Bizə yazın

Baku

-°C

USD

-

Cinayətlərin dinamikasında azalma qeydə alınıb - VİDEO  

Cəmiyyət 25 Aprel 2025, 18:22

11709

Aprelin 25-də Daxili İşlər Nazirliyinin müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin hüquqlarının qorunması, cinayət işlərinin istintaqı və təhqiqat zamanı qanunçuluğa riayət edilməsi, polis-media əlaqələrinin təşkili sahəsində görülən işlərin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

DİN-dən CityPost.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2025-ci ilin I rübündə də məqsədyönlü şəkildə davam etdirilib.

Daxili İşlər Nazirliyi və prokurorluq üzrə qeydə alınmış 7.829 cinayətin 87 faizi açılıb. Cinayətlərin dinamikasında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,3 faiz və ya 1.101 fakt azalma qeydə alınıb.

Ağır və xüsusilə ağır cinayətlər, şəxsiyyət əleyhinə olanlar, oğurluqlar, dələduzluqlar, soyğunçuluqlar, hədə-qorxu ilə tələb etmələr, xuliqanlıqlar, ictimai yerlərdə, qrup halında və ailə münaqişəsi zəminində baş verənlər, əvvəllər məhkum olunmuş şəxlər tərəfindən və odlu silahın tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı azalıb.

Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, şəxsiyyət əleyhinə olanların, xuliqanlıqların, oğurluqların, dələduzluqların, soyğunçuluqların, hədə-qorxu ilə tələb etmələrin və avtonəqliyyat vasitəsini qaçırmaların açılması yaxşılaşıb.

Qeyri-leqal dövriyyədən 1 ton 662 kiloqram, ötən ilin analoji dövrü ilə müqayisədə isə 333 kiloqram çox narkotik vasitə çıxarılıb. Əllərdə qanunsuz saxlanılan 2.309 odlu silah aşkarlanıb.

Vətəndaş məmnunluğunun təmin edilməsi, o cümlədən müraciətlərə baxılması üzrə fəaliyyətin nəticələrinin müsbət olduğunu, cinayət yolu ilə şəxslərə vurulmuş maddi ziyanın 96 faizinin istintaq prosesində ödənildiyini nəzərə çatdırıb.

Daha sonra gündəlikdəki məsələlərlə bağlı Nazirliyin Baş idarə, idarə və ərazi polis orqanlarının rəislərinin görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər barədə çıxışları dinlənilib.

Kollegiya iclasına yekun vuran nazir qanunla müəyyən edilmiş vəzifələrin və qarşıya qoyulan tapşırıqların cari ilin birinci rübündə bütövlükdə layiqincə icra olunduğunu, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsini tələb edib.

Bütün ərazi polis orqanlarının rəislərindən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasının zəruriliyini və müvafiq sahədə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb.

Törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasında polis orqanlarının istintaq və təhqiqat qurumlarının mühüm rolunu, bu istiqamətdə işin düzgün təşkilinin cinayətlərin açılmasında və araşdırılmasında, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasında, vurulmuş maddi ziyanın ödətdirilməsində əhəmiyyətini də qeyd edib. Hər bir müstəntiqin və təhqiqatçının əsas vəzifəsinin insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu vurğulayıb və aidiyyəti üzrə konkret tapşırıqlar verib.

Ərizə və şikayətlərə baxılması, eləcə də qanunçuluğun qorunması vəzifələrinin icrası kimi vacib məsələlərə toxunaraq bu istiqamətlərdə görülən işlərin xüsusi nəzarətdə saxlanıldığını, müraciətlərin obyektiv və həssaslıqla araşdırıldığını, qaynar xətlərə daxil olmuş və sosial şəbəkələrdə yayımlanmış məlumatlara çevik reaksiya verildiyini, bütövlükdə əldə edilmiş nəticələrin müsbət olduğunu bildirib.

Dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən və fərdi məlumat mübadiləsini təmin edən “E-Polis” mobil tətbiqinin, o cümlədən əhaliyə göstərilən elektron xidmətlərin müasir tələblərə uyğun təkmilləşdirildiyini, “Elektron Xidmətlər Portalı” üzərindən göstərilən daha 31 adda dövlət xidmətinin mobil tətbiqlərinin hazırlandığını diqqətə çatdırıb. Cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması işinin gücləndirilməsinin vacibliyini də diqqətə çatdıraraq bu sahədə təbliğat işinin effektivliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən maarifləndirmə materiallarının hazırlanıb ictimaiyyətə çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə mane olan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını, insanların həyat və sağlamlığının yol-nəqliyyat qəzalarından qorunması işinin effektivliyinin artırılmasını tələb edib, habelə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində qarşıda duran vəzifələri müəyyən edib.

Yekunda polis-media əlaqələrinin vəziyyətinə toxunaraq Daxili İşlər Nazirliyinin mediaya ən açıq qurumlardan biri olduğunu qeyd edərək Mətbuat Xidmətinin fəaliyyətinin daha səmərəli təşkili, informasiya məkanında rolunun artırılması, görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumatların ictimaiyyətə operativ çatdırılması üçün tapşırıq və tövsiyələrini verib.

