Bizə yazın

Baku

-°C

USD

-

Xalid Kazımlı: “Birtərəfli mələkçilik etməklə problem düzəlməyəcək”

Siyasət 07 Oktyabr 2026, 09:19

2890

Əməkdar jurnalist, siyasi şərhçi Xalid Kazımlı Türkiyə-Azərbaycan münasibətləri ətrafında son günlər aparılan müzakirələrə münasibət bildirib.

Citypost.az xəbər verir ki, Xalid Kazımlı qeyd edib ki, daha əvvəl yazdığı yazıya ölkə daxilindən də reaksiyalar verilib. O, özünü “Turan hərəkatının başqanı” kimi təqdim edən Cahandar Bayoğlunun LAF TV-nin efirində onun yazısını “rəzalət” adlandırdığını və APA-nın Türkiyədən İsrailə bu il 460-dan çox gəmi reysinin olması barədə araşdırmasını da tənqid etdiyini bildirib.

Jurnalist yazıb ki, Bayoğlu, həmçinin onun Ərdoğanı təhqir etdiyini iddia edib.

“Əsl rəzalət həlledici məqamlarda aydın mövqe tutmamaq, doğrunu dilə gətirməməkdir”, – deyə Kazımlı vurğulayıb.

Onun sözlərinə görə, hazırda əsas suallardan biri “Hər şey necə başladı?” sualıdır. Kazımlı hesab edir ki, bu suala konkret cavab vermək əvəzinə müxtəlif izahlar səsləndirilir.

Siyasi şərhçi bildirib ki, onun fikrincə, proses Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 22-də Azərbaycanda “hicab qadağası” ilə bağlı məsələni gündəmə gətirməsindən sonra sosial şəbəkələrdə Azərbaycana qarşı sərt reaksiyaların artması ilə başlayıb.

Kazımlı daha sonra İstanbuldakı Azərbaycan konsulluğunun qarşısında təşkil olunan aksiyaya da toxunub. O, Türkiyə səfirliyinin qarşısında analoji aksiyanın Azərbaycanda keçirilməsi halında polis müdaxiləsinin necə ola biləcəyi ilə bağlı sual ünvanlayıb.

“AKP iqtidarı Azərbaycanı və rəhbərini təhqir edənləri cəzalandırdı? Yox”, – deyə jurnalist yazıb.

Kazımlı tərəflər arasında mövcud problemi xarici qüvvələr, müxtəlif qruplar və digər amillərlə izah etmək əvəzinə, konkret sualların ortaya qoyulmasının vacibliyini qeyd edib:

“Ortada bildiyimiz və bilmədiyimiz səbəblərdən bir problem var və biz burada oturub birtərəfli şəkildə mələkçilik etməklə düzələn deyil. Suallar aydın qoyulmalı (“Dartışmanı kim başladıb və niyə”), cavablar da aydın verilməlidir, xarici gücləri, sionistləri, pedofilləri, LGBT-çiləri ortaya tökməyə ehtiyac yoxdur”.

Əməkdar jurnalist Türkiyə və Azərbaycanın qardaş ölkələr olduğunu vurğulayaraq, qardaşlığın qarşılıqlı və səmimi münasibətlər üzərində qurulmasının vacibliyini bildirib.

“Türkiyə və Azərbaycan qardaş ölkələrdir. Amma qardaşlıq əsl qardaşlıq olmalıdır”, – deyə Xalid Kazımlı qeyd edib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53