Bizə yazın

Baku

-°C

USD

-

Yeni doğulan körpənin üzündə ağ nöqtələr və səpkilər niyə yaranır? – Pediatrdən  AÇIQLAMA

Tibb 30 Sentyabr 2026, 11:18

3050

Yeni doğulan körpələrin üzündə və bədəninin müxtəlif nahiyələrində xırda səpkilərin, qırmızı nöqtələrin və ya ağ rəngli kiçik qabarcıqların yaranması valideynləri çox vaxt narahat edir. Xüsusilə ilk dəfə valideyn olanlar körpənin dərisində hər hansı dəyişiklik gördükdə bunu xəstəlik əlaməti kimi qəbul edə bilərlər. Halbuki yeni doğulmuşlarda bəzi dəri səpkiləri kifayət qədər yayğındır və xüsusi müalicə tələb etmədən öz-özünə keçə bilir.

Pediatr Nihad Abdullayev Citypost.az-a açıqlamasında bildirib ki, yeni doğulan körpənin üzündə yaranan bəzi səpkilər fizioloji xüsusiyyət daşıya bilər və valideynlərin ilk növbədə panikaya düşməməsi vacibdir. Onun sözlərinə görə, xüsusilə toksik eritema kimi tanınan səpkilər yenidoğulmuş dövründə tez-tez müşahidə olunur və əksər hallarda ciddi təhlükə yaratmır.

“Yeni doğulmuş körpənin üzündə səpkilər və xırda-xırda ağ nöqtələr görən valideynlər çox vaxt narahat olurlar. Bunlar körpələrdə tez-tez rast gəlinən toksik eritema və ya milia adlandırılan dəri dəyişiklikləri ola bilər. Əksər hallarda qorxmağa ehtiyac yoxdur. Yenidoğulmuşlarda normal sayılan bu tip səpkilər müəyyən müddətdən sonra öz-özünə keçib gedə bilər. Əsas məsələ səpkilərin xüsusiyyətini düzgün qiymətləndirmək və valideynlərin özbaşına müalicəyə başlamamasıdır”, – deyə pediatr bildirib.

Mütəxəssis qeyd edib ki, milia xüsusilə yeni doğulan körpələrdə üz nahiyəsində, burun və yanaqlarda xırda, ağ rəngli nöqtələr şəklində görünə bilər. Bu vəziyyət tər vəzilərinin və ya dərinin səthi qatlarının xüsusiyyətləri ilə əlaqəli ola bilər və adətən xüsusi müdaxilə tələb etmir. Valideynlərin həmin nöqtələri sıxması, iynə ilə açmağa çalışması və ya müxtəlif kremlərdən istifadə etməsi isə düzgün deyil.

Toksik eritema isə yenidoğulmuşlarda rast gəlinən digər yayğın səpkilərdən biridir. Bu zaman dəridə qızartılı sahələr və onların üzərində xırda qabarcıqlar müşahidə oluna bilər. Səpkilər bir müddət sonra azalaraq tamamilə yox ola bilər. Lakin körpənin ümumi vəziyyətində dəyişiklik, yüksək hərarət, halsızlıq, qidalanmadan imtina və ya səpkilərin sürətlə yayılması müşahidə edilərsə, vəziyyət pediatr tərəfindən qiymətləndirilməlidir.

Nihad Abdullayev valideynlərin xüsusilə isilik məsələsinə diqqət etməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, körpələrin həddindən artıq geyindirilməsi və tərlədilməsi dəridə səpkilərin yaranmasına və mövcud qıcıqlanmanın daha da artmasına səbəb ola bilər.

“Burada əsas diqqət etməli olduğumuz məsələlərdən biri də isilikdir. İsilik çox vaxt körpənin həddindən artıq geyindirilməsi, isti mühitdə saxlanılması və çox tərlədilməsi nəticəsində yaranır. Valideynlər bəzən körpənin üşüməsindən qorxaraq onu qat-qat geyindirirlər. Nəticədə körpənin bədən temperaturu yüksəlir, tərləmə artır və dəridə xırda səpkilər əmələ gəlir”, – deyə pediatr bildirib.

