Vüqar Rəhimzadə: “Füzuli Azərbaycanın dirçəlişinin nümunəsidir”
Siyasət 16 Oktyabr 2026, 17:33
2280
Bu gün İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən keçən altı illik dövrə nəzər salanda yeni reallıqların fonunda həm Azərbaycanın regionda və dünya siyasətində möhkəmlənən mövqeyini, həm şanlı Qələbəmizin gerçəkliklərinin dünya gücləri tərəfindən qəbul edilməsini, həm də azad Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsini, Böyük Qayıdış Proqramının uğurlu icrasını görməkdən böyük qürur hissi keçiririk. Şanlı tarixi Zəfərimizdən ötən dövrün mühüm və qürurverici reallıqlarından biri də Prezident İlham Əliyevin azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq 44 günlük İkinci Qarabağ müharibəsində qəhrəmanliq salnaməmizə zəfər günləri kimi yazılan tarixlərin qeyd edilməsidir.Dövlət başçısı İlham Əliyevin həmin Sərəncamına əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür. Bu tarix xalqımızın şanlı Zəfər salnaməsinin ən qürurlu səhifələrindən biridir. 2020-ci ilin oktyabrın 17-də rəşadətli Azərbaycan Ordusu Füzuli şəhərini və ətraf kəndlərini Ermənistanın 30 illik işğalından azad edərək tarixi ədaləti bərpa etdi. Bu əlamətdar gün sadəcə bir bayram deyil, həm də gələcək nəsillər üçün mühüm yaddaş və çağırışdır. Azad Füzulinin və digər doğma torpaqlarımızın işğal dövründə məruz qaldıqları görünməmiş vəhşilikləri, vandallığı, tamamilə dağıdılaraq “ruhlar şəhəri”nə çevrilməsini heç vaxt yaddan çıxarmamalıyıq. 30 il didərgin düşmüş soydaşlarımızın bir an belə ümidini itirmədən, inamla öz doğma yurd-yuvalarına qayıdacaqları günü gözləməsi xalqımızın əyilməz ruhunun sübutudur. Şəhər günləri canları, qanları ilə tarix yazan şəhidlərimizin əziz xatirəsinin, qazilərimizin fədakarlığının nə qədər müqəddəs olduğunu bir daha xatırladır. Azərbaycan xalqı yenilməz, məğrur, torpağına, tarixinə sahib çıxan xalq olduğunu sübut etdi.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, işğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 17 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bu müjdəni verdi: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”
Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev həmin müraciətində bu çağırışı da etmişdir ki, biz Füzuliyə qayıdacağıq, bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini, o cümlədən Horadiz qəsəbəsini işğaldan azad edib. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin təqribən yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək. Biz öz şərəfli missiyamızı yerinə yetiririk.
Millət vəkili bildirib ki, bu gün azad Füzuli sürətlə bərpa edilir, mərhələli şəkildə sakinlərinə qovuşur. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə ilk səfərləri Cəbrayıl və Füzuli rayonlarına, o cümlədən şəhərlərinə oldu. Bu səfərin reallaşdığı 16 noyabr 2020-ci il tarixindən bu günədək dövlət başçısı İlham Əliyev Füzuli rayonuna 25 dəfə səfər edib. Səfərlərin sayı görülən işlərin miqyası barədə aydın təsəvvür yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü ildə “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etdi. Dövlət başçısı İlham Əliyevin xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilib. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində mühüm layihələr reallaşdırılıb. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istifadəyə verilib. Bununla yanaşı, Füzuli Beynəlxalq Hava Limanının açılışı olub. Qısa müddətdə bu hava limanının tikilib istifadəyə verilməsi həm ölkəmizin iqtisadi imkanlarının təqdimatı oldu, həm də bu ərazinin strateji əhəmiyyətini təsdiqlədi.
Həmçinin oxuyun
Vüqar Rəhimzadə qeyd edib ki, 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb. İlkin mərhələdə 144 ailə köçürüldü. Həmin ailələr həmin vaxtadək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələr idi. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salındı. Ümumilikdə 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb.
Millət vəkili bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Füzulinin bərpası uğurla həyata keçirilir. Bərpa-quruculuq işləri Türk dünyasının birliyinə də şahidlik edir. Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan azad olunmuş Füzulidə Mirzə Uluqbəy adına orta məktəb inşa olunub. 2024-cü il mart ayının 12-də isə Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak etdilər. İşğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması iki xalq arasında dostluğun rəmzi kimi dəyərləndirilir.
Prezident İlham Əliyev çıxışlarında dost ölkələrin azad Qarabağa və azad Şərqi Zəngəzura hədiyyələrini xüsusi qeyd edir və bunu qardaş dəstəyi kimi dəyərləndirir. Prezident İlham Əliyev 2023-cü ildə Füzuli Şəhəri Günündə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirmişdir ki, bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir. Rahat yaşamaq üçün bütün infrastruktur, şərait var. Bizim bütün şəhərlərimiz, bax, Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsini icra edirik.
Bu gün sakinlərinə qovuşan 48 şəhər, kənd və qəsəbələrin sırasında Füzuli şəhərinin və kəndlərinin də adı var. Artıq 10 şəhər sakinlərini qarşılayaraq sevincli günlərini yaşayır. Artıq Qarabağda və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramının Birinci mərhələsi bu ilin sonunda başa çatır. Hədəf birinci mərhələ başa çatana qədər 140 min keçmiş məcburi köçkünün qayıdışını təmin etməkdir. Artıq bu günədək bu torpaqlarda 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır. Proses uğurla davam edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53