Bizə yazın

Baku

-°C

USD

-

Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat edib

Söz adamı 09 Noyabr 2024, 20:44

17759

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Bu barədə  şairin qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib.

Qeyd edək ki, Z.Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi.

Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır.
Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gəncliyimizin sevimli Səyyad müəllimi - Sərvaz Hüseynoğlu yazır...

Sosial şəbəkələrdə  millət vəkili Səyyad Aranla , onun Milli Məclisdə etdiyi çıxışla bağlı etikadan kənar, arzuolunmaz, daha çox da qəbuledilməz fikirlər paylaşırlar.Bu əsassız şərhləri oxumaq şəxsən mənim üçün çox ağırdı. Ağırdı ona görə ki, mən Səyyad müəllimin tale yolunu, bu yoldakı çabalarını, sözün həqiqi mənasında, əsl ziyalı, istedadlı insan kimi mücadiləsini həmişə heyranlıqla izləmişəm.  Səyyad müəllim ötən əsrin səksəninci illərində İmişli rayonunda işləyən gənc müəllimlər, ziyalılar , gənc yaradıcı insanlar üçün örnək idi. Biz gənclərin təsvirolunmaz Səyyad sevgisi, qibtə yeri vardı. Səyyad müəllim bütöv bir nəsil gəncliyə ədəbiyyatı, mədəniyyəti sevdirirdi. Təbliğ edirdi. Onun zövqü istinad yerimiz idi. O, tanıyıb -...

18 Noyabr 2026, 14:53

Firuz Mustafa: “Arbuz” və “sobaka” sözləri türk mənşəlidir

Əməkdar incəsənət xadimi, yazıçı Firuz Mustafa “Türkizmlər” silsiləsindən növbəti paylaşımında rus dilində işlənən “arbuz” və “sobaka” sözlərinin mənşəyinə toxunub.Citypost.az xəbər verir ki, yazıçı bu barədə sosial şəbəkə hesabında yazıb.Firuz Mustafa qeyd edib ki, rus dilində qarpız mənasında işlədilən “arbuz” sözü türk mənşəlidir. Onun sözlərinə görə, rus dilçiləri də bu sözün türk dillərindən alındığını vurğulayırlar. Müəllif “arbuz” sözünün “qar” və “buz” sözlərinin birləşməsindən yarandığını irəli sürüb. O, rus dilindəki “арбуз” sözünün türk dillərindəki “χarbuz/karpuz” formasından keçdiyini də xatırladıb.Yazıçı “sobaka” sözünün mənşəyinə də diqqət çəkib. O bildirib ki, bu sözün də türk dilləri ilə əlaqəli olduğu barədə dilçilik araşdırmaları mövcuddur. Müəllifin qeyd...

18 Noyabr 2026, 00:50

Qulu Məhərrəmli: “Atatürk haqqında nə qədər yazılsa, yenə də azdır”

Professor, Əməkdar jurnalist Qulu Məhərrəmli Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında yazılmış yeni kitab və onun təqdimat mərasimi ilə bağlı paylaşım edib.Citypost.az xəbər verir ki, O, bu barədə sosial şəbəkə hesabında yazıb.Qulu Məhərrəmli qeyd edib ki, Mustafa Kamal Atatürk təkcə türk dünyasının deyil, bütün bəşəriyyətin yetişdirdiyi böyük dühalardan, dünya tarixinə istiqamət vermiş qüdrətli şəxsiyyətlərdən biridir. Buna görə də onun haqqında nə qədər yazılsa, yenə də azdır.Professorun sözlərinə görə, peşəcə həkim, tanınmış araşdırmaçı-publisist Səxavət Əlisoy da Atatürk haqqında fərqli yanaşma ilə qələmə aldığı yeni kitabında bu tarixi şəxsiyyətin fenomenini liderlik anlayışı üzərindən təqdim etməyə çalışıb.Qulu Məhərrəmli kitabın maraqlı və oxunaqlı...

17 Noyabr 2026, 08:28

Yaxşılar dünyanın üzük qaşıdı! Əmir Pəhləvan yazır...

İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib.Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952-1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960-1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964-1968), redaktor (1968-1974), Ssenari şurası üzvü (1974-1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət"...

13 Noyabr 2026, 14:15

Mən niyə gülə bilmirəm? Aləmzər Sadıqqızından ŞEİRLƏR

Xəstəxanadan çıxmısdım...Yaşamağa ümidim yoxdu...Evdə kombi işləmirdi...Hava soyuqdu...Məcbur qardaşımgildə qaldıq bir neçə gün...Bu iki şeir qardaşımgildə yazılmışdı...Sözüm bitməyib...Həyat, mən səni sevdikçe,Məni ürəyimdən vurdun...Nə zaman uçmaq istəsəm,Dönüb kürəyimdən vurdun...Fələk məni ağlatdıqca,Yapışdım ətəklərindən.Bir ömürdü ağrıyıram,Yediyim kötəklərindən!Nə Allaha üz çevirdim,nə səndən bircə an doydum.Ey məni sevməyən həyat,Yolunda canımı qoydum! Mən bir bəyaz göyərçindim...Heç bulaşmadım çirkinə.Məni al qana boyadın,Mən gülümsədim əksinə...Qoyma bu Aləmi ölsün,Hələ də sözüm bitməyib...Dizimdə taqət bitsə də,.İçimdə dözüm bitməyib...1.11.2025.Aləmi görə bilmirəm...Qapım üzümə bağlidı...Neynirəm döyə bilmirəm...Soyuq çöküb hər küncünə Evimdə ölə bilmirəm...Nə gecəm var nə gündüzüm.Gözüm yaşı düzüm -düzum,Bu yuxunu hara yozum,Mən niyə gülə bilmirəm?Hər bir tərəfdə yaram var...Zindanında can ...

13 Noyabr 2026, 10:50

Rəbiqə Nazimqızından dil müzakirələrinə sərt etiraz: “Sərnişinə yolçu demək gülməli gəlir”

Şairə və tərcüməçi Rəbiqə Nazimqızı Azərbaycan dilində uzun illərdir işlək olan sözlərin yeni ifadələrlə əvəzlənməsi cəhdlərini tənqid edib.Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Rəbiqə Nazimqızı bildirib ki, yüzillər ərzində dilin lüğət tərkibində möhkəmlənmiş sözləri süni şəkildə dəyişdirmək əvəzinə, dilin real problemlərinə diqqət yetirmək daha məqsədəuyğun olardı.Şairə ahəng qanununun adının dəyişdirilməsi ilə bağlı ironik fikir səsləndirərək, “ahəng” sözünün özünün də bu qanuna uyğun gəlmədiyini xatırladıb.O, mühəndis, mühasib, memar, hesab, fizika, şeir və rəsm kimi sözlərin də alınma mənşəli olduğunu qeyd edərək, bu sözlərin hamısını əvəz etməyin mümkün olmadığını vurğulayıb.Rəbiqə Nazimqızı fikirlərini belə ifadə edib:“İnsan nə qədər...

13 Noyabr 2026, 08:43