SON DƏQİQƏ! Qəfil vəfat etdi
Cəmiyyət 09 Noyabr 2026, 13:51
355
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev vəfat edib.
Füzuli Rzaquliyev bu gün dünyasını dəyişib.
Onun insultdan vəfat etdiyi bildirilir.
Onun vəfatı barədə rəhbərlik etdiyi təşkilatın mətbuat xidməti məlumat yayıb.
Füzuli Rzaquliyev kim idi?
Füzuli Rzaquliyev 1961-ci il yanvarın 5-də Ağdərə rayonunun Xatunbəyli kəndində anadan olub. 1978-ci ildə Ağdərənin Manikli kənd orta məktəbini bitirib.
1980–1982-ci illərdə hərbi xidmətdə olub. 1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirib. 1986–1989-cu illərdə Qarabağda hərbi hazırlıq müəllimi, 1989–1991-ci illərdə isə Bakı Kommersiya Texnikumunda müəllim işləyib.
Şuşa, Laçın, Kəlbəcər və Ağdərə döyüşlərinin iştirakçısı
Birinci Qarabağ müharibəsi başlayanda Füzuli Rzaquliyev könüllü olaraq döyüşlərə qatılıb. Azərbaycan Ordusunun ilk hərbi bölmələrinin formalaşmasında iştirak edib.
1991–1994-cü illərdə döyüş bölgəsində yerləşən hərbi hissədə tabor komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edib.
Şuşa, Laçın, Kəlbəcər və Ağdərə istiqamətlərində, həmçinin Daşaltı, Erkəs və Mənasız yaşayış məntəqələri uğrunda gedən ağır döyüşlərin iştirakçısı olub.
Döyüşlərdə ağır yaralanaraq II qrup müharibə əlili olsa da, 1994-cü il atəşkəsinə qədər hərbi xidməti davam etdirib. Döyüş yoldaşları ona cəsarətinə və komandirlik keyfiyyətlərinə görə “Koroğlu” ləqəbi veriblər.
68 min veteranı birləşdirən təşkilata rəhbərlik edib
Həmçinin oxuyun
Füzuli Rzaquliyev 1994-cü ildə yaradılmış Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsisçilərindən olub və sonrakı illərdə təşkilata rəhbərlik edib.
Onun rəhbərliyi dövründə AVMVİB veteranların sosial problemlərinin həlli, hüquqlarının müdafiəsi, şəhid ailələrinə dəstək və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi istiqamətində fəaliyyət göstərib.
2020-ci ildə Prezident İlham Əliyevə ünvanladığı müraciətdə Füzuli Rzaquliyev təşkilatın 68 min üzvünün olduğunu, respublikanın şəhər və rayonlarında şöbələrinin fəaliyyət göstərdiyini bildirmişdi.
Birliyin “Veteran TV” internet televiziyası, “Fədai” və digər informasiya resursları da veteranların problemlərinin ictimailəşdirilməsində rol oynayıb. Azərbaycan Prezidentinin Rəsmi Səhifəsi
Oğlu da 44 günlük Vətən müharibəsində döyüşüb
Füzuli Rzaquliyevin oğlu, baş leytenant İlkin Rzaquliyev də 2020-ci ilin Vətən müharibəsində iştirak edib. Füzuli istiqamətində döyüşən İlkin Rzaquliyev yaralanmasına baxmayaraq, müalicədən sonra yenidən cəbhəyə qayıdıb.
O, döyüş xidmətlərinə görə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Maraqlıdır ki, Füzuli Rzaquliyev 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündən cəmi bir gün sonra, Dövlət Bayrağı Günündə vəfat edib.
Mərhumun qardaşı, döyüşçü jurnalist Xaqani Ədəboğlunun da doğum günü noyabrın 9-na təsadüf edir. AVMVİB-in məlumatına görə, Füzuli Rzaquliyev həmin gün qardaşının məzarını ziyarət etməyi planlaşdırırmış. veteran.az
Füzuli Rzaquliyev hərbi və ictimai fəaliyyətinə görə müxtəlif medallar, döş nişanları və fəxri fərmanlarla təltif olunub.
Allah rəhmət eləsin!
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib
Naxçıvan şəhərində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş keçirilib."Report"un yerli bürosu xəbər verir ki, yürüşdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecin kursantları iştirak ediblər.Şəhərin Dilqəm Pişəvəri küçəsindən başlayan yürüşün Zəfər Parkında başa çatıb.
09 Noyabr 2026, 13:16
Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib."Report" xəbər verir ki, təbrik mətnində deyilir:"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!Sizi müstəqilliyimizin əbədi rəmzi olan 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, respublikamızın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində həyata keçirdiyi müdrik strategiya, həmçinin müasir mərhələdə möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü ardıcıl daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikası Cənubi Qafqazın lider dövləti...
09 Noyabr 2026, 12:48
Sabahın havası açıqlanıb
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunu, nisbi rütubət isə 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 10-15°...
09 Noyabr 2026, 12:38
İmtahan noyabrın 19-da saat 10:00-dan başlayacaq
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün yazılı imtahan mərhələsinin tarixi məlum olub.Bu barədə Citypost.az-a Baş Prokurorluqdan məlumat verilib.Bildirilib ki, imtahan noyabrın 19-da saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda keçiriləcək.Qeyd edilib ki, namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana azı 1 saat qalmış imtahan keçiriləcək binanın qarşısında olmalı və "Yazılı imtahana buraxılış vərəqəsi" ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər....
09 Noyabr 2026, 11:12
DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib
"Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayında da, müşahidə olunur".Citypost.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.Qeyd olunub ki, əsasən toqquşma, aşma, maneə vurma növündə qeydə alınan bu qəzaların səbəbləri içərisində gedəcəyi yola nabələd olan, eləcə də mürəkkəb relyefə malik ərazilərdə sürmə vərdişləri təkmilləşməmiş sürücülərin öncədən təhlükəsizlik tədbirləri görməməsi, avtomobilin yorğun, yuxusuz halda idarə edilməsi, əlverişsiz hava şərtlərinin, sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitinin nəzərə alınmaması, nasaz nəqliyyat vasitələrinin istismarı kimi hallar üstünlük təşkil edir.Son illər səfərlərin təşkilində...
09 Noyabr 2026, 11:06
Azərbaycanda inək və toyuqlarla bağlı yeni qərar – Məqsəd bu imiş
2027-ci il yanvarın 1-dən Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarı uçota alınacaq. Artıq yalnız satılan deyil, şəxsi istehlaka və digər məqsədlərə sərf olunan məhsullar da hesablanacaq.Bəs bu uçot nə deməkdir? Təsərrüfat sahibləri əlavə vergi ödəməli olacaqlar, yoxsa dəyişiklik yalnız statistik xarakter daşıyır?Citypost.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov yeni qaydaya əsasən, ailənin öz istehlakına sərf etdiyi, qohumlara verdiyi, dəyişdirdiyi və digər məqsədlərlə istifadə etdiyi süd və yumurta da statistik uçota daxil ediləcək deyib.“Yəni kəndlinin üç inəyindən əldə etdiyi südün hər litri, həyətində saxladığı toyuqların yumurtası da dövlət statistikasının predmetinə çevriləcək. İlk baxışdan qərarın...
09 Noyabr 2026, 10:55