Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyev Bayram Beqayı təbrik edib

Siyasət 28 Noyabr 2024, 11:49

33032

Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya təbrik məktubu ünvanlayıb.

Citypost.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimizin, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Fəal siyasi dialoqumuz bütün sahələrdə birgə fəaliyyətimizi daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.

Son dövr ərzində həyata keçirilmiş ali səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın inkişafına yeni təkan vermişdir.

Əminəm ki, Azərbaycan-Albaniya dostluq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zaur Şükürov: Azərbaycan-Vyetnam əlaqələri strateji əhəmiyyət daşıyır

Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə ölkəmizin həyata keçirdiyi uzaqgörən, balanslı və praqmatik xarici siyasət kursu çərçivəsində fərqli coğrafiyalarda milli maraqlarımıza cavab verən beynəlxalq əməkdaşlığımız uğurla inkişaf etməkdədir. Məhz bu stategiyanın nəticəsində ölkəmizin nüfuzunun davamlı olaraq yüksəlməsi və etibarlı tərəfdaşa çevrilməsi müxtəlif siyasi-iqtisadi inkişaf və idarəçilik modelinə malik olan dövlətlərin, habelə regional və beynəlxalq təşkilatların Azərbaycana marağını artırır.Bu xüsusda, son dövrlər Cənub-Şərqi Asiya dövlətləri ilə münasibətlərimizin inkişafı diqqət çəkir. Bu regionun dinamik inkişaf edən dövlətlərindən olan Vyetnamla da ikitərəfli və çoxtərəfli müstəvilərdə səmərəli əməkdaşlığın təşəkkül tapdığını və qarşılıqlı faydalılıq əsasda inkişafını müşahidə edirik. Dövlətlərarası əlaqələrin dərinləşməsinə heç şübhəsiz ölkə...

21 Noyabr 2026, 11:11

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər -Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul ediblər.Citypost.az xəbər verir ki, sonra Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Prezidenti To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub."Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Vyetnamın ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuanq mübadilə etdilər."Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Vyetnam...

21 Noyabr 2026, 09:19

İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü olub.Bu barədə Citypost.az xəbər verib.

21 Noyabr 2026, 09:15

Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnam Sosialist Respublikasının paytaxtı Hanoyda rəsmi qarşılanma mərasimi olub."Report"un Vyetnama ezam olunmuş əməkdaşı xəbər verir ki, Vyetnamın və Azərbaycanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam və xanımı No Fon Li Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşılayıblar.Azərbaycanın və Vyetnamın Dövlət himnləri səslənib. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.Vyetnam Sosialist Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvləri isə Prezident To Lama təqdim edilib. Fəxri qarovul dəstəsi hərbi marşın...

21 Noyabr 2026, 08:20

Aydın Quliyev: Vyetnamla tərəfdaşlıq Azərbaycanın geosiyasi xəritəsini genişləndirir

Vietnam-Azərbaycan əlaqələri bir neçə nöqteyi-nəzərdən həm tarixi, həm də geosiyasi əhəmiyyətə malikdir. Tarixi əhəmiyyət onunla izah olunur ki, Vietnam-Azərbaycan əməkdaşlığının kökləri ötən əsrin ortalarına, II Dünya müharibəsindən sonrakı dövrlərə təsadüf edir. Sovet Azərbaycanında Vietnamla əlaqələr, Vietnamın neft sənayesinin yüksəlişində Azərbaycan neftçilərinin iştirakı, Vietnamla Azərbaycanın arasında, düzdür, Sovet dövləti kontekstində humanitar-təhsil əlaqələri bu gün o əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı fundament rolunu oynayır. Heç təsadüfi deyil ki, 90-cı illərin ortalarından, yəni Azərbaycan müstəqilliyə qovuşandan sonra da bu ənənə unudulmadı və Heydər Əliyevin dövründən də Vietnam ilə Azərbaycanın münasibətləri daha da dərinləşdirilməyə başladı. Bu əlaqələrin tarixi kökü var, cəmiyyətlərin və dövlətlərin arasında...

20 Noyabr 2026, 16:05

Sahibə Qafarova Türkmənistanda MDB PA-nın 61-ci plenar iclasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 20-də Türkmənistanda MDB Parlamentlərarası Assambleyasının 61-ci plenar iclasında çıxış edib.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, spiker əvvəlcə Türkmənistan Məclisini MDB Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alması münasibətilə təbrik edib.Çıxışında Milli Məclisin sədri Assambleyanı açıq dialoq platforması kimi xarakterizə edərək, bu çərçivədə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə oluna biləcəyini və dövlətlərin milli prioritetlərini nəzərə alaraq razılaşdırılmış yanaşmalar tapıla biləcəyini qeyd edib.Spiker Sahibə Qafarova Azərbaycan Milli Məclisinin MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlığa əhəmiyyət verdiyini, parlament əlaqələrinin genişləndirilməsinə və ölkələrimiz arasında çoxtərəfli qarşılıqlı fəaliyyətin daha da inkişafına yönəlmiş təşəbbüsləri dəstəklədiyini bildirib.Qeyd...

20 Noyabr 2026, 15:30