Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Siyasət 21 Yanvar 2025, 18:13
29424
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Citypost.az xəbər verir ki, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident, əziz Qardaşım.
Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.
Həmçinin oxuyun
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, son məlumata görə, yanğında 66 nəfər ölüb, 51 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Elçin Rüstəmli: “Tramp buna çalışdı, amma sistem imkan vermədi”
Siyasi şərhçi-jurnalist Elçin Rüstəmli ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında gündəmə gələn dizel yanacağı sövdələşməsinin baş tutmaması ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Elçin Rüstəmli bildirib ki, Rusiya yanacağını daşıyan tankerlər ABŞ sahillərinə çatmamış istiqamətlərini dəyişərək geri dönüblər.O, baş tutmayan sövdələşməni siyasi baxımdan dəyərləndirərək ABŞ Prezidenti Donald Trampın bu istiqamətdəki cəhdlərinin mövcud sistemin maneələri ilə üzləşdiyini vurğulayıb.“Yaxşı xəbər odur ki, Tramp-Putin arasında əldə olunmuş dizel sövdələşməsi baş tutmadı. Rusiya yanacağını daşıyan tankerlər ABŞ sahillərinə çatmamış sükanı geri döndərib. Tramp ha çalışdı, sistem imkan vermədi”, – deyə Elçin Rüstəmli...
13 Noyabr 2026, 01:53
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb.Citypost.az xəbər verir ki, sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnham tərəfindən imzalanıb."Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xatırlayaraq, ikitərəfli əlaqələrin gücünü, dərinliyini və dinamizmini qəbul edərək, qarşılıqlı hörmətə, ortaq maraqlara və praktik əməkdaşlığa əsaslanan...
13 Noyabr 2026, 00:47
Meloni İlham Əliyevlə məsləhətləşmə apardı
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevlə məsləhətləşmə aparıb.Citypost.az xəbər verir ki, bu, İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə toplantısı çərçivəsində baş tutub.Qeyd edək ki, Prezident İlham Əliyev Zirvə toplantısında iştirak etmək üçün Dublinə səfər edib.
13 Noyabr 2026, 00:45
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.Citypost.az xəbər verir, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün daha böyük potensialın mövcudluğu qeyd edilib.Azərbaycanın və Litvanın dövlət başçıları regional sülh gündəliyi, ikitərəfli münasibətlər və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
13 Noyabr 2026, 00:45
İlham Əliyev Rumıniya Prezidenti ilə görüşüb
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb.Citypost.az xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu vurğulayaraq, Azərbaycan Prezidentini Rumıniyada səfərdə görməkdən məmnun olacağını bildirdi.Prezident İlham Əliyev münasibətlərimizin strateji tərəfdaşlıq zəminində inkişaf etdiyini dedi və əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı.Dövlət başçıları ikitərəfli müzakirələrə əsaslanaraq, strateji tərəfdaşlığımızın dərinləşdirilməsinə, əsas enerji və bağlantı layihələrinin irəlilədilməsinə, həmçinin ortaq siyasi və iqtisadi gündəliyin həyata keçirilməsinə dair fikir mübadiləsi apardılar.Azərbaycanın Rumıniya üçün və Avropanın enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş olduğu vurğulandı. Enerji sahəsində mövcud əməkdaşlığın yaxşı...
13 Noyabr 2026, 00:43
İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşü olub.Citypost.az xəbər verir ki, Baş nazir Andrey Babiş bu ilin aprelində ölkəmizə rəsmi səfərini və Qəbələdə dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı. Həmin səfər çərçivəsində müzakirə olunmuş mövzuların icrasında yaxşı nəticələrin əldə olunduğu vurğulandı.Görüşdə iqtisadi-ticari əlaqələrimizin inkişafı, investisiya layihələrinin həyata keçirilməsi, iki ölkənin biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olundu.Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rola toxunularaq, ölkəmizin Çexiyanın ən iri neft təchizatçısı olduğu qeyd edildi....
12 Noyabr 2026, 23:50