Bizə yazın

Baku

-°C

USD

-

Heydər Oğuz: Fələstin məsələsinin həlli sülh təşəbbüslərindən keçir

Siyasət 15 Oktyabr 2026, 09:14

2053

İsrail prezidenti İshak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) iştirak etmək üçün Bakıya gəlib və İlham Əliyevlə görüşüb. Qardaş Türkiyəni isə bu toplantıda ölkə prezidenti yox, Xarici İşlər naziri Hakan Fidan təmsil edəcək. Türkiyənin AQEM toplantısında aşağı səviyyəli qatılması, böyük ehtimalla, İsrail prezidentinin bu toplantıya dəvət edilməsinə verilmiş reaksiyadır.

Sual oluna bilər: Azərbaycan niyə bu qədər kritik bir zamanda İsrail prezidentini Bakıya dəvət edib?

Əvvəla, onu deyim ki, İshak Hersoq Fələstinlilərə qarşı soyqırım törətmiş Netanyahu demək deyil. Əksinə, bəlkə də ən aşırı Fələstin tərəfdarlarından daha çox Netanyahu düşmənidir. 

İkincisi, Hersoq Azərbaycanla təmaslarını gücləndirmək üçün yox, beynəlxalq bir toplantıda iştirak etmək üçün Bakıya gəlib. Və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Azərbaycanın beyninin məhsulu deyil. 1993-cü ildə Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev tərəfindən qurulan bu təşəbbüsə İrandan tutmuş Laosa qədər xeyli sayda - 28 dövlət qoşulub. Türkiyə də AQEM-in üzvlərindən biridir. Bundan əlavə, 10 ölkə (ABŞ, Belarus, İndoneziya, Yaponiya, Malayziya, Laos, Filippin, Ukrayna, Türkmənistan, Səudiyyə Ərəbistanı), həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, TürkPA kimi beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər.

Üçüncüsü, AQEM-in adından da göründüyü kimi əsas hədəfi Asiyada sülhü bərqərar etməkdir. Çünki dövlətlər arasında “qarşılıqlı fəaliyyət və etimad tədbirləri” (təşkilatın adı belədir) baş tutarsa, bu, sülhə gətirib çıxara bilər. İsrail prezidentinin Bakıya gəlməsinə və təşkilatın 7-ci toplantısında iştirak etməsinə dodaq büzənlər sualını daha fərqli şəkildə qoysalardı, daha doğru olardı: Azərbaycan niyə Fələstinlə İsrail arasında sülhün tərəfdarıdır? Bu tərəfkeşlik İsrailin və ABŞ-ın İbrahim sazişi projesinə xidmət etmirmi?

Etiraf edim ki, Asiyada qarşılıqlı fəaliyyət və etimad mühitinin yaradılması nəticə etibarilə “İbrahim sazişi” projesinin son hədəfinə xidmət edə bilər. Amma dərd burasındadır ki, Fələstin məsələsinin mümkün həlli də məhz bundan asılıdır. Fələstinin son 80 illik tarixi də bunu təsdiqləyir. Mən bu tarixin ayrıntılarına çox girmədən 80 ildir davam edən və nə zaman bitəcəyi bilinməyən müharibənin bəzi statistikasını nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, bu gün dünyanın müxtəlif yerlərində məskunlaşan Fələstinlilərin sayı hardasa 15 milyondur. Onlardan 22.5 faizi İordaniya çayının qərb sahillərində, 14.5 faizi Qəzza şəridində, 12 faizi İsraildə, 44.5 faizi ərəb ölkələrində, 5.3 faizi isə digər coğrafiyalarda məskunlaşıb. Qısası, fələstinlilərin 60%-dən çoxu başqa ölkələrdə mültəci durumundadır. Qalan 40 faizi də əslində öz yurdlarında didərgindirlər və ölüm qorxusu altında yaşayırlar. 

