Mədəniyyət Nazirliyi dramaturqun Ulu Öndərə həsr etdiyi əsərini səhnələşdirməkdən imtina edir?
Cəmiyyət 09 May 2025, 18:30

248
86 yaşlı görkəmli yazıçı-dramaturq Marat Haqverdiyevin Ulu öndərimiz, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Əsrin möcüzəsi və üç dəniz əfsanəsi” adlı dram əsərinin Mədəniyyət Nazirliyi tərəfindən kölgədə qoyulması dramaturqu narazı salıb.Dramaturqun yazdığı əsər teatr səhnələrində nümayiş etdirilməkdən imtina olunub.Həmçinin əsərə film çəkilməsi də təxirə salınıb. Bundan sonra 86 yaşlı yazıçı-dramaturq Mədəniyyət Nazirliyindən Baş Prokurorluğa şikayət edib.
CityPost.az xəbər verir ki, yazıçı, araşdırmaçı jurnalist Nəcibə İlkin 86 yaşlı dramaturqa ögey mövqe bəslədiyinə görə Mədəniyyət Nazirliyini tənqid edən məqalə hazırlayıb.O,həmçinin mədəniyyət nazirinə müraciət edərək cənab naziri xoşagəlməz halın qarşısını almağa çağırıb.
Sözügedən müraciəti təqdim edirik:
Mədəniyyət Nazirliyində yuva salmış qara qüvvələr hansı ixtiyarla hədlərini aşaraq Prezident Administrasiyasının böyük nüfuzunu tapdaq altına atır, tapdalayır?! - Nəcibə İlkin yazır.
Nazirlikdə yuva salmış qara qüvvələr başa düşməlidir ki, onlar toxunulmaz deyillər...
Ulu Öndər, xalqımızın dahi lideri Heydər Əliyevin möhtəşəm əsəri olan Bakı-Tbilisi neft boru kəməri bu gün uğurla fəaliyyət göstərir. Ölkəmiz çiçəklənir, gündən- günə daha sürətlə hər tərəfli inkişaf edir. Bakıdan Ceyhana axan ölkəmizin əsas sərvəti sayılan Xəzər nefti çoxəsirlik tarixində özünün ən uğurlu və parlaq dövrünü yaşayan azad və müstəqil Azərbaycan dövlətinin adını və şöhrətini ölkələrdən ölkələrə, ellərdən ellərə yaymaqdadır.
Hörmətli Mədəniyyət Naziri!
Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın dahi lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş, tələb olunan ən yüksək səviyyələrdə, yəni Prezident Administrasiyası və Mədəniyyət Nazirliyi tərəfindən bəyənilmiş, Yazıçılar Birliyinin “Literaturnı Azərbaycan” aylıq ədəbi-bədii jurnalında və möhtəşəm “Elm və Təhsil” nəşriyyatında çap edilmiş, xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyət kəsb edən “Əsrin möcüzəsi və ya üz dəniz əfsanəsi” dram əsərinin tamaşaya qoyulmasını bilərəkdən, illərlə, qanuna zidd yollarla (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, sonu görünməyən süründürməçiklə və s.) Mədəniyyət Nazirliyində yuva salmış qara qüvvələr tərəfindən qarşısı alınmışdır.
Təkzibolunmaz dəlil-sübutlarla təsdiq olunmuş bu fakt Ulu Öndər, xalqımızın Dahi Lideri Heydər Əliyevin əziz xatirəsinə, eləcə də vətənimizə, xalqımıza və dövlətçiliyimzə göstərilən ən böyük, nümayişkəranə, yumşaq desək, hörmətsizlikdir.
Lakin, çox təəssüflər olsun ki, Mədəniyyət Nazirliyində yuva salmış qara qüvvələr tərəfindən törədilmiş bu təkzibolunmaz fakta bəraət qazandırmaq üçün səbəb tapılmadığına görə 14 aprel 2025-ci il tarixli Oxu24.com saytı vasitəsi ilə bu fakt barədə Nazirliyə ünvanladığım məktuba bu günə kimi heç bir cavab ala bilməmişəm.
