Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşdü
Siyasət 29 Noyabr 2024, 15:24
16884
Noyabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin ölkəmizə yeni təyin olunmuş səfiri Məhəmməd Feysəl Əl-Muteyrini qəbul edib.
Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Küveyt Dövlətinin səfiri Məhəmməd Feysəl Əl-Muteyri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir yeni təyin olunmuş səfiri təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Cari ildə Küveyt Dövləti ilə diplomatik münasibətlərimizin əsasının qoyulmasının 30-cu ildönümünün qeyd olunduğu, bu illər ərzində ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb.
İkitərəfli əməkdaşlığımızın müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, turizm və s. istiqamətlər üzrə daha da inkişafı istiqamətində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.
Həmçinin oxuyun
Regional və beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Tərəflər COP29-un nəticələri barədə ətraflı müzakirə aparıb. Ölkəmizin liderliyi ilə uğurlu konfransın iqlim dəyişikliyi ilə mübarizə istiqamətində səylərə mühüm töhfə olduğu vurğulanıb.
Səfir Azərbaycan və Küveyt arasında mövcud əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan XİN Polşadakı atışma ilə bağlı başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Polşanın Krakov şəhərində baş verən, insan tələfatı və çoxsaylı xəsarətlərlə nəticələnən atışma hadisəsi ilə bağlı başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.“Polşanın Krakov şəhərində insan tələfatı və çoxsaylı xəsarətlərlə nəticələnən atışma hadisəsindən dərindən kədərləndik.Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı çatdırır, xəsarət alanlara tezliklə şəfa diləyirik.Bu çətin zamanda düşüncələrimiz Polşa xalqı ilədir”, – paylaşımda bildirilib.FiruzəFiruzə Vahid...
10 Noyabr 2026, 12:35
İlham Əliyevin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:Türkiyə-Azərbaycan birliyi əbədidir! https://t.co/EO7CqBBmQg— İlham Əliyev (@azpresident) November 10, 2026
10 Noyabr 2026, 10:18
Alqış Musayev:“Bayrağımızı yüksəltməyə artıq heç nə mane olmur”
Dövlət himnimizin 3-cü bəndi oxunanda,-Namusunu hifz etməyəbayrağını yüksəltməyə…-içimizi bir xəcalət duyğusu göynədirdi.Düşünürdük, daşınırdıqKim hifz edəcək?Atasının gözü önündə döşləri kəsilən 11 yaşlı azərbaycanlı qızcığazın fəryadı qulaqlarımızda əks səda verirdi.Erməni əsirliyində məşəqqətlər yaşamış yeganələrin, dürdanələrin iztirabı dil açırdı.Himnimiz yarımçıq idi.Təkrar-təkrar oxunsa da, axırda yarımçıq qalırdı.Tamamlana bilmirdi.Tamamlaya bilmirdik.İlham Əliyev dövlət suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etməklə bərabər, Dövlət himnimizi də məzmunca tamamladı, bütövləşdirdi... Alqış Musayev"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Əməkdar jurnalist. YAP İdarə Heyətinin üzvü...
10 Noyabr 2026, 08:26
Xalid Kazımlı: “Öz dövlətinin yanında olanlara niyə trol deyirsiniz?”
Əməkdar jurnalist Xalid Kazımlı Azərbaycan-Türkiyə münasibətlərində son dövrlər yaşanan gərginlik və bu proses ətrafında aparılan müzakirələrlə bağlı sərt mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda Azərbaycan dövlətinin və xalqının mövqeyini müdafiə edən şəxslərin “trol” adlandırılmasını tənqid edib.Xalid Kazımlı bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərindən sonra son 30 gündən artıq müddətdə yaşanan gərginliyin başa çatdığını düşünən bəzi şəxslərin paylaşımlarında hücum edənlə hücuma məruz qalan arasında bərabərlik yaradılır.Əməkdar jurnalistin sözlərinə görə, son bir ay ərzində Azərbaycana qarşı yüzlərlə video paylaşılıb, minlərlə təhqiramiz və ağır ifadələrdən ibarət status dərc edilib. Buna cavab olaraq isə Azərbaycandan yalnız...
10 Noyabr 2026, 08:12
N.Sabirqızı: Bəziləri Türkiyəni Rusiya və İranla səhv salıb
Jurnalist Nigar Sabirqızı Azərbaycan-Türkiyə münasibətlərində yaranmış gərginlik və bu proses ətrafında səsləndirilən fikirlərlə bağlı sərt mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında etdiyi paylaşımda Azərbaycan cəmiyyətində Türkiyəyə münasibətin Rusiya və İrana münasibətdən fərqli olduğunu vurğulayıb.Nigar Sabirqızı bildirib ki, Azərbaycan indiyədək Rusiya və İranla ciddi gərginliklər yaşasa da, bu hadisələr cəmiyyətdə Türkiyə ilə münasibətlərdə yaranan vəziyyət qədər narahatlıq doğurmayıb. Bunun əsas səbəbi isə Türkiyənin Azərbaycan xalqı üçün xüsusi yerə malik olmasıdır.Jurnalistin sözlərinə görə, Moskva və Tehranla münasibətlər kəskinləşəndə Bakıdan səsləndirilən sərt bəyanatlar cəmiyyətdə birmənalı qarşılanırdı. Türkiyə ilə bağlı yaranan vəziyyət isə hər iki ölkədə insanları narahat edirdi.O qeyd edib...
10 Noyabr 2026, 08:06
Aydın Quliyev: “Trampın İranı yenidən vurması ehtimalı var”
“Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev ABŞ Prezidenti Donald Trampın İranla bağlı mümkün hərbi qərarları barədə fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, Aydın Quliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Politoloq hesab edir ki, Donald Tramp İranla bağlı yenidən hərbi əməliyyatlara başlaya bilər. O, belə bir ehtimalı Trampın müharibə kimi ciddi qərarları emosional reaksiyalar əsasında verməsi ilə əlaqələndirib.Aydın Quliyev xatırladıb ki, onun iddiasına görə, iyulun 7-də Ankarada keçirilən NATO sammitindən sonra, ertəsi gün Tramp İrana zərbə endirmək barədə əmr verib. Halbuki bundan əvvəl Xomeyninin dəfn mərasimi ilə əlaqədar bir həftəlik atəşkəs elan edilmişdi.Politoloqun fikrincə, dəfn mərasimində səsləndirilən “Trampa ölüm” şüarları...
10 Noyabr 2026, 02:35