Aydın Quliyev: “Azərbaycanı günahkar göstərmək yanlış mövqedir”
Siyasət 19 Oktyabr 2026, 08:02
1991
AKP- Azərbaycan gərginliyinin ortasındakı " barışdırıcı sülh göyərçinləri"- həll yolu bu deyil...
AKP iqtidarı ilə Azərbaycanın arasında yaşanan gərginliklərə çox fərqli reaksiyalar var.Azərbaycandan, Türkiyədən...
Mən özümüzdən verilən bir qrup reaksiyalara diqqət çəkəcəm.Öz aləmlərində orta, barışdırıcı mövqe tutmağa çalışan bəziləri elə hesab edirlər ki, guya onun bir barışıq çağırışı hər şeyi həll edəcək.Məsələn, " Əl saxlayın əfəndilər, qarşıdakı düşmən yox, bizim can qardaşımız Türkiyədir " və sair fikirlər oxuyuruq ...Çox mürəkkəb vəziyyətdə hər şeyin sadə bir çağırışla düzələcəyinə inanan sadəlövh adamlara bunu deyirəm...
Əvvala, onun can qardaş Türkiyə olduğunu bilən və fərqinə varan tək siz deyilsiniz.
İkinci, qarşılıqlı ittihamlar adi şəxslərin arasında yox, artıq rəsmi iqtidar təmsilçilərinin arasında gedir. İşə hər iki tərəfdən çox böyük fiqurlar qarışıb .Belədə adi bir şəxsin çağırışının heç nəyi həll etməyəcəyini anlayın.Özünüzdən nə böyük fiqur düzəldirsiniz?!
Həmçinin oxuyun
Üçüncü,İttihamları və ilk həmləni AKP iqtidar yandaşlarının və təmsilçilərinin başlatdığını unudursunuz...
Dördüncü, bu " barışdırıcı zümrənin" böyük yanlışı odur ki, barışa çağırışın məzmun və tonunu elə seçirlər ki, xitabətin hədəfi kimi Azərbaycanı göstərirlər ( Əfəndilər dayanın, qarşıdakı can qardaşımız Türkiyədir) .Guya hər şeyi başladan Azərbaycan imiş....Bu necə vətənsevərlikdir, vətənsevərlik kimliyindən asılı olmayaraq " özgələrin xatiri xoş olsun deyə xəstə yatmaqdır?!"Səhviniz var, həm də dərin və ziyanlı səhvdir.Kimin hicaba nə mübasibətdə olduğunu bir anlığa kənara qoyun və belə yanaşın- Azərbaycan prezidenti deyir ki, qardaşlar, bizim daxili işimizə qarışmayın.Əliyevin bu çağırışı normal qardaşlıq prinsipi deyilmi?! AKP iqtidarının təəssübkeşləri isə " istəsəniz də, istəməsəniz də daxili işinizə müdaxilə edəcəyik " kimi tövr nümayiş etdirirlər.Bunların hansı daha üstün və daha məsuliyyətli qardaşlıq mövqeyidir ?! Yenə deyirəm ,məktəbdə hicabın müsbət , ya neqativ olması başqa mövzudur .Mövzu müdaxilə məsələsidir.
Bu gün proses elə həddə çatıb ki, onu siyasətdə bir sıra gücsüz fərdlərin sıfır təsir gücündə olan barışıq çağırışları həll edə bilməz.Məsələni iqtidarlar həll etməlidir.
Sadə vətəndaşlar, şərhçilər, təhlilçilər isə sivil və təmkinli səviyyədə vətəndaş mövqeyi göstərməlidir..İstəyən heç müdaxilə etməyə bilər...Fəqət məncə ən bağışlanmaz vətəndaş mövqeyi odur ki, birbaşa, ya dolayı üsullarla Azərbaycanı günahkar, əsas məsuliyyət daşıyan tərəf kimi göstərəsən...
Bu saat Türkiyəni, AKP iqtidarını asıb kəsmirik.İstədiyimiz budur ki, bir də belə səhvə yol verib qonşunun daxili işinə qarışmasınlar .
Buna isə olanları malalamaq," Don Kixotluqla" barışığa səsləməklə yox, hər kəsin səhvini kəskin qətiyyətlə deyib nail olmaq
olar...