Məhz elə ona görə məsələnin (problemin) olduqca mühüm və təxirəsalınmaz olduğunu nəzərə alaraq qərara gəldim ki, sizə ünvanladığım bu məktubun mətnini olduğu kimi bir daha sizə göndərirəm.
Məqsədim odur ki, Nazirlikdəki qara qüvvələr onu bir daha diqqətlə oxusunlar və törətdikləri təkzibolunmaz qanuna zidd əməllərin acınacaqlı nəticəsi barədə dərindən düşünsünlər. Məhz bu zaman onlar özlərində kifayət qədər güc və iradə taparaq buraxdıqları səhvləri etiraf edib düzəltsələr, bu, söz yox ki, atılan ən doğru, məsdəqə uyğun addım olardı.
Göndərdiyim məktubun mətni belədir:
Hörmətli Naizr!
Əsərləri Azərbaycanda Akademik Milli Dram, Akademik Musiqili, Gənc Tamaşaçılar Teatrı və başqa teatrlarda, eləcə də Türkiyənin İstanbul şəhərində Sarıyer Bələdiyyə, Çəmbərlitaş FKM və başqa teatrlarında uğurla tamaşaya qoyulmuş 86 yaşlı görkəmli yazıçı-dramaturq Marat Haqverdiyevin Ulu öndərimiz, ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi “Əsrin möcüzəsi və üç dəniz əfsanəsi” adlı dram əsəri çağdaş Azərbaycan ədəbiyyatı və tarixində xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyəti olan son dərəcə aktuallığı ilə seçilən bir əsərdir.
Cənab Nazir!
Nəzərinizə çatdırım ki, AzTV və başqa televiziya kanalları ilə dəfələrlə nümayiş etdirilmiş “Qarabağ şikəstəsi”, “Səninlə və sənsiz”, “Səni gözləyirəm” və başqa bədii televiziya filmlərinin ssenari müəllifi olan M.Haqverdiyev yaradıcılığının böyük bir hissəsi Ulu Öndərimiz Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə bağlıdır.
Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Üç dəniz əfsanəsi” əsərini (dram və bədii film ssenarisi) yazmışdır.
Xüsusilə məsul və müstəsna əhəmiyyət kəsb etdiyinə görə “Üç dəniz əfsanəsi” əsəri bir qayda olaraq teatr səviyyəsində deyil, tələb olunan yüksək səviyyədə - Prezident Administrasiyası (siyasi şöbə) və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən siyasi və bədii cəhətdən bəyənilərək Nazirliyin 2013-cü il üçün təsdiq etdiyi Repertuar planına daxil edilmiş, əsərin hazırlanması Gəncə Dövlət Dram Teatrına həvalə edilmiş və əsər həmin teatrın səhnəsində tamaşaya qoyulmuşdur. Lakin o zamanlar teatrın maddi və texniki bazası zəif, aktyorları az olduğuna görə əsər tam şəkildə səhnədə əks olunmamışdır.
Diqqətinizə çatdırmaq istəyirəm ki, Prezident Administra¬siya¬¬sının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, çox hörmətli Fərəh xanım Əliyeva, Prezident Administrasiya¬sının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, sənətşünaslıq doktoru, çox hörmətli Ədalət Vəliyev, Mədəniyyət Nazirliyində müvafiq olaraq incəsənət şöbəsinin rəisi və nazir müavini vəzifəsində çalışar¬kən “Üç dəniz əfsanəsi” əsərini bəyənmiş və öz imzaları ilə təsdiq etmişdilər.
Azərbaycan Yazıçılar Birliyinin «Literaturnı Azərbaycan» aylıq ədəbi-bədii jurnalı “Üç dəniz əfsanəsi” (“Legenda tryox morey”) dram əsə¬¬rini bəyənərək “Əsrin Müqaviləsi”nin 25 illiyi (Kontrakt Veka – 25) münasibətilə 2019-cu ilin oktyabr ayında tam həcmdə rus dilində çap etmişdir. Sonra müəllif M.Haqverdiyev Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq “Üç dəniz əfsanəsi” üzərində əsaslı surətdə yenidən işləyərək onu “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” adlı daha mükəmməl ekran və səhnə əsərinə çevirmişdir.