80 illik müharibə, daha doğrusu soyqırım nəticəsində öldürülən fələstinlilərin sayı barədə konkret rəqəm söyləmək mümkün deyil. Sadəcə 2023-cü ildə başlayan son müharibə nəticəsində təkcə Qəzza şəridində 75 mindən artıq fələstinlini qətlə yetirdiyi BMT-nin rəsmi hesabatlarında bəyan olunub. Bundan əlavə, darmadağın olan binaların altında minlərlə fələstinlinin qaldığı bilinir. Onları da hesaba qatsaq, öldürülən fələstinlilərin sayı bəlkə də 100 minlərlə ifadə olunar. 

Hazırda Qəzzada və İordaniya çayının qərb sahillərində məskunlaşan 5 milyona yaxın fələstinlilərin öz vətənləri uğrunda müharibəyə təşviq edənlər əsasən ərəb ölkələri və İrandır. Onların məqsədi heç də Fələstinliləri qorumaq və müdafiə etmək deyil. Ərəblərin məqsədi narazı fələstinlilərin köçü nəticəsində öz ölkələrində ictimai sabitliyin pozulmasının qarşısını almaqdır. İranın isə daha dərin məqsədləri var. Başlıca məqsədi 2023-cü ilin sentyabr ayında Çində keçirilən G-20 zirvəsində qəbul olunan və Hindistan-Yaxın Şərq-İsrail-Avropa ticarət dəhlizi qurulmasını nəzərdə tutan IMEC (AYMEK) projesinin qarşısını almaq idi və Tehran böyük ölçüdə bu niyyətini reallaşdırdı. Bunun nəticəsində isə ABŞ və İsrail ona qarşı indiyə qədər davam edən müharibəyə başladı. ABŞ-da noyabrın ilk günlərində keçiriləcək Konqres seçkilərindən sonra bu müharibənin daha dəhşətli mərhələsinin başlanacağı gözlənilir. 

Ən pisi isə odur ki, Fələstində qalan bir ovuc insanı İsrailə qarşı müharibəyə təşviq edən dövlətlər onun effektiv müdafiəsinə də önəm vermirlər. Sadəcə sərhədlərini fələstinlilərin üzünə bağlayıb onları İsrailin asan ovuna çevirirlər. Bu siyasət davam edərsə, Fələstində sonuncu fələstinlilərə qədər hər kəsin soyqırım makinasının ağzından keçirilməsi qaçılmaz olacaq. 

Ərəb ölkələri və İran, nə yazıq ki, həm də Türkiyə fələstinliləri sionizmin soyqırım makinasının qarşına əliyalın atmasını islami dəyərlərlə əsaslandırırlar. Halbuki, zülm qarşısında əliyalın mübarizə aparmağın islam dəyərlərində yeri yoxdur. Əgər belə olsaydı, Məhəmməd peyğəmbər və onun ardıcılları olan ilk müsəlmanlar Məkkədən Mədinəyə mühacirətə getməz, hamısı bir nəfər kimi müşriklərin qılıncı və yemək embarqosu altında məhv olardılar. Məhəmməd peyğəmbər və ardıcılları nəinki Məkkədən Mədinəyə köç edənləri savaşdan qaçanlar kimi aşağılamayıb, əksinə, mühacirləri ilk müsəlmanların ən ali təbəqəsi kimi dəyərləndirib. Bu gün onun gətirdiyi dinə ibadət edənlər isə fələstinlilərə öz qapı-bacalarını bağlayıb onların tamamilə yox olmasına şərait yaradırlar. Məsələyə bu aspektdən nəzər salanda Fələstin soyqırımının bir günahkarı İsraildirsə, digəri onları qırğına verib öz geosiyasi məqsədlərini reallaşdırmağa çalışan dövlətlərdir.

Məhz bu reallıq qarşısında Asiyada sülh təşəbbüsləri bütün tərəflərin faydasınadır. Xüsusilə də fələstinlilərin. Reallığı qəbul etmək lazımdır: dünyanın ən qüdrətli dövləti ABŞ-ın himayəsi altında fəaliyyət göstərən İsrailə qarşı müsəlman dövlətlərinin qələbə çalması hələlik mümkün deyil. Bu durumda ən rasional siyasət dövlətlərin sülh şəraitindən faydalanaraq özlərini qorumaları və güclənmələridir. Azərbaycanın sülh təşəbbüsləri də buna hesablanıb və fikrimcə, vəziyyətdən yeganə çıxış yoludur. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53