Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb
Siyasət 03 Dekabr 2024, 09:15
12668
Dekabrın 3-də xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak etmək məqsədilə İran İslam Respublikasının Məşhəd şəhərinə yola düşüb.
Həmçinin oxuyun
Citypost.az xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda Azərbaycan və Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
22 oktyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Norveç Krallığı Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.XİN-dən Citypost.az-a verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Norveç nümayəndə heyətinə isə bu ölkənin Xarici işlər Nazirliyinin dövlət katibi Eivind Vad Petersson rəhbərlik edib.Məsləhətləşmələr çərçivəsində Azərbaycan və Norveç arasında siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib və ikitərəfli dialoqun davamlılığının təmin olunmasının vacibliyi qeyd edilib.Məsləhətləşmələr çərçivəsində ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.Həmçinin müqavilə-hüquq bazasının...
22 Oktyabr 2026, 18:53
Elçin Əmirbəyov Aİ rəsmiləri ilə bir sıra mühüm məsələləri müzakirə edib
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşüb.Citypost.az xəbər verir ki, Elçin Əmirbəyov Avropa Komissiyası Prezidentinin baş diplomatik müşaviri Saymon Mordü, Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət məsələləri üzrə baş müşaviri Ana Maria Bura, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Kaysa Ollongren, baş katibin müavini və siyasi direktor Olof Skuqla görüşlər keçirib.O, eyni zamanda, Avropa Komissiyasının genişlənmə və şərq qonşuluğu üzrə baş direktoru Gert Yan Kupman, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinin kabinet rəhbəri Vivian Lunella və Avropa İttifaqı Şurasının Siyasi...
22 Oktyabr 2026, 15:30
Yaponiya XİN: Azərbaycan Yaponiyanın dəyərli tərəfdaşıdır
Azərbaycan Yaponiyanın dəyərli tərəfdaşı olaraq beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regionda sabitliyin qorunub saxlanılmasında və inkişafın təşviqində mühüm rol oynayır."Report" Yaponiyanın Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yasutaka Nakasone Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbovla görüşündə bildirib.Nazir müavini bu ilin iyun ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya səfərini xatırladaraq, həmin səfər zamanı razılaşdırılmış Yaponiya ilə Azərbaycan arasında investisiya sazişinin ən qısa zamanda imzalanması üçün əməkdaşlıq etmək istəyini ifadə edib.Azərbaycanlı diplomat öz növbəsində Y.Nakasoneni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını vurğulayıb.Görüşdə...
22 Oktyabr 2026, 10:35
Xəzər İbrahim ABŞ-də enerji təhlükəsizliyi ilə bağlı müzakirələrdə çıxış edib
Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Pensilvaniya ştatının Oyl Siti və Taytusvil şəhərlərində keçirilən Dreyk Forumunda iştirak edib.Bu barədə Citypost.az-a Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyindən bildirilib.Məlumata görə, Oyl Siti şəhərində tarixi "Milli Tranzit Binası"nda ("National Transit Building") Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovanın "Xalçalarda xoşbəxtlik: Xalçanın insanı xoşbəxt etməsinin 10 səbəbi" kitabının təqdimatı və bu mövzuda şəhərin mədəniyyət icmasının nümayəndələri ilə görüşü baş tutub.Sonra "Milli Tranzit Binası"nın yanında yerləşən "Boru Kəməri Keçidi"ndə ("Pipeline Alley") Azərbaycanın ABŞ-dəki Səfirliyinin təşkilatçılığı ilə qəbul təşkil olunub.Qəbul çərçivəsində Azərbaycan şərabları və şirniyyatları qonaqlara təqdim edilib.Qəbulun ardınca "Milli Tranzit Binası"nın sərgi zalında Azərbaycanın əməkdar rəssamı İrina Eldarovanın 2024-cü...
22 Oktyabr 2026, 09:35
Tural İrfan: “Türkiyə ilə münasibətlərin nizamını qorumaq vacibdir”
Pakistan və İraqın İranla sərhədlərini bağlaması barədə yayılan məlumatlar regionda gərginliyin artdığını göstərir.Citypost.az Məsələyə münasibət bildirən Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı-politoloq Tural İrfan sosial şəbəkə hesabında bu proseslərin mümkün nəticələrinə toxunub.T.İrfan yazıb ki, sərhədlərin bağlanması ilə bağlı məlumatlar ABŞ və İsrailin konkret addımlara qərar verdiyini göstərə bilər: "Pakistan və İraqın İranla sərhədlərini bağlaması haqda məlumatlar var. Bu və digər proseslər ABŞ və İsrailin konkret addımlara qərar verdiyi anlamına gəlir. İran ətrafında çəmbər daralır".Politoloq bu şəraitdə Türkiyə ilə münasibətlərin qorunmasının önəmini vurğulayıb: "Mümkün olduğu qədər Türkiyə ilə münasibətlərin nizamının qorunması vacibdir"....
22 Oktyabr 2026, 08:43
Elxan Şükürlü: "Qardaş ölkələr arasında nifaq salmaq istəyənlərə fürsət vermək olmaz"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng vuraraq onu Ankaraya dəvət etməsi ictimai-siyasi dairələrdə geniş əks-səda doğurub.Citypost.az xəbər verir ki, məsələyə münasibət bildirən politoloq Elxan Şükürlü sosial şəbəkə hesabında bu addımı gərginliyin qarşısını almaq baxımından əhəmiyyətli sayıb.E.Şükürlü yazıb ki, atılan addım fitnənin böyüməsinin və münasibətlərin gərginləşməsinin qarşısını alacaq: "Fitnənin böyüməsinin və münasibətlərin gərginləşməsinin qarşısını alacaq ilk böyük addım atıldı: Türkiyə prezidenti Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə zəng vurdu, onu Ankaraya dəvət etdi!"Politoloq qardaş ölkələr arasında nifaq salınmasına ümid bəsləyənlərə fürsət verilməməsinin vacibliyini vurğulayıb: "Ümmətin parçalanacağına, qardaş ölkələr arasında nifaq salınacağına ümid bəsləyənlərə və bunun üçün son günlər...
22 Oktyabr 2026, 08:40