Vüqar Rəhimzadə: “Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi güclənir”
Siyasət 15 Oktyabr 2026, 17:07
3037
Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşviq etmək məqsədilə üzv ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli və unikal dialoq platformasıdır. Son iki ildə bu təşkilata sədrlik edən Azərbaycan qarşılıqlı etimad quruculuğu tədbirlərinin təmin olunması yolunda qətiyyət və ardıcıllıq nümayiş etdirərək AQEM-in institusional imkanlarının gücləndirilməsi, praktiki birgə fəaliyyətin genişləndirilməsi və təşkilatın beynəlxalq münasibətlər sistemində rolunun daha da artırılması üçün səylərini əsirgəməmişdir.Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilən 7-ci Zirvə Görüşü Azərbaycana Asiya və Avrasiya məkanında siyasi, iqtisadi və logistik mövqelərini gücləndirmək üçün mühüm imkanlar vəd edir. Azərbaycanın təşkilat çərçivəsində təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərini koordinasiya etməsi Şərq-Qərb və Şimal-Cənub xətləri üzrə tranzit imkanlarını genişləndirir, ölkəmizi qitələrarası logistik mərkəzə çevirir. AQEM-ə üzvlüyü ölkəmizin Asiya dövlətləri ilə münasibətlərinin dərinləşdirilməsi, yeni tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu platforma Azərbaycan üçün yalnız siyasi dialoq məkanı deyil, həm də iqtisadi, nəqliyyat, enerji, humanitar və təhlükəsizlik sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır. Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müxtəlif regionlarla balanslaşdırılmış münasibətlərin qurulması, milli maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi və beynəlxalq müstəvidə qarşılıqlı etimada söykənən tərəfdaşlıqların inkişaf etdirilməsidir. AQEM bu baxımdan Azərbaycanın Asiya ölkələri ilə əlaqələrini sistemli şəkildə inkişaf etdirməsinə, ortaq maraqların müəyyənləşdirilməsinə və regional proseslərdə daha fəal iştirakına şərait yaradır.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın AQEM-ə 2024–2026-cı illər üzrə sədrliyi ölkəmizə Asiya məkanında çoxtərəfli diplomatiyanın inkişafına töhfə vermək və müxtəlif dövlətlər arasında dialoqun gücləndirilməsində daha fəal rol oynamaq imkanı yaradıb. Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirdi ki, Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir. Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür.
Azərbaycanın təşkilata sədrliyi dövründə keçirilən tədbirlər ölkəmizin çoxtərəfli diplomatiya və sülh quruculuğu səylərinin gücləndirilməsində əhəmiyyətli rol oynadı. Ötən ilin sentyabr ayında “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası keçirildi. Sammit ərəfəsində, bu il oktyabr ayının əvvəlində Bakıda ilk dəfə olaraq AQEM-in Media Forumu təşkil olundu. Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərlə birgə həyata keçirdiyimiz fəaliyyətə diqqətin cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir.
Həmçinin oxuyun
Vüqar Rəhimzadə vurğulayıb ki, AQEM-in yaratdığı imkanlardan biri də Asiya ölkələri ilə iqtisadi münasibətlərin dərinləşdirilməsi, yeni investisiya tərəfdaşlarının cəlb olunması və nəqliyyat-logistika əlaqələrinin inkişafıdır. Azərbaycanın coğrafi mövqeyi, Şərq–Qərb nəqliyyat marşrutlarında iştirakı və regional bağlantı imkanları bu əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Xüsusilə Orta Dəhlizin inkişafı, yükdaşımaların artırılması, gömrük və logistika prosedurlarının sadələşdirilməsi, rəqəmsal nəqliyyat həllərinin tətbiqi üzrə əməkdaşlıq həm Azərbaycan, həm də Asiya ölkələri üçün qarşılıqlı fayda verir. Prezident İlham Əliyev Zirvə Toplantısındakı çıxışında bu məqama toxunaraq vurğuladı ki, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir. Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Əməkdaşlığın digər mühüm istiqaməti təhsil, elm, mədəniyyət, gənclər siyasəti və rəqəmsal texnologiyalar sahələridir. Universitetlərarası əlaqələrin qurulması, tələbə və mütəxəssis mübadiləsi, birgə elmi layihələr və innovasiya təşəbbüsləri Azərbaycanla Asiya ölkələri arasında uzunmüddətli əlaqələrin möhkəmlənməsinə xidmət edən amillərdəndir.
Millət vəkili qeyd edib ki, AQEM-in məqsəd və məramını nəzərə alsaq, bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda Zirvə Toplantısına ev sahibliyi özündə gələcəklə bağlı vacib çağırışları ehtiva edir. Dövlətimizin başçısı İlham Əliyev çıxışında vurğuladı ki, müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar. Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın AQEM-də fəal iştirakı, uğurla keçirilən Zirvə Görüşü Asiya ölkələri ilə yeni tərəfdaşlıq əlaqələrinin qurulması, ticarət, investisiya və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də ölkəmizin beynəlxalq nəqliyyat və logistika qovşağı kimi mövqeyinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu platforma Azərbaycanın Asiya dövlətləri ilə siyasi, iqtisadi və humanitar əlaqələrinin inkişaf etdirilməsi, çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün vacib beynəlxalq platformalardan biridir. Azərbaycanın AQEM çərçivəsində nümayiş etdirdiyi fəallıq, irəli sürdüyü təşəbbüslər və beynəlxalq əməkdaşlığa verdiyi töhfələr ölkəmizin dünyada artan nüfuzunun və möhkəmlənən siyasi mövqeyinin göstəricisidir. Eyni zamanda, bu fəaliyyət Azərbaycanın regional və qlobal proseslərdə rolunun genişlənməsinə, beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əlaqələrin dərinləşməsinə, Asiyada sülhün, təhlükəsizliyin, etimadın və dayanıqlı inkişafın təşviqinə mühüm töhfə verir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53