Qarabağa bir erməni qayıtsa... - Millət vəkili
Siyasət 02 Dekabr 2024, 12:21
31101
Qarabağa bir erməni qayıdarsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtmalıdır.
Citypost.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.
Həmçinin oxuyun
“Bir məqama diqqət etməliyik ki, ermənilərin Azərbaycana hansısa formada qayıdışının alternativi olaraq azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tezisini aktual şəkildə bütün beynəlxalq platformalarda gündəmdə saxlamalıyıq. Biz elə etməliyik ki, Qarabağa bir erməni qayıdarsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtsın. Əgər min erməni azad olunmuş ərazilərə qayıdacaqsa, min azərbaycanlı da Qərbi Azərbaycana qayıtmalıdır”, - deputat vurğulayıb.
İlham Əliyevə görün kim ZƏNG ETDİ
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında paylaşım edilib."Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirmişdir.Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu bir daha qeyd olunmuşdur".
09 Noyabr 2026, 15:02
Z.Şükürov: Üçrəngli bayraq milli dövlətçilik ənənələrimizin bərpasının rəmzidir
Azərbaycan xalqının milli dövlətçilik tarixinin və müstəqillik ideallarının ən müqəddəs rəmzlərindən olan üçrəngli Dövlət Bayrağımızın yenidən dövlət atributu kimi qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi uzaqgörənliyi, sarsılmaz qətiyyəti və milli dövlətçilik ənənələrinin bərpası istiqamətindəki misilsiz xidmətləri ilə bağlıdır.Bu sözləri Milli Məclisin deputatı Zaur Şükürov Citypost.az-a açıqlamasında bildirib.Zaur Şükürov xatırladıb ki, 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tarixi sessiyasında Azərbaycan dövlətçiliyinin bərpası yolunda müstəsna əhəmiyyət daşıyan qərarlar qəbul edilərək, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsdiq olundu və Muxtar Respublikanın adından “Sovet Sosialist”...
09 Noyabr 2026, 11:59
Pərvanə Vəliyeva: Üçrəngli bayrağımız xalqımızın azadlıq mübarizəsinin rəmzidir
Mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan, Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə təcəssüm etdirən üçrəngli Dövlət Bayrağımız tarixi keçmişimizi, milli-mənəvi dəyərlərimizi, müasir inkişaf yolumuzu və gələcəyə olan inamımızı ifadə edir.Azərbaycan Bayrağı sadəcə dövlət atributu deyil. O, xalqımızın əsrlər boyu qoruyub saxladığı milli kimliyinin, tarixi yaddaşının, müstəqil yaşamaq iradəsinin və dövlətçilik məfkurəsinin ifadəsidir. Bu bayraq altında Azərbaycan xalqı öz müstəqil dövlətini qurmuş, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparmış, tarixi nailiyyətlərə imza atmışdır.Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixi XX əsrin əvvəllərində, xalqımızın milli oyanış və istiqlal mübarizəsinin geniş vüsət aldığı dövrə...
09 Noyabr 2026, 11:31
Türkiyə XİN Azərbaycanın Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib.Citypost.az xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib.Azerbaycanlı kardeşlerimizin 9 Kasım Devlet Bayrak Günü kutlu olsun! https://t.co/fS9LXxjpUr— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) November 9, 2026
09 Noyabr 2026, 10:20
Zaur Əliyev: “Bu iki bayraq hər zaman bir yerdə olacaq”
Tarixçi alim Zaur Əliyev Zəfər Günü münasibətilə Azərbaycan və Türkiyə bayraqlarının ölkənin müxtəlif yerlərində yanaşı dalğalanmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, alim bu barədə Facebook hesabında paylaşım edib.Zaur Əliyev qeyd edib ki, Zəfər Günü Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən yaşadığı məhəllədə Azərbaycan və Türkiyə bayraqları yanaşı asılıb. O vurğulayıb ki, kimlərin nə deməsindən asılı olmayaraq, bu iki bayraq hər zaman bir yerdə olacaq.Tarixçi alim sosial şəbəkələrdə Azərbaycan-Türkiyə münasibətlərinə qarşı mənfi mövqe sərgiləyən şəxslərin fikirlərinə əhəmiyyət vermədiyini bildirib. Onun sözlərinə görə, iki ölkə arasındakı qardaşlıq siyasi proseslərdən və ayrı-ayrı şəxslərin mövqeyindən daha üstündür.Zaur Əliyev siyasətçilərin gəlib-getdiyini, lakin Azərbaycan və Türkiyə bayraqlarının...
09 Noyabr 2026, 08:43
Asif Nərimanlı: “Türkiyə-Azərbaycan qardaşlığını sarsıtmaq istəyənlər arzularına çatmayacaq”
Politoloq Asif Nərimanlı Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinə qarşı yönələn cəhdlərlə bağlı diqqətçəkən açıqlama ilə çıxış edib.Citypost.az xəbər verir ki, politoloq sosial şəbəkə hesabında etdiyi paylaşımda Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı verdiyi mesajları şərh edib.Asif Nərimanlının sözlərinə görə, Prezident İlham Əliyevin mesajı olduqca aydındır: Türkiyə-Azərbaycan qardaşlığını sarsıtmağa çalışanlar heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. O bildirib ki, heç kimə iki ölkə arasına nifaq salmağa, şəxsi maraqları naminə qardaşlığa və birliyə kölgə salmağa imkan verilməyəcək.Politoloq xüsusilə mesajda yer alan “şəxsi maraqları naminə” ifadəsinə diqqət çəkib. Onun fikrincə, bu detal Türkiyədə müəyyən qrupların Azərbaycana qarşı informasiya hücumları...
09 Noyabr 2026, 08:33