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhmədlə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.Nazir Baş katibi vəzifəyə təyin olunması münasibətilə bir daha təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.Görüşdə Azərbaycan–İƏT əməkdaşlığının gücləndirilməsi, Azərbaycanın Təşkilata qarşıdakı sədrliyinin prioritetləri və 2027-ci ildə Bakıda keçiriləcək İƏT Sammitinə hazırlıq məsələləri müzakirə olunub.Ceyhun Bayramov İƏT-in Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə uzun illər ərzində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.Tərəflər, həmçinin Təşkilatın səmərəliliyinin artırılması, müsəlman dünyasının üzləşdiyi çağırışlara çevik reaksiyanın təmin edilməsi üçün institusional islahatların əhəmiyyətini vurğulayıblar.Görüşdə İƏT-ə üzv dövlətlər...
26 Oktyabr 2026, 19:09
Hikmət Hacıyev: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
"Müəyyən hadisələr var ki, onu tarixdən silə bilmərik”.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib."Amma biz revanş almaq niyyətində deyilik. Əbədi sülhün baş verməsi üçün hələ də addımlar atılmalı, təşəbbüslər irəli sürülməlidir. Ermənistan Azərbaycan xalqından üzr istəməlidir. Ermənistan cəmiyyəti 30 il öz doğma yurduna qayıda bilməyən azərbaycanlılara üzr ünvanlamalıdır”, - Prezidentin köməkçisi deyib....
26 Oktyabr 2026, 16:01
Hikmət Hacıyev: CNN-in Azərbaycanla bağlı məqaləsi tamamilə yanlış idi
CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi.Citypost.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.Prezidentin köməkçisi bildirib ki, texniki olaraq bu, mümkünsüz idi: “İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! Bu olsa, bunu görmək peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi. Azərbaycan elə coğrafiyda yerləşirdi ki, bu iddialar mümkün deyildi. Bu yalnız sosial mediada deyil, peşəkar mediada da dezinformasiyalar baş verir.Bu, Azərbaycan əleyhinə...
26 Oktyabr 2026, 15:58
Berendsen: Azərbaycanın sülh prosesində liderliyi təqdir olunur
"Azərbaycanın sülh prosesində liderliyi çox yüksək qiymətləndirilir”.Citypost.az xəbər verir ki, bunu Niderland Krallığının xarici işlər naziri Tom Berendsen Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.Nazir bildirib ki, Niderland bir çox ölkələrdə minatəmizləmə fəaliyyətinə dəstək göstərir: “Azərbaycanda da bu imkanı araşdırıb nəzərdən keçirə bilərik”.
26 Oktyabr 2026, 13:33
Ceyhun Bayramov Niderland XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsen ilə onun Azərbaycana səfəri çərçivəsində geniş tərkibdə görüş keçirib.Citypost.az xəbər verir ki, görüşdə Azərbaycan-Niderland münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su idarəçiliyi, innovasiya və təhsil sahələrində əməkdaşlıq üçün yeni imkanların araşdırılması müzakirə olunub.Nazirlər Azərbaycan-Niderland Münasibətlərinin İnkişafına dair 2026–2028-ci illər üzrə Yol Xəritəsinin ikitərəfli əməkdaşlığın irəliləməsi üçün mühüm çərçivə sənədi kimi qəbul edilməsini alqışlayıblar.Həmçinin yüksəksəviyyəli təmasların, mütəmadi siyasi məsləhətləşmələrin və biznes əlaqələrinin daha da sıxlaşdırılmasının əhəmiyyəti vurğulanıb.Müzakirələr, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, regional inkişafları və...
26 Oktyabr 2026, 13:19
Niderland XİN rəhbəri Azərbaycandan sonra Ermənistana gedəcək
Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək.Citypost.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında paylaşım edib.O bildirib ki, səfər çərçivəsində hər iki ölkə ilə əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunacaq.“Azərbaycan və Ermənistanla əməkdaşlığımızı daha da dərinləşdirmək üçün bu həftə hər iki ölkəyə səfər edirəm. Həmçinin həmkarlarım Ceyhun Bayramov və Ararat Mirzoyanla Azərbaycan-Ermənistan sülh prosesi barədə danışacağam. Niderland davamlı sülhə doğru atılacaq növbəti addımları dəstəkləyir”, – Berendsen qeyd edib.This week, I am visiting Azerbaijan and Armenia to further deepen our cooperation with both countries. I will also discuss the Azerbaijan-Armenia peace process...
26 Oktyabr 2026, 11:53