Bizə yazın

Baku

-°C

USD

-

Arzuman Abdulkərimov: Fikir ayrılıqları qardaşlığı sarsıtmamalıdır

Siyasət 15 Oktyabr 2026, 10:05

1966

  Azərbaycan və Türkiyə iki müdrik liderin rəhbərlik etdiyi, taleləri, tarixi, dili, mədəniyyəti və ortaq yaddaşı ilə bir-birinə bağlanmış iki qardaş dövlətdir.

  Son günlər baş verən proseslər isə bir həqiqəti üzə çıxarır: iki qardaş ölkə arasında yaranan hər fikir ayrılığını fürsətə çevirərək onu böyük bir qarşıdurmaya çevirmək istəyənlər var. Sanki pusqudaymışlar, sanki illərdir bu günü gözləyirmişlər. Bir mübahisənin qığılcımını alova çevirmək, sosial şəbəkələrdə qarşılıqlı ittihamları qızışdırmaq, azərbaycanlını türkiyəlinin, türkiyəlini azərbaycanlının qarşısına çıxarmaq üçün fürsət axtarırlar.

Hər iki tərəfdə özünü vətənpərvər göstərən, amma birliyin ən həssas nöqtələrini hədəfə alan buqələmunlar anlamalıdırlar ki, Azərbaycan-Türkiyə qardaşlığı hansısa siyasi partiyanın, hökumətin, siyasətçinin və ya sosial şəbəkə fəalının şəxsi mülkü deyil. Bu qardaşlıq nəsillərin yaddaşında, ortaq tariximizdə, dilimizdə, mədəniyyətimizdə və ən çətin günlərdə bir-birimizə uzatdığımız əllərdə yaşayır.

Bəli, fikir ayrılıqları ola bilər. Türkiyədə hər kəs Azərbaycanın bütün qərarları ilə razılaşmaya bilər, Azərbaycanda da Türkiyənin hər bir siyasi mövqeyi ilə eyni düşüncədə olmayanlar tapılar. Dövlətlər müstəqildir, hər birinin öz qanunları, maraqları və qərarları var. Qardaşlıq bir-birinin bütün qərarlarını sorğusuz qəbul etmək deyil, fikir ayrılıqlarını düşmənçiliyə çevirmədən həll etmək mədəniyyətidir.

Məhz buna görə də Azərbaycanı Türkiyədən, Türkiyəni Azərbaycandan uzaqlaşdırmaq istəyənlər hər iki xalqın həssaslığı ilə oynamağı dayandırmalıdırlar. Bir tərəfdə Azərbaycanı Türkiyəyə qarşı qızışdıranlar, digər tərəfdə Türkiyə cəmiyyətini Azərbaycana qarşı kökləyənlər eyni bulaqdan su içirlər. Belələrinin əlindən ortaq strateji maraqların zərər görməsinə xidmət etməkdən başqa bir şey gəlmir. 

Türkiyənin milliyyətçi kəsiminin lideri, MHP sədri Dövlət Baxçalı Türk dünyasının tarixi, mədəni və insani bağlarının möhkəmləndirilməsini dəfələrlə vurğulayıb. Türk dünyasının birliyi haqqında danışırıqsa, bu birliyin ən mühüm sütunlarından biri Azərbaycan-Türkiyə qardaşlığıdır. Bu sütunu zəiflətmək isə yalnız iki dövlətin münasibətlərinə deyil, bütövlükdə Türk dünyasının gələcəyinə zərbə vurmaq deməkdir.

Bir anlıq düşünün: ortaq tariximizdən, ortaq dilimizdən, ortaq ağrılarımızdan və birlikdə qazandığımız uğurlardan daha üstün nə ola bilər ki, bir neçə gündəlik mübahisə naminə bunları təhlükəyə ataq?

Nə Azərbaycan Türkiyəsiz öz tarixi bağlarından imtina edəcək, nə də Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan mənəvi tellər bir neçə təxribatçı paylaşımın təsiri ilə qırılacaq. Ancaq bu bağları qorumaq üçün hər iki tərəfdə məsuliyyətli davranmaq, təxribatla həqiqəti ayırmaq, emosiyaya qapılmadan düşünmək lazımdır.

Unutmayaq ki, iki dövlətin münasibətlərindəki hər çatlaqdan sevinənlər var. Biz onların sevincinə səbəb olmamalıyıq!

Azərbaycan və Türkiyə iki ayrı dövlətdir, amma bir-birinə yad iki xalq deyil. Suverenliyimizə hörmət, qarşılıqlı etimad və strateji əməkdaşlıq bu qardaşlığın əsas şərtləridir.

Bu gün hər iki tərəfdən sağlam düşüncəli insanlara düşən vəzifə qarşılıqlı ittihamları artırmaq deyil, ortaq məxrəc tapmaqdır, həmin buqələmunlara qarşı sipər olmaqdır. Çünki tarix bizə bir-birimizə qarşı üstünlük nümayiş etdirməyi deyil, çətin günlərdə bir-birimizin yanında dayanmağı öyrədib.

Azərbaycan-Türkiyə qardaşlığı gündəlik siyasi mübahisələrdən böyükdür!

İki dövlət, bir millət! 

Qardaşlığa hörmət, suverenliyə ehtiram, 

Türk dünyasına birlik!

Qəhr olsun Türk düşmənləri!

Arzuman Abdulkərimov

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az  xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...

26 Oktyabr 2026, 19:09

Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....

26 Oktyabr 2026, 16:01

Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...

26 Oktyabr 2026, 15:58

Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur

"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.

26 Oktyabr 2026, 13:33

Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...

26 Oktyabr 2026, 13:19

Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...

26 Oktyabr 2026, 11:53