Bizə yazın

Baku

-°C

USD

-

Əliyevlə görüşmək şərəfinə nail oldum - Kobaxidze

Siyasət 17 Yanvar 2025, 18:49

34596

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə məhsuldar danışıqlar apardığını bildirib.

Citypost.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsindəki paylaşımında yazıb.

“Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclası çərçivəsində Prezident İlham Əliyevlə görüşmək şərəfinə nail oldum. Biz ikitərəfli və regional məsələlər üzrə məhsuldar dialoq apardıq və strateji tərəfdaşlığımızın əhəmiyyətini vurğuladıq", - o qeyd edib.

İ.Kobaxidze bu görüşün iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə və ümumi məqsədlərə nail olmağa yol açacağına əminliyini ifadə edib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezidentin sosial şəbəkə hesablarında Estoniya XİN rəhbərinin rəsmi qəbulu ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsahknanın rəsmi qəbulu ilə bağlı videoçarx paylaşılıb.Citypost.az paylaşımı təqdim edir:President Ilham Aliyev received Minister of Foreign Affairs of the Republic of Estonia Margus Tsahkna. https://t.co/7HIWPHBa6x— Ilham Aliyev (@presidentaz) November 27, 2026

27 Noyabr 2026, 12:12

Bakıda Azərbaycan və Estoniya XİN rəhbərlərinin görüşü keçirilir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.Qeyd olunub ki, Marqus Tsahkna Azərbaycan Xarici İşlər Nazirliyində Ceyhun Bayramov tərəfindən qarşılanıb.

27 Noyabr 2026, 12:10

Estoniya xarici işlər naziri Azərbaycana səfərə gəlib

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Bakıya səfərə gəlib.Citypost.az xəbər verir ki, bu barədə Tsahkna "X" sosial şəbəkəsində paylaşım edib."Bakıya yenicə gəldim. Bu gün biz Estoniyanın Azərbaycandakı səfirliyini rəsmən açırıq. Bu, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsini əks etdirən mühüm hadisədir", - nazir qeyd edib.Tsahknanın sözlərinə görə, səfər çərçivəsində müxtəlif istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinin, habelə regional və Avropa təhlükəsizliyinin möhkəmləndirilməsi məsələlərinin müzakirə olunması planlaşdırılır....

27 Noyabr 2026, 09:12

Alqış Musayev Mehdiyevin kitablarını “ideoloji tullantı” adlandırdı

Alqış Musayev Mehdiyevin kitablarının qadağan olunmasına münasibət bildirdi“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Alqış Musayev Ramiz Mehdiyevin kitablarının qadağan olunması məsələsinə münasibət bildirib.Citypost.az xəbər verir ki, Alqış Musayev bu barədə sosial şəbəkə hesabında yazıb.O qeyd edib ki, Mehdiyevin kitablarının qadağan olunması barədə düşünməyə belə ehtiyac yoxdur. Onun fikrincə, həmin nəşrlər informasiya yükü, ideya və məzmun daşımayan söz yığınından ibarətdir.“Qadağan yox, kitabxanaları Mehdiyevin ideoloji tullantılarından – zibillərindən təmizləmək olar. Bu qərarı isə yalnız kitabxanalar verə bilər. Belə ki, Mehdiyevin ‘yaradıcılığına’ inzibati-hüquqi müdaxilənin yeri yoxdur”, – deyə Əməkdar jurnalist vurğulayıb.Turan...

27 Noyabr 2026, 00:30

Qulamhüseyn Əlibəyli: ATƏT sədrliyi Azərbaycanın diplomatik imkanlarını nümayiş etdirmək fürsətidir

Məlum olduğu kimi, Azərbaycan noyabrın 19-da Vyanada ATƏT-in Daimi Şurasının iclasında bu quruma sədrlik vəzifəsini üzərinə götürməyə hazır olduğunu bildirdi. Bundan dərhal sonra, noyabrın 23-də "Human Rights House Foundation" və daha 45 vətəndaş cəmiyyəti təşkilatı ATƏT-ə üzv dövlətləri Azərbaycanın 2027-ci ildə quruma sədrlik etmək cəhdini rədd etməyə çağırdı. Bu müraciət üzv dövlətlərin hələ müzakirə etdiyi bir məsələ üzrə qərar ərəfəsində Azərbaycan dövləti əleyhinə neqativ atmosfer yaratmaq cəhdindən başqa bir şey deyil.Hər şeydən əvvəl xatırlamaq lazımdır ki, ATƏT-də sədrlik nə növbəlilik qaydasında avtomatik keçir, nə də səsvermə ilə müəyyənləşir – bu məsələ üzv dövlətlərin konsensusu ilə həll olunur. Yəni istənilən bir...

27 Noyabr 2026, 00:27

Ülviyyə Həmzəyeva: Kəlağayı sənətini gələcək nəsillərə ötürməliyik

Bu gün, noyabrın 26-da Azərbaycan Kəlağayısı Günüdür. Azərbaycan xalqının yaddaşında, məişətində və mədəni həyatında özünəməxsus yeri olan kəlağayı yalnız qadın baş örtüyü deyil, əsrlərin sınağından çıxmış milli sənət nümunəsi, zərifliyin, zövqün və mənəvi dəyərlərin rəmzidir. Hər naxışında xalqın tarixindən, adət-ənənəsindən izlər daşıyan bu sənət nümunəsi nəsildən nəslə ötürülərək günümüzə qədər gəlib çatıb.2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu qərar həm kəlağayının dünya miqyasında tanınmasına, həm də onun qorunması və yaşadılması istiqamətində fəaliyyətin daha da genişlənməsinə yol açıb. Bu gün Azərbaycanda kəlağayı ustalarının dəstəklənməsi, ənənəvi sənətkarlığın inkişafı, festivalların, sərgilərin və...

26 Noyabr 2026, 20:04