Əli Əsədov Cövdət Yılmaza başsağlığı verdi

Siyasət

21 Yanvar 2025, 18:38
Əli Əsədov Cövdət Yılmaza başsağlığı verdi
27

Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaza başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Citypost.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, Ə.Əsədov Türkiyənin Bolu vilayətində yerləşən xizək mərkəzində baş verən yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirib. Bu ağır faciə ilə əlaqədar Türkiyənin vitse-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, bütün yaralılara şəfa diləyib.

Qeyd edək ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya Xizək Mərkəzində hoteldə baş verən yanğın nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Problemlərinizi bizə bildirin
077 323 55 66

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
75.00%
0.00%
25.00%