Mütəxəssis əlavə edib ki, xüsusilə isti havalarda körpəni həddindən artıq bürümək lazım deyil. Yenidoğulmuşların istilik tənzimləmə sistemi böyüklərdən fərqli olsa da, bu, körpənin mütləq çox qalın geyindirilməli olduğu anlamına gəlmir. Əksinə, körpənin rahatlığı, otağın temperaturu, geyimin materialı və tərləyib-tərləməməsi nəzərə alınmalıdır.

“Analara həmişə bunu deyirik: körpəni öz geyindiyinizdən sadəcə bir qat artıq geyindirmək kifayətdir. Daha çox qat əlavə etmək, körpəni bürümək və tərlətmək düzgün deyil. Körpənin boyun və kürək nahiyəsini yoxlamaqla onun çox isti olub-olmadığını müəyyən etmək mümkündür. Əgər körpə tərləyirsə, dərisi həddindən artıq istidirsə, geyim qatlarının azaldılması lazım gələ bilər”, – deyə Nihad Abdullayev qeyd edib.

Pediatrın sözlərinə görə, isilik zamanı dəridə xırda qırmızı və ya çəhrayı səpkilər, bəzən isə kiçik qabarcıqlar meydana çıxa bilər. Bu səpkilər xüsusilə boyun, kürək, sinə, qoltuqaltı və digər dəri qatlarında daha çox görünə bilər. Dərinin daim nəm qalması və sürtünmə qıcıqlanmanı artıra bilər.

“Bəzən valideynlər səpkiləri gördükdə dərhal müxtəlif kremlər, məlhəmlər və hətta dərmanlar istifadə etməyə başlayırlar. Bu, hər zaman doğru deyil. Körpənin dərisinə səbəbi bilinməyən səpkilərə görə özbaşına dərman və ya güclü kosmetik vasitələr tətbiq etmək olmaz. Əvvəlcə bunun hansı səpki olduğunu müəyyənləşdirmək lazımdır”, – deyə pediatr vurğulayıb.

Mütəxəssis bildirir ki, körpənin dərisinə qulluq zamanı əsas məqsəd dərini təmiz və quru saxlamaq, həddindən artıq istilikdən qorumaq və dərinin hava almasına imkan verməkdir. Valideynlər körpənin paltarlarını seçərkən də yumşaq və hava keçirən materiallara üstünlük verməlidirlər.

Bununla yanaşı, hər səpkini “isilik” hesab etmək də düzgün deyil. Çünki yenidoğulmuşlarda müxtəlif səbəblərdən dəri dəyişiklikləri yarana bilər. Bəzi səpkilər tamamilə zərərsiz olsa da, infeksiya və digər xəstəliklərlə əlaqəli səpkilər də mümkündür. Buna görə səpkinin görünüşü ilə yanaşı, körpənin ümumi vəziyyəti də qiymətləndirilməlidir.

Nihad Abdullayev xüsusilə valideynləri körpənin dərisindəki dəyişikliklərlə yanaşı, onun davranışına və qidalanmasına da diqqət yetirməyə çağırıb. Körpə yaxşı qidalanırsa, aktivdirsə, hərarəti yoxdursa və ümumi vəziyyəti normaldırsa, bəzi yüngül yenidoğulmuş səpkilər ciddi problem olmaya bilər. Əksinə, körpədə hərarət, süstlük, nəfəs almaqda çətinlik, qidalanmadan imtina, səpkilərin sürətlə yayılması, irinləmə və ya dəridə qabarcıqların artması kimi əlamətlər varsa, pediatr müayinəsi gecikdirilməməlidir.

“Əgər körpəni xəstələndirmək istəmirsinizsə, onu həddindən artıq geyindirməkdən və tərlətməkdən uzaq durun. Valideynlər çox vaxt ‘uşaq üşüyər’ qorxusu ilə körpəni həddindən artıq bürüyürlər. Halbuki körpənin tərləməsi də arzuolunan vəziyyət deyil. Əsas məqsəd körpənin rahat temperatur şəraitində saxlanılmasıdır”, – deyə pediatr əlavə edib.

