Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
Cəmiyyət 04 May 2025, 10:29

1029
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.
CityPost.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım qonağı qarşıladılar.
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilli salamlayan Prezident İlham Əliyev dedi:
-Zati-aliləri, xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Dəvətimi qəbul etdiyinizə və Azərbaycana səfərə gəldiyinizə görə sağ olun. Siz Azərbaycanda birinci dəfə deyilsiniz. Mehribanla bizim Sizinlə əvvəlki görüşlərimizlə bağlı çox yaxşı xatirələrimiz var. Zaman sürətlə keçir. Sizin ötən səfərinizdən artıq altı il keçib və əlbəttə, bu vaxt ərzində həm dünyada, həm ölkəmizdə, həm də regionda öyrəşdiyimiz stereotipləri tamamilə dəyişən hadisələr baş verib.
Xalqlarımız arasında münasibətlərə gəldikdə, məhz bu məsələdə hər şey sabitdir. Biz ənənəvi olaraq bir-birimizə böyük rəğbət, hörmət, qarşılıqlı dəstək göstəririk və şadam ki, xalqlarımız arasında möhkəm əlaqələr dövlətlərarası münasibətlərin bu cür bünövrəsini təşkil edir. Əlbəttə, Azərbaycanın pravoslav icması dövlətlərarası münasibətlərin mühüm amilidir. Əminəm ki, bizim hamımız kimi, onlar da Sizin gəlişinizə çox sevinəcəklər. Sizinlə bu məsələ ətrafında fikir mübadiləsi apardığımız kimi, Azərbaycanda konfessiyalararası və millətlərarası sülh və anlaşma, qarşılıqlı dəstək hökm sürür. Bu, ölkələrimizin dayanıqlı inkişafının mühüm amilidir. Çünki əks halda, heç bir inkişafdan söhbət gedə bilməz. Çox şadıq ki, rus icmasının nümayəndələri olaraq pravoslav icması ölkəmizin inkişafında, onun suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında fəal iştirak edir, bütövlükdə Azərbaycanda yaşayan çoxsaylı xalqların bütün digər nümayəndələri ilə birlikdə ölkəmizin ümumi inkişafına böyük töhfə verir.
Sizinlə görüşmək, ünsiyyətdə olmaq bizim üçün həmişə xoşdur. Sizi Azərbaycanda səmimi-qəlbdən bir daha salamlayıram. Azərbaycan Sizin üçün yad ölkə deyil. Biz Sizin uzun illər ərzində Azərbaycan xalqının böyük dostu olduğunuzu bilirik. Siz həmişə sözdə və əməldə bizə hörmət göstərmisiniz və əminəm ki, bu müsbət dinamika gələcəkdə də qorunub saxlanılacaq.
Bir daha xoş gəlmisiniz!
X X X
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill dedi:
-Zati-aliləri möhtərəm cənab Prezident İlham Əliyev.
Möhtərəm Mehriban xanım.
Həmçinin oxuyun
Qarşınızda yəqin ki, öz İlahi missiyası ilə əlaqədar bütün dünya ölkələrinə səfər etmək imkanına malik olan insan əyləşib. Bu, müəyyən mənada xüsusi təcrübədir, həm də, sadəcə, müəyyən zaman ərzində deyil, tarix boyu səfər etmişəm. Yəni, məsələn, deyək ki, son 40 ildən artıq müddətdə Afrika, Asiya, Latın Amerikası, Avropa ölkələrindəki vəziyyəti müqayisə edə bilərəm. Ona görə də deyə bilərəm ki, insanlarla, dövlət xadimləri ilə ünsiyyətlə bağlı belə böyük təcrübə məndə müəyyən fikirlər, həyata, siyasətə baxış formalaşdırdı. Niyə gizlədim ki, hansısa ölkəyə gələndə, hətta dialoqa girəndə, dövlət başçıları ilə ünsiyyətdə olanda belə, özünü heç də həmişə rahat hiss etmirsən. Çünki elə məsələlər var ki, bəlkə də danışmaq və xatırlamaq da istəmirsiniz. O ki qaldı, Sizin mübarək ölkənizə, sanki buraya həmişə qanadlanıb uçursan.
Prezident İlham Əliyev: Sağ olun.
Patriarx Kirill: Əvvəla, zənnimcə, bu, Sizin şəxsiyyətinizlə və təbii ki, icazənizlə deyərdim – Sizin gözəl həyat yoldaşınızın şəxsiyyəti ilə bağlıdır. Bu, bir növ insani səmimiyyət, həqiqi dostluq hissidir. Bax bu, necə dəyərlər, qəlbi hərarətləndirir və hər zaman aramızda olan belə düzgün, etibarlı, dürüst dialoqa sövq edir.
Əgər Rusiya-Azərbaycan münasibətlərindən danışırıqsa, mənə elə gəlir ki, indi hər şey çox yaxşı inkişaf edir. Tanrı qismət eləsin ki, bu, belə də davam etsin. Moskvadan yola düşərkən Vladimir Vladimiroviçlə görüşmək imkanım oldu. O da Sizin haqqınızda çox səmimi şəkildə yaxşı, düzgün sözlər dedi. Məndən xahiş etdi ki, 80 illik yubileyə dəvəti çatdırım və Siz bu mühüm tarixi qeyd etmək üçün Moskvaya səfər edə biləsiniz. Bizim Prezidentimiz də siyasi jest naminə öz əqidəsini dəyişməyə meyilli deyil. O, ya susacaq, ya da düşündüyünü açıq şəkildə deyəcək.
Vladimir Vladimiroviçlə ünsiyyət təcrübəsi olan biri kimi deməliyəm ki, onun sözlərində belə səmimi rəğbət və belə açıqlıq hiss etdim, buna şahidlik edə bilərəm. Ona görə də ümid edirik ki, Siz bu əlamətdar tarixlə - dəhşətli düşmən üzərində Qələbənin 80 illiyi ilə əlaqədar Moskvaya səfər edə biləcəksiniz.
X X X
Sonra Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etdi.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.
Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirdi.
Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.CityPost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:ağır cinayətlər məhkəmələri üzrə:Bakı Ağır Cinayətlər MəhkəməsiƏsgərova-Məmmədova Leyla Səyavuş qızıMəmmədzadə Səbinə Adil qızıLənkəran Ağır Cinayətlər MəhkəməsiHüseynov Nahid Nəsir oğluSumqayıt Ağır Cinayətlər MəhkəməsiRzayeva Aynur Tapdıq qızıinzibati məhkəmələr üzrə:Bakı İnzibati MəhkəməsiAlmazova Aysev Mehman qızıMəlikov Tural Rauf oğluŞəki İnzibati MəhkəməsiHacızadə Fəxri Hümmət oğluŞirvan İnzibati MəhkəməsiHüseynova Amilya Aqil qızıNəcəfov Hilal Nəcəfalı oğlukommersiya məhkəmələri üzrə:Bakı Kommersiya MəhkəməsiƏhmədova Nərmin Məzahir qızıGəncə Kommersiya MəhkəməsiQuliyeva Gülnaz Elxan qızıSumqayıt Kommersiya MəhkəməsiAlıyeva Həlimə Rəşid qızıBakı şəhərinin rayon məhkəmələri üzrə:Bakı şəhəri Binəqədi Rayon MəhkəməsiSadıqova Aynurə Vahid...
01 İyul 2025, 16:28

Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var
Dünən “Sputnik Azərbaycan”da keçirilən əməliyyat və FTX-nin iki agentinin həbsi rəsmi Bakının Kremlə “Rus evi”nin bağlanmasından sonra ikinci mesajıdır. Belə ki, Daxili İşlər Nazirliyinin “Sputnik Azərbaycan”ın ofisində keçirdiyi əməliyyatla bağlı rəsmi açıqlamasında bildirilir: “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb. İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var...”CityPost.az Bakupost.az-a istinadla xəbər verir ki, fevralda fəaliyyəti dayandırılan və yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçməsinə şərait yaradılan “Sputnik Azərbaycan”ın qanunsuz maliyyələşmə ilə fəaliyyət göstərməsi haqda tam 4 aydan...
01 İyul 2025, 14:23

İran Prezidenti Xankəndiyə səfər edəcək
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək."Report"un əldə etdiyi məlumata görə, onun bu il iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub.Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycanda keçiriləcək ECO Sammitinə dəvət edib.
01 İyul 2025, 11:21

Aran rayonlarında 35 dərəcə isti olub
Azərbaycanda iyulun 1-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.Bu barədə CityPost-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Qeyd edilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 12, Şahdağda 7, Qusarda (Laza) 6, Göygöldə 3, Naftalan, Qrız, Daşkəsəndə 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, İsmayıllı, Oğuz, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Şahbuzda 1 mm-dir.Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Şahdağ və Mingəçevirdə 20, Culfada 18, Naftalanda 16, Şəkidə 15 m/s-dək güclənib.Havanın maksimal temperaturu iyunun 30-da Bakıda və Abşeron yarımadasında...
01 İyul 2025, 10:44

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir
Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Belə ki, iyulun 1-dən nikahın bağlanmasına mane olan halların sayı artırılır.Ailə Məcəlləsinə aşağıdakı hallar əlavə edilir.- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;...
01 İyul 2025, 08:52

Qətərdən Qəzza açıqlaması
Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üzrə danışıqlar hazırda davam etmir, lakin vasitəçilərin iştirakı ilə təmaslar var. CityPost.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari mətbuat konfransında bildirib.“Hazırda Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar aparılmır, lakin onlara qayıtmaq üçün təmaslar var”, - diplomat bildirib.Onun sözlərinə görə, son vaxtlar beynəlxalq ictimaiyyətin Qəzzada axan qanlara məhəl qoymaması çox çətinləşib.O, əlavə edib ki, ABŞ ciddi şəkildə danışıqlara qayıtmağa cəhd etmək niyyətindədir, lakin burada çətinliklər var.May ayında RİA Novosti baş nazirin dəftərxanasının müşaviri Dmitri Gendelmana istinadən xəbər vermişdi ki, İsrail 2025-ci ilin aprelində növbəti çıxılmaz vəziyyətə düşmüş Qəzzada vəziyyətlə bağlı...
30 İyun 2025, 17:31