Hikmət Hacıyev Pakistan səfirini qəbul edib
Siyasət 07 Fevral 2025, 20:59
30191
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddini qəbul edib.
Bu barədə Qasım Mohiuddin “X” platformasındakı paylaşımında bildirilib.
“2025-ci ilə doğru irəliləyərkən Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərində daha böyük uğurlara nail olmaq üçün öz öhdəliyimizi qoruyuruq”-səfir qeyd edib.
Vüqar Rəhimzadə: Zəfərimiz Cənubi Qafqazda yeni reallıqlar yaratdı
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuş 8 Noyabr- Zəfər Günü 30 illik işğal dövrünün, 44 günlük Vətən müharibəsinə gedən yolun və əldə edilən şanlı Qələbəmizin fonunda qarşıda dayanan hədəflərin məcmusudur. 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi Ermənistanın kapitulyasiyası və Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatdı. Bu Zəfər növbəti zəfərlərimizə, Böyük Qayıdışa, regionda və dünya siyasətində yeniliklərə yol açdı. Bayramlarımız sırasına Zəfər Gününün, Dövlət Suverenliyi Gününün yazılması beynəlxalq hüquqa və milli maraqlara əsaslanan müstəqil siyasətin məntiqi nəticəsi kimi dünya azərbaycanlılarının birliyini və qürurunu daha da gücləndirdi.Müasir hərb tarixinə XXI əsrin yeni...
02 Noyabr 2026, 16:05
Azərbaycan QHT-lərinin Pezeşkiana müraciəti səfirliyə çatdırıldı
Bir qrup QHT nümayəndəsi noyabrın 2-də İranın Azərbaycandakı səfirliyinə gedərək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları açıq məktubu təqdim ediblər.Bu barədə Citypost.az-a Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.Bildirilib ki, səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçiləri tezliklə Məsud Pezeşkiandan müraciətlərinə cavab alacaqlarına ümid etdiklərini vurğulayıblar.Xatırladaq ki, İran Prezidentinə açıq məktubda deyilirdi:"Sizin Azərbaycan dilinə, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə və zəngin ədəbi irsinə bəslədiyiniz məhəbbət və hörmət təqdirəlayiqdir. Müxtəlif çıxışlarınızda ana dilində şeirlər səsləndirməyiniz, Azərbaycan atalar sözlərinə müraciət etməyiniz, ailə üzvlərinizlə doğma ana dilində ünsiyyət qurmağınız və bu dilə bağlılığınızı qürurla nümayiş etdirməyiniz əvəzsizdir.Bütün bunlar sizin üçün Azərbaycan dilinin sadəcə ünsiyyət...
02 Noyabr 2026, 13:29
Luiza Morsinq Elçin Əmirbəyovla görüşdü
İsveçin Bakıdakı səfiri Luiza Morsinq Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüş keçirib.Bu barədə "Report" İsveçin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb, eləcə də iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanlarını müzakirə ediblər.
02 Noyabr 2026, 13:26
Ərdoğandan İlham Əliyevə unikal Zəfər Günü TƏBRİKİ
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib.Citypost.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.O, dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına Zəfər Günü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikini çatdırıb. Təbrikdə deyilir:"Zati-aliləri, hörmətli qardaşım, Cənubi Koreyaya səfərim zamanı qardaş Azərbaycanın hava məkanından keçərkən öz adımdan və nümayəndə heyətim adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırıram. Fürsətdən istifadə edərək ölkələrimiz arasındakı müttəfiqlik münasibətlərinin və əməkdaşlığın gələcəkdə də möhkəmlənərək inkişaf edəcəyinə güclü inamımı bir...
02 Noyabr 2026, 13:04
“Ukrayna üçün çətin qış gəlir” – Politoloqdan proqnoz
Politoloq Turab Rzayev Rusiya-Ukrayna müharibəsinin gedişatı, ABŞ-ın mövqeyi və Qafqazla Mərkəzi Asiyada yaranan geosiyasi vəziyyətlə bağlı diqqətçəkən fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, politoloq sosial şəbəkə hesabında paylaşım edərək qarşıdan gələn qışın Ukrayna üçün olduqca çətin olacağını bildirib.Turab Rzayevin fikrincə, ABŞ Prezidenti Donald Tramp münaqişənin başa çatmasında maraqlıdır və bu məqsədlə Ukraynaya təzyiq göstərir. Eyni zamanda, onun qənaətinə görə, Vaşinqtonun mövqeyi Rusiyaya müəyyən mənada manevr imkanları yaradır.Politoloq hesab edir ki, İsrail də Rusiyanın İrana verdiyi dəstəyin dayandırılmasında maraqlıdır. Onun fikrincə, İsrail bu məsələdə Rusiyaya yalnız Ukrayna istiqamətində güzəştlər vəd edə bilər. Bu baxımdan, Qafqaz və Mərkəzi Asiyada baş verən geosiyasi prosesləri...
02 Noyabr 2026, 08:37
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairi Milli Günü münasibətilə təbrik edib."Report" xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib."Əlcəzairin Milli Günü münasibətilə Əlcəzair Xalq Demokratik Respublikasının xalqına və Hökumətinə səmimi təbriklər!Milli Gününüz mübarək!".Xatırladaq ki, 1954-cü ilin 1 noyabrında Əlcəzairdə Fransa əleyhinə İstiqlal Müharibəsi və milli azadlıq hərəkatı başlayıb.Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyinMüəllifXəbərlər ŞöbəsiSosial şəbəkələrdə paylaşınВ МИД Азербайджана поздравили Алжир по случаю Дня революцииAzerbaijan congratulates Algeria on National DayHaqqımızdaBizimlə əlaqəSaytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.CityPost.az müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə...
01 Noyabr 2026, 11:16