Bizə yazın

Baku

-°C

USD

-

Hicab müzakirələrinin arxasında hansı məqsəd dayanır? – Deputatdan AÇIQLAMA

Siyasət 12 Oktyabr 2026, 16:06

2771

Azərbaycan bu gün müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, güclü iqtisadi və siyasi potensiala malik, milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət kimi beynəlxalq aləmdə özünəməxsus mövqeyi və nüfuzu ilə seçilir. Müasir dünyada müharibələrin, geosiyasi qarşıdurmaların, siyasi və iqtisadi ziddiyyətlərin dərinləşdiyi, beynəlxalq təhlükəsizlik sisteminin ciddi sınaqlarla üzləşdiyi bir şəraitdə ölkəmizin sabitlik, əmin-amanlıq və təhlükəsizlik mühitini qoruyub saxlaması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət, beynəlxalq tərəfdaşlarla qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri, regional və qlobal əməkdaşlıq təşəbbüslərində fəal iştirakı ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə mühüm töhfə verir.Azərbaycan təkcə regionda baş verən proseslərin fəal iştirakçısı deyil, həm də mühüm beynəlxalq məsələlərin müzakirə olunduğu, əməkdaşlıq imkanlarının genişləndirildiyi və qarşılıqlı maraqların uzlaşdırıldığı etibarlı tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik və uzaqgörən siyasət nəticəsində ölkəmiz mühüm tarixi nailiyyətlər əldə edib, dövlət müstəqilliyini və milli maraqlarını qorumaq istiqamətində ardıcıl siyasət yürüdüb. Bu siyasətin ən mühüm nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, dövlətin gücü yalnız iqtisadi və hərbi potensialı ilə deyil, cəmiyyətin birliyi, milli dəyərlərə bağlılığı, vətəndaşların məsuliyyət hissi və ölkənin gələcəyinə inamı ilə müəyyən olunur. Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışında səsləndirdiyi fikirlər bu baxımdan böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir.

Bu gün xarici mərkəzlər nəzarət etdikləri media vasitələri və sosial şəbəkə platformaları üzərindən zərərli ideoloji təbliğat apararaq Azərbaycan cəmiyyətinə, xüsusilə dünyagörüşü və düşüncə tərzi hələ formalaşmaqda olan uşaqlara, gənclərə təsir göstərməyə çalışırlar. Bu qüvvələr cəmiyyətimizin tərəqqisinə mane olan, milli düşüncənin inkişafını məhdudlaşdıran dini xurafat və mövhumatı yenidən gündəmə gətirərək onları insanların həyat tərzinə çevirməyə cəhd edirlər. Halbuki ötən əsrin əvvəllərində Azərbaycanın görkəmli ziyalıları, mütəfəkkirləri və maarifçiləri cəmiyyətin inkişafına əngəl törədən bu kimi yanaşmaları kəskin tənqid etmiş, xalqın maariflənməsini və dünyəvi düşüncənin möhkəmlənməsini tərəqqinin əsas şərtlərindən biri kimi qiymətləndirmişlər. Xarici mərkəzlərin əsas hədəflərindən biri dini amildən siyasi təsir vasitəsi kimi istifadə etməklə Azərbaycanın müstəqil inkişaf yoluna mane olmaqdır. Bu məqsədlə dini təbliğat müxtəlif təsir mexanizmləri ilə müşayiət olunur, məzhəblər arasında qarşıdurma yaratmağa, insanları radikal dini cərəyanların təsiri altına salmağa cəhdlər göstərilir.

V.Rəhimzadə vurğulayıb ki, belə fəaliyyətlər cəmiyyət daxilində parçalanma yaratmaqla yanaşı, milli həmrəyliyə, dünyəvi dövlətçilik prinsiplərinə və ölkəmizin inkişaf strategiyasına qarşı yönəlmiş ideoloji təhdidlər kimi qiymətləndirilməlidir. Son dövrlərdə bəzi qonşu ölkələrdə hicab məsələsinin süni şəkildə siyasiləşdirilməsi və bu mövzunun Azərbaycanda “Ümumi təhsil haqqında” Qanuna edilmiş dəyişikliklərə qarşı təbliğat kampaniyasının tərkib hissəsinə çevrilməsi də diqqət çəkir. Məktəblərdə vahid geyim qaydaları ilə bağlı məsələlərin dini azadlıqlara qarşı addım kimi təqdim edilməsi, cəmiyyətdə narahatlıq və qarşıdurma yaratmağa hesablanmış yanaşmaların ön plana çıxarılması bu prosesin arxasında dayanan məqsədlər barədə ciddi suallar doğurur.

“İdeoloji təsir cəhdlərinin əsas hədəfi təkcə ayrı-ayrı məsələlər ətrafında ictimai rəy yaratmaq deyil, həm də milli birliyi zəiflətmək, cəmiyyətin düşüncə istiqamətinə təsir göstərmək və Azərbaycanın müstəqil inkişaf xəttinə mane olmaqdır. Buna görə də milli maraqların qorunması, gənc nəslin sağlam dünyagörüşünün formalaşdırılması, maarifçiliyin gücləndirilməsi və dünyəvi təhsil prinsiplərinin müdafiəsi cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Ümumi təhsil müəssisələrində vahid geyim qaydalarının tətbiqi təhsil mühitinin təşkilinin, məktəbdaxili nizam-intizamın möhkəmləndirilməsinin və sağlam məktəb mədəniyyətinin formalaşdırılmasının mühüm istiqamətlərindən biridir. Bu yanaşma həm təhsilalanlara, həm də təhsilverənlərə münasibətdə vahid tələblərin müəyyənləşdirilməsini, məktəbdə məsuliyyət və qarşılıqlı hörmət prinsiplərinin gücləndirilməsini nəzərdə tutur. Məktəb mühitində geyim məsələsinə yalnız zahiri görünüş çərçivəsində yanaşmaq düzgün olmazdı. Çünki geyim mədəniyyəti, eyni zamanda, davranış qaydaları, sosial münasibətlər, kollektivə bağlılıq və təhsil müəssisəsinin ümumi təşkilati prinsipləri ilə əlaqəlidir”, - deyə deputat bildirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53