Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: Laosla əlaqələrimiz uğurla inkişaf edir

Siyasət 14 Oktyabr 2026, 14:32

2689

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasını şərtləndirdi. İki ölkə arasında diplomatik əlaqələr  1995-ci ilin may ayında  qurulmuş və ötən 30 ildən artıq dövr ərzində əsasən beynəlxalq platformalarda qarşılıqlı dəstək müstəvisində davam etmişdir. Səfər çərçivəsində prezidentlərin geniş tərkibdə görüşlərində, mətbuata bəyanatlarında səsləndirilən fikirlər, imzalanan sənədlər yeni mərhələyə daxil olan Azərbaycan-Laos əməkdaşlığının gələcəyi barədə aydın təsəvvür yaratdı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında siyasi müstəvidə əlaqələrimizin  çox uğurla inkişaf etdiyini önə çəkərək eyni mənzərəni iqtisadi sahədə də görmək istəyimizi ifadə etdi. Aparılan fikir  mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz nə potensialımızı, nə də niyyətimizi əks etdirir. Göstərişlər verildi ki, iqtisadi, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. Bakıda keçirilən Laos-Azərbaycan biznes-forumu bu istiqamətdə önəmli addım kimi dəyərləndirilir.Azərbaycanın  xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir. Həm maliyyə tutumu nəzərə alınır, eyni zamanda, sərmayələrimizin coğrafiyası da genişlənir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  milyardlarla dollar səviyyəsində olan sərmayələr həm imkanlarımızı göstərir və eyni zamanda, qarşı tərəf üçün də çox böyük fayda verir. Yeni iş yerləri yaradılır, yeni istehsalat sahələri formalaşır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan və Laos arasında siyasi əlaqələrin daha da gücləndirilməsi səfərin ən mühüm nəticəsi  kimi qeyd edilir. İki dövlət dost ölkələrdir və beynəlxalq arenada fəal əməkdaşlıq edirlər. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri iki ölkənin mübasibətlərinin gələcək inkişafında əhəmiyyətli rol oynayacaq mühüm addımlarla yadda qaldı. Nəzərə alsaq ki, oktyabrın 15-də Azərbaycanın ev sahibliyi edəcək AQEM Zirvə görüşündə Laos Prezidenti də iştirak edəcək, bu, diplomatik münasibətlərimizin qurulduğu 30 ildən artıq dövrdə iki ölkənin bir-birinə olan  inamının, etimadının bariz göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi,  dövlət və hökumət başçılarının və digər rəsmilərin geniş təmsil olunduğu Bakıdakı Zirvə görüşü Asiyada təhlükəsizliyi və əməkdaşlığı gücləndirəcək. Ümumilikdə bizim Asiyaya münasibətdə xarici siyasətimiz düşünürəm ki, çox dinamik və nəticəyönümlüdür.

Azərbaycanın dayanıqlı sülhə və təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq səviyyədə təqdir edilir. Bu gün  sülh, təhlükəsizlik amilləri həm ölkələr arasında əlaqələrin yeni istiqamətlər üzrə inkişafında, həm də yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev Laos Prezidenti ilə mətbuata bəyanatında sülhə gedən yoldan  bəhs edərək bu reallığı xüsusi qeyd etdi ki,  bizi bir ciddi problem də birləşdirir, o da minalardır. Ermənistanın işğalı nəticəsində torpağımızda 1 milyondan çox mina basdırılıb və son 5-6 il ərzində 400-dən çox azərbaycanlı ya həyatını itirib, ya da ki, ağır yaralanıb. Məncə burada da həm təcrübə mübadiləsi faydalı ola bilər, eyni zamanda, bu sahədə yeni texnologiyaların tətbiqi, treninqlər də çox böyük önəm daşıyır.  

  Vüqar Rəhimzadə vurğulayıb ki, mətbuata bəyanatında Prezident İlham Əliyev hazırda Azərbaycan-Laos əməkdaşlığının əhatə etdiyi sahələrdən, onların daha da inkişafına yönələn addımlardan və yeni istiqamətlərdən bəhs etdi. Vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbənin  Azərbaycanda təhsil aldığını xatırladan Prezident İlham Əliyev bu çağırışı etdi ki, biz bu ənənəni gərək bərpa edək. Bunun üçün müvafiq təqaüdlər mexanizmi də təklif olunmuşdur və gələcək illər ərzində  daha çox laoslu tələbəni Azərbaycanda görəcəyimizə əminik. Parlamentlərarası əlaqələr də inkişaf edir. Hər iki ölkədə dostluq qrupları yaradılıb ki,  bu da özlüyündə bir göstəricidir. Çünki Azərbaycan bu sahədə də həm beynəlxalq parlamentlərarası təşkilatlarda, həm də ikitərəfli formatda uğurlu əməkdaşlıq edir. Hakim partiyalarımız arasında da əlaqələr uğurla inkişaf edir. Bir neçə il bundan əvvəl müvafiq Anlaşma Memorandumu imzalanıb. İki ölkə arasında əlaqələrin mühüm istiqamətlərindən bəhs edərkən nəqliyyat və bağlantılar xüsusi qeyd edilir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, malik olduğu nəqliyyat imkanları tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb, biz indi daha çox yüklərin aşkar edilməsi, yeni ünvanlardan yüklərin səfərbər olunması və yüklərin həcminin artırılması ilə məşğuluq. Ümid edirəm ki, hər iki tərəfdə reallaşan bütün bu layihələr gələcəkdə başa çatandan sonra yükdaşımaların da həcmi artacaq.

  Milli Məclisin deputatı əlaqələrin inkişafında hüquqi baza rolunu oynayan sənədlərin imzalanmasından da bəhs edib. Bildirib ki, Prezident İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit tərəfindən “Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanat” qəbul edildi, həmçinin iki ölkə arasında vizasız rejim və kənd təsərrüfatı sahəsində sənədlər imzalandı. Birgə Bəyanat əslində bizim gələcək əməkdaşlığımızı özündə ehtiva edir, əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın xarici siyasətini dəyişməz prinsipləri həm ikitərəfli əlaqələrinin inkişafında, həm də beynəlxalq təşkilatlar daxilində mövqeyinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın inkişaf strategiyasının zamanın tələblərinə uyğun təkmilləşməsi ölkəmizdə  olan  bu və ya digər ölkələrin dövlət və hökumət nümayəndələrini, xarici qonaqları  müsbət mənada təəccübləndirir. Azərbaycan sabitliyi, təhlükəsizliyi ilə yanaşı, daim dinamik inkişafı, yenilikləri ilə diqqətdədir. Laos Prezidenti mətbuata bəyanatında Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirərək bu məqamı da xüsusi vurğuladı ki, çox qonaqpərvərsiniz, bu, bizim qardaşlığımızın və dostluğumuzun təcəssümüdür. Mən bundan qabaq Bakıda 44 il əvvəl olmuşam. Bu gün yenidən buradayam. Bakının, Azərbaycanın sürətli inkişafının şahidi oldum. Mənim üçün hər şey yenidir. Mən 44 il bundan əvvəl səfər etdiyim Azərbaycanı güclə tanıdım. Bununla belə, Azərbaycan xalqı mədəniyyətinə və ənənələrinə xas mehribanlığını qoruyub saxlayıb. Azərbaycan xalqı əvvəl olduğu kimi sevimlidir. Bu məndə olduqca xoş təəssürat yaratdı.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53