Xüsusilə onu da yüksək nəzərinizə çatdırmaq istəyirəm ki, Milli Məclisin deputatı, akademik, çox hörmətli Nizami Cəfərovun rəhbərlik etdiyi Atatürk Mərkəzi “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsərini bəyənmiş və onun göstərişi ilə “Elm və təhsil” nəşriyyatı bu dramı ayrıca kitab şəklində çap etmişdir.
Qeyd etmək istəyirəm ki, əsərin əsas mahiyyəti Azərbaycanın yeni neft strategiyası, qüdrətli dövlət rəhbəri Heydər Əliye¬vin böyük nüfuzu və siyasi iradəsi sayəsində dünyada analoqu olmayan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin gerçəkləşməsi yolunda yaranan ciddi maneə və problemlərin, terror və təxribatların aradan götürülməsi, müqəddəs dinimizə, milli-mənəvi dəyərlərimizə göstərilən daimi diqqət və qayğı, ölkəmizdə hökm sürən dini, milli tolerantlıq, eləcə də çoxəsrlik tarixində özünün ən uğurlu və parlaq dövrünü yaşayan azad və müstəqil Azərbaycan həqiqətləri – Respublikamızın Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizin bütün həyati əhəmiyyətli sahələrinin dinamik inkişafında qazandığı misilsiz nailiyyətlər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunması, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığından ibarətdir.
Görkəmli dramaturq M.Haqverdiyevin bu dram əsərinin geniş yaradıcılıq imkanları olan paytaxt teatrlarının birində tamaşaya qoyulması xahişi ilə Mədəniyyət Nazirliyinə olan müraciətinə (21.07.2023-cü il tarixli məktubuna) Nazirlikdən aldığı cavab (4 avqust 2023-cü il tarixli məktub) belə olub:
“Bildiririk ki, teatr-tamaşa müəssisələrinin repertuar planının müəyyənləşdirilməsi məqsədilə dramaturqların təqdim etdiyi əsərlərə Nazirliyin nəzdində yaradılmış Komissiya tərəfindən baxılması nəzərdə tutulmuşdur. Müəllifi olduğunuz “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsərinizə adı çəkilən komissiyada müvafiq qaydada baxılacaqdır. Nəzərə almağınızı xahiş edirik”.
Lakin 8 aydan artıq vaxt keçsə də, müəllifin saysız-hesabsız cəhdlərinə baxmayaraq, “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsəri barədə nə nazirlik, nə də komissiya tərəfindən heç bir rəsmi məlumat ala bilməmişdir. Niyə və nə üçün? Bəs bu komissiya hansı işlə məşğul olur ki, belə əsərə baxış keçirməyə vaxt tapmır?
Göründüyü kimi komissiyanın və nazirliyin bəzi işçilərinin əsas məqsədi sonu görünməyən süründürməçiliklə ən yüksək səviyyələrdə bəyənilmiş, “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərinin tamaşaya qoyulmasının qarşısını almaqdır. Və buna artıq heç bir dəlil-sübut gətirilmədən asanlıqla nail ola bilmişdir, yəni “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsəri Nazirliyin nə “Heydər Əliyev ili”-ndə (2023-cü ildə), nə də “Əsrin Müqaviləsi”-nin 30 illiyində (2024-cü ildə) repertuar planına daxil edilməmişdir.
Onu da təəssüflə qeyd etmək lazımdır ki, müasir və müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın Dahi Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq “Üç dəniz əfsanəsi” dram əsərinin Akademik Milli Dram Teatrında tamaşaya qoyulması xahişi ilə müəllifin teatra rəsmi müraciəti – 12 dekabr 2022-ci il tarixli məktubu da orada baş alıb gedən özbaşınalıq və sonu görünməyən süründürməçilik ucbatından bu günə kimi cavabsız qalıb.
