İlham Əliyevlə bağlı sorğu - Nəticələr AÇIQLANDI
Siyasət 10 İyul 2025, 09:13

697
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikasının Prezidentinin fəaliyyətinə ictimai münasibətin öyrənilməsi məqsədilə ölkə vətəndaşları arasında rəy sorğusu həyata keçirib.
Mərkəzdən CityPost.az-a verilən məlumata görə, sorğu çərçivəsində 2025-ci ilin ilk altı ayı ərzində Prezidentin genişmiqyaslı fəaliyyət xronikasında ön plana çıxan və xüsusi aktuallıq kəsb edən bir sıra istiqamətlər seçilərək ictimai rəy sorğusu əsasında dəyərləndirilib.
Sorğunun nəticələri Prezidentin fəaliyyətinin ümumilikdə yüksək qiymətləndirildiyini göstərib. Xüsusilə Böyük qayıdış və bərpa-quruculuq, hərbi quruculuq, xarici siyasət, hərbi quruculuq və milli təhlükəsizlik sahəsində fəaliyyətə geniş ictimai dəstək ifadə olunub.
Sorğunun nəticələrinə əsasən, Prezidentin xarici siyasət sahəsində fəaliyyətini respondentlərin 67.8%-i çox yaxşı, 24.4%-i əsasən yaxşı olaraq qiymətləndirib. Sorğu iştirakçılarının 1.0%-i bu sahədə fəaliyyəti əsasən pis, 0.6%-i çox pis kimi dəyərləndirib. Respondentlərin 6.2%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
Nəticələr Azərbaycanın xarici siyasət kursuna – xüsusən regional əməkdaşlıq, geosiyasi balanslaşdırma və beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində fəaliyyətə yüksək ictimai dəstəyin olduğunu göstərib.
Metodologiya
Tədqiqat kəmiyyət metodologiyası əsasında aparılıb. Topludan nümunənin seçilməsində ehtimallı seçmənin çoxpilləli stratifikasiya üsulundan istifadə olunub. Seçmə çərçivəsi respondentlərin gender balansı, təhsil səviyyəsi və yaş bölgüsü rəsmi statistikaya uyğun olmaqla müəyyən edilib.
Həmçinin oxuyun
Sorğularda yaşı 18 və yuxarı olan 1200 respondent iştirak edib.
Sorğunun sahə işi (məlumatların toplanılması) 2025-ci ilin 10 iyun – 18 iyun tarixləri arasında icra edilib. Məlumatların toplanılmasında kompüter dəstəkli fərdi müsahibə (CAPI) üsulundan istifadə olunub.
Sorğular Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarını əhatə edib. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları sorğuda əhatə olunmayıb. Sorğular 7 respublika tabeli şəhər, 34 rayon olmaqla ümumilikdə ölkənin 41 rayon və şəhərində keçirilib.
Sahə işinə başlamamışdan əvvəl intervüyerlər təlimatlandırılıb. Həmçinin onlar tərəfindən bütün müsahibələrdə anonimlik təmin edilib, respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı, nəticələrin yalnız tədqiqat məqsədləri üçün istifadə ediləcəyi barədə məlumatlar verilib.
Sorğuda iştirak edənlərin sayına əsasən nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Prezident ötən ilin dövlət büdcəsinin icrasını təsdiqləyib
Prezident İlham Əliyev Milli Məclisin iyulun 4-də qəbuı etdiyi "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun təsdiqləyib.CityPost.az xatırladır ki, ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 %, proqnozdan isə 2,1 % çoxdur.Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır.İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib....
11 İyul 2025, 13:36

İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.CityPost.az xəbər verir ki, İlham Əliyev Mariam Kvrivişviliyə nazir təyin olunması münasibətilə təbriklərini çatdıraraq, onun vəzifəsinin icrasına başlamasından qısa müddət sonra ölkəmizə səfərini sıx əməkdaşlığımızın göstəricisi kimi qiymətləndirib.Qonaqpərvərliyə və təbriklərə görə minnnətdarlığını bildirən Mariam Kvrivişvili dövlət başçısı ilə görüşdən şərəf hissi keçirdiyini deyib.Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını dövlət başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İrakli Kobaxidzeyə çatdırmağı xahiş edib.Ölkə başçısı Gürcüstanda keçirilən parlament seçkilərindən sonra İrakli Kobaxidzenin bu ilin yanvarında ilk xarici səfərini Azərbaycana etməsini məmnunluqla xatırlayaraq, bunun...
11 İyul 2025, 13:24

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iyulun 10-da başa çatıb.CityPost.az "Report" xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad Əl-Nueymi və digər rəsmi şəxslər yola saldılar.
10 İyul 2025, 21:34

Azərbaycan Prezidentinin Ermənistan Baş naziri ilə görüşünün nəticəsi məlum olub
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib.CityPost.az xəbər verir ki, Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin vacib istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh müqaviləsinin paraflanması və digər məsələlərlə bağlı çox ciddi və substansiv müzakirələr aparılıb.Bu təmasların və danışıqların istər müxtəlif işçi qrupları səviyyəsində, eyni zamanda, daha yüksək səviyyələrdə davam etdirilməsi barədə ümumi razılıq əldə edilib....
10 İyul 2025, 14:29

Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü – normallaşma üçün mühüm addım - ŞƏRH
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüş iyulun 10-da Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Əbu-Dabi şəhərində baş tutur.Sonuncu dəfə liderlər bu il mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı çərçivəsində görüşüblər. O zaman danışıqların məhsuldar keçdiyinə dair məlumatlar yayılmışdı.Liderlərin Əbu-Dabi görüşü gələcəkdə atılacaq addımlar baxımından vacib sayılır. Bu görüş Azərbaycan və Ermənistan arasında sülh sazişi və ya müqaviləsinin imzalanması, normallaşma prosesi üçün ciddi təkan ola bilər.İndiki şərait dayanıqlı və dönməz sülhün əldə olunması üçün tarixi fürsət olaraq dəyərləndirilir. Əvvəla, tərəflər sülh sazişi layihəsinin mətni ilə bağlı müzakirələri artıq tamamlayıblar. İkincisi...
10 İyul 2025, 13:32

XİN iranlı səfirə cavab verdi
İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları qəbuledilməzdir.CityPost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin şərhində bildirilib.O, İran İslam Respublikasının səfirinin diqqətinə çatdırıb ki, İranın Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib.Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunması və İran tərəfinin ona qeyd-şərt qoyması barədə iddiaları real...
09 İyul 2025, 13:33