Həkim sonda bildirib ki, yeni doğulmuş körpənin dərisində səpkilərin meydana gəlməsi hər zaman xəstəlik demək deyil. Milia və toksik eritema kimi bəzi vəziyyətlər fizioloji xarakter daşıya və zamanla müalicəsiz keçə bilər. Lakin valideynlər səpkini sıxmamalı, iynə ilə açmamalı, özbaşına antibiotik, hormon tərkibli məlhəm və digər dərmanlardan istifadə etməməlidirlər. Körpənin vəziyyətində hər hansı şübhəli dəyişiklik olduqda isə ən doğru addım pediatrla məsləhətləşməkdir. Körpənin həddindən artıq geyindirilməməsi, tərləməsinin qarşısının alınması və dərisinə düzgün qulluq edilməsi isə bir çox sadə dəri problemlərinin yaranmasının qarşısını almağa kömək edə bilər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mədə yanması sadə problem deyil: Cərrahdan reflüks xəbərdarlığı

Mədə turşusunun və mədə möhtəviyyatının qida borusuna geri qayıtması ilə xarakterizə olunan qastroezofageal reflüks xəstəliyi müasir dövrdə geniş yayılmış həzm sistemi problemlərindən biridir. Sinədə yanma, boğaza doğru acı və turş mayenin gəlməsi, udma zamanı narahatlıq, xroniki öskürək və ağızda xoşagəlməz dad bu xəstəliyin əsas əlamətləri sırasındadır. Bəzi hallarda simptomlar xüsusilə yeməkdən sonra, əyilərkən və ya uzanarkən güclənir. İnsanlar bu şikayətləri bəzən adi mədə yanması hesab edərək uzun müddət həkimə müraciət etmirlər. Lakin davamlı və nəzarətsiz reflüks qida borusunda ciddi fəsadlara səbəb ola bilər.Citypost.az-a açıqlama verən uzman cərrah Elman Qaffarov bildirib ki, qastroezofageal reflüks xəstəliyi, onun əlamətləri, mümkün fəsadları və müalicə...

26 Oktyabr 2026, 10:30

Yatmazdan əvvəl edilən səhvlər yuxu keyfiyyətini necə azaldır? Həkim AÇIQLADI

Keyfiyyətli yuxu insanın həm fiziki, həm də psixoloji sağlamlığının qorunmasında mühüm rol oynayır. Lakin gün ərzində qəbul edilən qidalar, kofeinli içkilərin istehlakı, yatmazdan əvvəl telefondan istifadə və yataq otağının temperaturu yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər. Bəzi insanlar kifayət qədər yatdıqlarını düşünsələr də, səhər yorğun, halsız və enerjisiz oyanırlar. Bunun səbəbi isə bəzən yanlış yuxu vərdişləri ilə bağlı olur.Citypost.az-a açıqlama verən Tutu Zeynalova bildirib ki,yatmazdan əvvəl diqqət edilməli məqamlarla bağlı açıqlama verib. O bildirib ki, yuxu rejimini qaydaya salmaq üçün ilk növbədə qidalanma saatlarına, kofeinli içkilərin qəbuluna, yataq otağının temperaturuna və elektron cihazlardan istifadəyə diqqət yetirmək lazımdır.Dietoloqun sözlərinə görə, yatmazdan dərhal...

26 Oktyabr 2026, 09:30

Gecə yuxudan oyadan əl keyiməsi nəyin əlamətidir? Nevroloqdan xəbərdarlıq

Əllərdə keyimə, barmaqlarda uyuşma və gecə yuxudan oyadan ağrılar bəzən yorğunluq və ya əl-ayağın yanlış vəziyyətdə qalması ilə əlaqələndirilir. Lakin bu şikayətlər mütəmadi təkrarlanırsa, xüsusilə də əsasən ilk üç barmaqda hiss olunursa, bu, karpal tunel sindromunun əlaməti ola bilər. Vaxtında müayinə və düzgün müalicə aparılmadıqda bəzi hallarda əllərdə zəiflik, əşyaları tutmaqda çətinlik və digər problemlər yarana bilər.Nevroloq Nihad Mustafayev Citypost.az-a açıqlamasında bildirib ki, əllərdə keyimə və uyuşmanın xarakteri, hansı barmaqlarda meydana gəlməsi və günün hansı vaxtında güclənməsi problemin səbəbini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.Həkimin sözlərinə görə, əgər uyuşma əsasən baş barmaqda, şəhadət barmağında və orta barmaqda hiss olunursa, gecələr güclənərək...

