdan ailənin neçə problemini həll etdiniz. Tədbir sayı yox, nəticə vacibdir. 

İki. Xalqın ayağına gedin, onları öz ayağınıza gətirməyin.

Formal tədbir odur ki, sən zalı doldurub camaatı məcbur gətirirsən. Real iş odur ki, sən kəndə gedirsən, o ailənin qapısını döyürsən. Prezidentin özü 20 ildir məhz bunu edir. Hər ay Qarabağda sadə vətəndaşlarla gedib görüşür, onların problemlərini eşidir, iş yerləri açır, bərpa işlərinə nəzarət edir, hərbçilərlə baş çəkir və sair. Və deyir ki, siz də bu cür işləyin.

 Üç. Partiya və məmurlar dövlətin yükü yox, dayağı olsun. YAP 800 min üzvü olan nəhəng maşındır. Əgər bu maşın ancaq şablon tədbirlərlə məşğul olsa, bu, dövlətin belində yükdür. Amma əgər bu maşın hər kənddə ideoloji dayağa, sosial şəbəkədəki hər yalana cavab verən real qüvvəyə çevrilsə, onda bu, dövlətin ən böyük silahıdır. Yəni şablonlardan əl çəkmək çağırışı əslində Prezidentin bütün sistemə dediyi ayılın siqnalıdır. Prezident deyirki, biz torpağı şablonla azad etmədik, qanla azad etdik. İndi də o torpağı saxlamaq, o torpaqda dövlət qurmaq şablonla olmayacaq. Kim köhnə qaydada, lent kəsməklə, şəkil çəkdirməklə, yalan hesabatla işləmək istəyirsə, o artıq yeni Azərbaycanın adamı deyil.

Zaman real iş görənlərin zamanıdır.

Şöhrət El-Dəniz.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53