  

Problemlərinizi bizə bildirin

077 323 55 66

Krediti olanlara MÜHÜM XƏBƏR: Dəyişiklik var

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi dəyişdirilmədən saxlanılıb.Belə ki, uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5%, yuxarı həddi isə 7.5% səviyyəsində sabit saxlanılıb.Uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarına verdiyi kreditlər üzrə tətbiq etdiyi faiz dərəcəsidir. Faiz dəhlizinin aşağı həddi Mərkəzi Bankın birgünlük müddətə cəlb etdiyi vəsaitlər üzrə faiz dərəcəsini, yuxarı həddi isə eyni müddətə vəsaitlərin yerləşdirilməsi üzrə faiz dərəcəsini ifadə edir.Bəs faiz dəhlizinin parametrlərinin dəyişdirilmədən saxlanılması nə deməkdir və bunun hansı əhəmiyyəti var?CityPost.az   Baku TV-yə istinadən xəbər verir ki, iqtisadçı Eyyub Kərimlinin fikrincə, uçot dərəcəsinin sabit saxlanılması mövcud iqtisadi şəraitdə balanslaşdırılmış pul-kredit siyasətinin göstəricisidir."Qərarın əsas səbəbləri...

09 Noyabr 2026, 22:24

Müğənnimiz qəfil VƏFAT ETDİ

Azərbaycanlı müğənni Reyhan İsgəndərli 60 yaşında dünyasını dəyişib.CiTyPost.az  xəbər verir ki, o, səhhətində yaranmış problem səbəbindən vəfat edib.Qeyd edək ki, Reyhan İsgəndərli birinci qrup gözdən əlil olub və Sumqayıt şəhərində yaşayıb.(Unikal)

09 Noyabr 2026, 21:59

Vasif Talıbovun oğlu AÇIQLAMA YAYDI

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov açıqlama yayıb.Citypost.az Oxu24.com-a istinadən xəbər verir ki,Rza Talıbov açıqlamasında adına saxta tiktok hesabı açıldığını bildirib."Diqqətinizə çatdırmaq istəyirəm ki, TikTok sosial şəbəkəsində @talibov_010_85 adı ilə fəaliyyət göstərən səhifə mənim icazəm və razılığım olmadan açılmış saxta (fake) profildir.Xahiş edirəm, bu məlumatı nəzərə alasınız və həmin səhifəyə etibar etməyəsiniz.Diqqətiniz və anlayışınız üçün təşəkkür edirəm!",-deyə Rza Talıbov bildirib.Qeyd edək ki,Rza Talıbov V.Talıbovun böyük oğludur.O Dövlət Miqrasiya Xidməti, Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviridir. ...

09 Noyabr 2026, 21:20

Mehriban Əliyeva sosial media hesabında Hacıqabuldan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib.Citypost.az xəbər verir ki, paylaşımda Hacıqabul rayonunda, Bakı yolunda görünən göy qurşağı "Təbii Qələbə Tağı" kimi təqdim olunub.

09 Noyabr 2026, 20:10

Bakıda torpaqların qiyməti kəskin dəyişdi - SƏBƏB

Bakıda torpaq sahələri sürətlə bahalaşır. Oktyabr ayında paytaxt üzrə torpağın orta qiyməti 17,9 faiz artıb. Ən yüksək bahalaşma Səbail, Yasamal və Nəsimi rayonlarında qeydə alınıb.Bakıda torpaq niyə bahalaşır?"Bakupost" xəbər verir ki, globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov şəhərin mərkəzi hissələrində və ona yaxın ərazilərdə torpaq sahələrinin qiymətində 2025-ci illə müqayisədə artım müşahidə olunduğunu bildirib.“Qiymət artımının əsas səbəbi həmin ərazilərdə tikintiyə yararlı torpaqların məhdud olmasıdır. Belə sahələrə həm yeni yaşayış binalarının, həm ticarət obyektlərinin, həm də fərdi yaşayış evlərinin tikintisi üçün sahibkarlar tərəfindən tələbat yüksəkdir. Torpaq sahələrinin sayı azaldıqca qiymətlər də yüksəlir. Bakının mərkəzi hissələrində, eləcə də mikrorayonlarda tikintiyə yararlı...

09 Noyabr 2026, 18:55

Emin Ağalarov 99 milyon dollarlıq LAYİHƏ EDƏCƏK

"Sea Breeze" layihəsinin təsisçisi və sahibi, "Agalarov Development" şirkətinin rəhbəri Emin Ağalarov Esvatini iqtisadiyyatına 99 milyon ABŞ dolları investisiya yatırmağa hazır olduğunu bildirib.Citypost.az xəbər verir ki, bu barədə monarx III Msvati məlumat verib.Onun sözlərinə görə, E.Ağalarov krallığa 1,65 milyard lilangeni investisiya yatırmaq öhdəliyi götürüb. E.Ağalarovun bu açıqlamanı Mbabane və Manzini şəhərləri arasında yerləşən mənzərəli turizm vadisi olan Ezulvinidə verdiyi bildirilir."Bu öhdəlik kiçik Cənubi Afrika krallığının investisiya konfransları və monarxın beynəlxalq dövlət səfərləri vasitəsilə xarici kapitalın cəlb edilməsi istiqamətində göstərdiyi səylərdə növbəti mühüm addım oldu", - nəşrdə qeyd olunur.Bu vədin Msvatinin may ayında Azərbaycana səfərindən sonra verildiyi vurğulanır. Həmin səfər zamanı...

09 Noyabr 2026, 18:32