Bizə yazın

Baku

-°C

USD

-

Rusiyadakı soydaşlarımıza qarşı növbəti təxribat - Rəsmi 

Hadisə 30 İyun 2025, 10:28

213

Rusiyanın “Azərbaycan diasporu” adlı saxta teleqram kanalında “Azərbaycan icması Bakını Moskva ilə münasibətləri pozmaqda ittiham edib” başlıqlı yazı dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildirilib ki, yazı Rusiyada Azərbaycan diaspor üzvləri ilə bağlı son hadisələrlə əlaqədar təxribat xarakterli bəyanatdır və bu bəyanatın Rusiyadakı Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.

Saxta teleqram kanalının belə bir məlumat yayması ölkəmizə və Rusiyada yaşayan soydaşlarımıza qarşı yönələn təxribatdır:

“Heç bir həqiqəti əks etdirməyən, təxribat xarakterli  həmin yazıya istinad olunması, diasporun mövqeyi kimi ictimaiyyətə təqdim olunması yolverilməzdir. Media nümayəndələrindən belə bir həssas məqamda diqqətli olmağı xahiş edirik”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DİN “Sputnik-Azərbaycan”da əməliyyat keçirir

Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.CityPost.az-a daxil olan məlumata görə, polis ofisi nəzarətə götürüb.Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.***Məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər. Bildirilib ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.

30 İyun 2025, 13:14

Rusiyada öldürülən azərbaycanlıların QARDAŞI AZTV-YƏ DANIŞDI – ŞOK DETALLAR 

30 İyun 2025, 12:16

Şamaxıda qayınatasını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub, cinayət işi açılıb

Ötən gün Şamaxı şəhəri ərazisində Elşən Quliyevin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Baş Prokurorluqdan  verilən məlumata görə, ilkin araşdırmalarla Teymur Əliyevin iyunun 29-da saat 23 radələrində şəhərin Xətai və Füzuli küçələrinin kəsişməsində aralarında yaranmış mübahisə zamanı qayınatası Elşən Quliyevə bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, T.Əliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.Hazırda istintaq davam edir....

30 İyun 2025, 11:25

Bakıda polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib, daha bir nəfər saxlanılıb 

İyunun 29-da saat 23 radələrində Bakının Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.Bu barədə CityPost.az-a  DİN-in Mətbuat Xidmətindən bildirilib.Məlumata görə, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi "VAZ-2104" markalı avtomobillə "saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.T.Məmməda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər saxlanılıb.Avtomobildən 10 kq narkotik vasitələr aşkar olunaraq götürülüb.Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri görülür....

30 İyun 2025, 10:04

OMON-çuların öldürdüyü Səfərovların - Fotoları 

Xəbər verdiyimiz kimi, OMON xüsusi təyinatlı dəstəsi Rusiyanın Yekaterinburq şəhərində  Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib. Nəticədə hər iki şəxs və onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov öldürülüb.OMON-çular onların ailə üzvlərini, o cümlədən Bakir Mehdi oğlu Səfərovu da saxlayıb.Citypost.az  Modern.az-a istinadən mərhum qardaşların və saxlanılan B. Səfərovun fotosunu təqdim edir:

28 İyun 2025, 13:39

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 84 nəfər saxlanılıb 

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 84 nəfər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

27 İyun 2025, 17:30