Bizə yazın

Baku

-°C

USD

-

Prezident Coze Ramuş-Hortaya məktub göndərdi

Siyasət 28 Noyabr 2024, 11:37

20597

Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortaya təbrik məktubu göndərib.

Citypost.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Son dövrdə Azərbaycan ilə Timor-Leste arasında dostluq münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. Keçən il Azərbaycana səfəriniz ikitərəfli əlaqələrimizin tarixində yeni səhifə açmışdır.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edən Azərbaycan ilə Timor-Leste arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq, firavanlıq arzulayıram".

Problemlərinizi bizə bildirin

077 323 55 66

TDT sammitinə kimin qatılıb-qatılmaması niyə müzakirə olunur? – Əli Həziquliyevdən RƏY

Tanınmış jurnalist, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Əli Həziquliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2024-cü ildə Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsini xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə keçiriləcək TDT Zirvə görüşündə iştirak edə bilməməsi ilə bağlı məsələyə münasibət bildirib.Citypost.az xəbər verir ki, Əli Həziquliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist xatırladıb ki, 2024-cü il iyulun 6-da Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyən Rəcəb Tayyib Ərdoğan həmin vaxt Almaniyada Türkiyə milli futbol komandasına dəstək verməyə üstünlük vermişdi.“Belə şeylər olur… Şişirtməyə ehtiyac yoxdur”, – deyə Əli Həziquliyev qeyd edib.Qeyd edək...

30 Oktyabr 2026, 01:04

Ceyhun Bayramov: TDT daha səmərəli fəaliyyət göstərməlidir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada TDT-yə üzv olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, nazir çıxışında ilk olaraq Türkiyəni Cümhuriyyətin yaranmasının 103-cü ildönümü münasibətilə təbrik edib.Ceyhun Bayramov Azərbaycanın TDT-yə sədrliyinin prioritetlərinin əməkdaşlığın inkişaf etdirilməsi, ortaq tarixi və mədəni irsin qorunması, xalqlarımızı birləşdirən əlaqələrin möhkəmləndirilməsi, institusional səmərəliliyin artırılması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eləcə də təşkilatın beynəlxalq mövqeyinin gücləndirilməsindən ibarət olduğunu bildirib.O qeyd edib ki, bu prioritetlər 2025-ci ilin oktyabrında Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının sammitində bir daha təsdiqlənib.Nazir qlobal münaqişələrin davam etdiyi, beynəlxalq hüquqa çağırışların artdığı və qlobal təhlükəsizlik arxitekturasının zəifliklərinin...

29 Oktyabr 2026, 12:46

Ceyhun Bayramov Ankarada TDT XİN Şurasının iclasında iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Ceyhun Bayramovu Türkiyə xarici işlər naziri Hakan Fidan qarşılayıb.

29 Oktyabr 2026, 12:41

Mehriban Əliyevadan Türkiyəyə bayram təbriki

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib.Citypost.az xəbər verir ki, paylaşımda deyilir:"Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!"

29 Oktyabr 2026, 09:59

Nigar Sabirqızı: “Güneyli soydaşlarımız üçün bir gün mütləq Günəş doğacaq”

İTV-nin aparıcısı, tanınmış jurnalist Nigar Sabirqızı son günlər Cənubi Azərbaycan mövzusunun gündəmə gəlməsini müsbət qiymətləndirib və güneyli soydaşlarımızın ana dilində təhsil hüququ ilə bağlı təşəbbüslərə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Nigar Sabirqızı qeyd edib ki, əvvəlcə Elm və Təhsil Nazirliyi iranlı nazirin azərbaycanlı hicablı qızlara müraciətinə lazımi cavab verib. Daha sonra 51 qeyri-hökumət təşkilatı İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ana dilində təhsil alması üçün addımlar atmağa çağırıb. Bu gün isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) da oxşar müraciətlə çıxış edib.Jurnalistin fikrincə, bu təşəbbüslər Azərbaycanın İranda yaşayan soydaşlarının taleyinə...

29 Oktyabr 2026, 09:15

Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib

Türkiyə ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət və gömrük sahələrindəki əməkdaşlığa dair məsələlər müzakirə edilib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.Qeyd edək ki, müzakirələr Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovun bu ölkənin ticarət naziri Ömər Bolatla görüşündə aparılıb:"Görüşdə iki qardaş ölkə arasında iqtisadiyyat, ticarət və gömrük sahələrindəki əməkdaşlığa dair məsələlər müzakirə edilib", - məlumatda bildirilib....

28 Oktyabr 2026, 18:30