26 Oktyabr 2026, 08:30

Pediatrdan valideynlərə qızdırmasalıcı dərmanlarla bağlı xəbərdarlıq

Uşaqlarda hərarət yüksəldikdə valideynlərin ən çox yol verdiyi səhvlərdən biri qızdırmasalıcı dərmanları müəyyən saat intervalına uyğun olaraq, hərarətin olub-olmamasından asılı olmayaraq verməkdir. Bəzi valideynlər dərmanın təlimatında "4-6 saatdan bir" ifadəsini gördükdə bunu preparatın mütləq həmin müddətdən bir qəbul edilməli olduğu kimi başa düşürlər. Digər hallarda isə uşağa eyni təsiredici maddəni ehtiva edən həm sirop, həm də şam verilir. Bu isə dozanın bilmədən artırılmasına və arzuolunmaz təsirlərin yaranmasına səbəb ola bilər.Pediatr Aytən İsmayılzadə Citypost.az-a açıqlamasında bildirib ki, uşaqlara qızdırmasalıcı dərman verərkən yalnız saat intervalına deyil, uşağın hazırkı vəziyyətinə, hərarətin səviyyəsinə, narahatlığının olub-olmamasına və preparatın dozasına diqqət yetirilməlidir. Onun sözlərinə görə, təlimatda...

23 Oktyabr 2026, 10:30

Kardioloqdan ürək xəstəlikləri ilə bağlı xəbərdarlıq: Bu simptomları gözardı etməyin

Bəzi sağlamlıq problemləri ilkin mərhələdə zəif əlamətlərlə özünü göstərsə də, müəyyən simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər. Xüsusilə döş qəfəsində sıxıcı və təzyiq hissi yaradan ağrılar, fiziki fəaliyyət zamanı təngnəfəslik, adi işlərdən sonra həddindən artıq yorğunluq, başgicəllənmə və bayılma diqqətdən kənarda qalmamalıdır. İnsanlar bəzən bu əlamətləri yorğunluq, stress və ya yuxusuzluqla əlaqələndirərək həkimə müraciəti gecikdirirlər. Halbuki belə şikayətlər bəzi hallarda ürək-damar sistemi ilə bağlı ciddi problemlərin göstəricisi ola bilər.Kardioloq Natavan İsmayılova Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə baş verən dəyişikliklərə, xüsusilə əvvəllər müşahidə edilməyən və təkrarlanan əlamətlərə diqqətlə yanaşmaq vacibdir. Onun sözlərinə görə, döş qəfəsində sıxıcı və təzyiqedici ağrılar, fiziki aktivlik...

23 Oktyabr 2026, 09:30

Hamiləlik zamanı genetik analizlər nə vaxt aparılmalıdır? Genetik izah etdi

Hamiləlik dövründə dölün sağlamlığının qiymətləndirilməsi, mümkün xromosom anomaliyalarının vaxtında müəyyənləşdirilməsi və gələcək valideynlərin məlumatlandırılması üçün müxtəlif müayinə üsullarından istifadə olunur. Müasir tibbdə ultrasəs müayinəsi ilə yanaşı, ikili, üçlü və dördlü skrininq testləri, eləcə də son illərdə geniş yayılan qeyri-invaziv prenatal testlər xüsusi əhəmiyyət daşıyır. Bu müayinələr hamiləliyin müxtəlif mərhələlərində dölün inkişafı və müəyyən genetik pozuntuların ehtimalı barədə məlumat əldə etməyə imkan verir.Genetik Bayram Bayramov Citypost.az-a açıqlamasında bildirib ki, hamiləlik zamanı genetik analizlərin aparılması mümkündür və müayinənin növü hamiləliyin müddətinə, tibbi göstərişlərə və qiymətləndirilməli olan risklərə uyğun seçilməlidir. Onun sözlərinə görə, bu prosesdə ultrasəs müayinəsi mühüm rol oynayır, çünki dölün inkişaf...

23 Oktyabr 2026, 08:30