Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
Siyasət 11 Fevral 2025, 11:35
31512
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.
Citypost.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Həmçinin oxuyun
Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında münasibətlər sıx tellərlə bir-birinə bağlı olan xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərindən qaynaqlanır.
Hazırda ölkələrimiz iqtisadi-ticari, nəqliyyat, energetika və digər sahələrdə səmərəli əməkdaşlıq edirlər. Qarşılıqlı fəaliyyətimizin əhatə dairəsinin daha da genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi üçün əlverişli imkanlar mövcuddur.
İnanıram ki, ölkələrimizin rifahı, bölgənin sabitliyi və təhlükəsizliyi naminə Azərbaycan-İran münasibətləri və əməkdaşlığı bundan sonra da dostluq, qardaşlıq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf edəcək və möhkəmlənəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb.APA-nın Dublinə ezam olunmuş müxbiri xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması ilə bağlı Baş nazir Rumen Radevə bir daha başsağlığı verdi.Bolqarıstanın Baş naziri başsağlığına və ifadə olunmuş həmrəyliyə görə minnətdarlığını bildirdi.Söhbət zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı, dostluq və strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edildi.Görüşdə enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilərək, bu istiqamətdə tərəfdaşlığı möhkəmləndirmək üçün yaxşı perspektivlərin olduğu vurğulandı,...
12 Noyabr 2026, 20:06
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir
Yaxın saatlarda Dublində Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir.Bu barədə APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir.Qeyd edək ki, İrlandiyanın paytaxtı Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı keçirilir.
12 Noyabr 2026, 19:33
İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.Citypost.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Maya Sandu ilə görüşləri, həmçinin yüksəksəviyyəli qarşılıqlı səfərlər məmnunluqla xatırlandı.Prezident Maya Sandu Moldovanın Azərbaycanla enerji sahəsində əməkdaşlığına toxundu və bunu inkişaf etdirməkdə maraqlı olduqlarını bildirdi.Moldova Prezidenti ölkəsinin enerji təhlükəsizliyinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etdi.Azərbaycan və Moldova prezidentləri münasibətlərimizin perspektivlərinə, iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə, həmçinin kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardılar....
12 Noyabr 2026, 16:27
İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.Citypost.az xəbər verir ki, noyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.Ukrayna Prezidenti İlham Əliyevi Zəfər Günü və 12 noyabr - Konstitusiya Günü münasibətilə təbrik edib.Görüşdə Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri və səfər zamanı aparılmış müzakirələr məmnunluqla xatırlandı.İki ölkə arasında iqtisadi-ticari əlaqələrin, eyni zamanda, özəl sektorun xətti ilə iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olundu, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri məsələsi barədə fikir mübadiləsi aparıldı.Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya...
12 Noyabr 2026, 15:31
İrlandiyanın Baş naziri İlham Əliyevi qarşıladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəldi.Citypost.az xəbər verir ki, İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşıladı.
12 Noyabr 2026, 15:15
Zelenski Əliyevlə görüşə gəldi
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu sammitində iştirak etmək üçün Dublinə səfər edib.Citypost.az xəbər verir ki, bu dəqiqələrdə Azərbaycan dövlət başçısı ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş gözlənilir.Zelenski Əliyevlə görüş keçiriləcəyi məkana gəlib.
12 Noyabr 2026, 14:52