Həmçinin oxuyun
Sonra müəllif komissiya və onu dəstəkləyən Mədəniyyət Nazirliyi tərəfindən yol verilən yuxarıda qeyd olunan təkzibolunmaz, qanunazidd, ziyankar əməllərə, son qoyulması xahişi ilə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə rəsmən – 2 may 2024-cü il tarixli məktubla müraciət etmişdir.
Respublikamızın Prezident Administrasiyasının Humanitar siyasət, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, çox hörmətli Fərəh xanım Əliyevanın rəsmi göstərişinə əsasən Mədəniyyət Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ünvanlanan bu məktuba baxmalı və nəticəsi barədə müəllifə rəsmi məlumat veriməli idi.
Mədəniyyət Nazirliyi isə öz növbəsində, qüvvədə olan qanun-qaydalara görə Repertuar planının müəyyənləşdirilməsi məqsədilə özünün yaratdığı Komissiya vasitəsilə mütləq məktuba baxmalı və nəticəsi barədə müəllifə rəsmi məlumat verməli idi. Bu aksiomdur! Buna heç bir söz ola bilməz!
Lakin Mədəniyyət Nazirliyi bilmək olmur nə üçün və hansı ixtiyarla Prezident Administrasiyasının bu rəsmi göstərişinə məhəl qoymur, ona hörmətsizlik göstərir və həddini aşıb özbaşınalıq edərək əsərin əhəmiyyətini aşağılayır, onun taleyini həmişə olduğu kimi, ən yüksək səviyyədə, yəni Prezident Administrasiyası və Nazirlik səviyyəsində deyil, məhz adi, yüzlərlə yazılmış sıravi pyeslər kimi teatr səviyyəsində həll olunmasını qərara alır?!
Və beləliklə, nə üçün nazirlik müəllifə əvvəl özləri göndərdiyi (04 avqust 2024-cü il) tarixli məktubun (harada ki, əsərin taleyinin teatr səviyyə¬sində deyil, məhz nazirlik səviyyəsində həll olunması açıq-aydın göstərilir) tamamilə əleyhinə, ziddinə olan aşağıdakı məzmunda yazılmış 03 iyun 2024-cü il tarixli yeni, başdansovdu, formal məktub göndərir:
“2024-cü ilin Repertuar planı tərtib edilib və təsdiq olunduğu üçün, Sizin qələmə aldığınız “Üç dəniz əfsanəsi” pyesinin növbəti ilin repertuar planına salınması məqsədilə respublikada fəaliyyət göstərən teatr-tamaşa müəssisələrinə birbaşa müraciət etməyiniz tövsiyə olunur. Nəzərə almağınızı xahiş edirik.”
Xalqımızın dahi lideri Heydər Əliyevin əziz xatirəsinə və Prezident Administrasiyasının rəsmi göstərişinə hörmətsizlik göstərən, eləcə də Mədəniyyət Nazirliyinin yuxarıda qeyd olunan 3 iyun 2024-cü il tarixli, əsassız formal məktubu müəllifi bərk həyəcanlandırır və dözülməz hiddətə salır. Və müəllif nazirliyin ünvanına aşağıdakı ürəkdolusu cümlələrlə yazılmış 2 may 2024-cü il tarixli “şikayət ərizəsi” göndərir:
- Mədəniyyət Nazirliyinin işçiləri böyük məsuliyyətsizlik və səhlənkarlıqla yaz¬dığı bu məktub ilə (harada ki, Mədəniyyət Nazirliyinə deyil, Respublika Preziden¬tinə ünvanlanan; 13.05.2024-cü il deyil, 02.05.2024-cü il tarixli yazmalı idi və s.) müəllifin Komissiya və Nazirliyin bəzi işçiləri tərəfindən törədilən təkzibolunmaz qanunazidd faktları diqqətdən yayındırıb ört-basdır etmək üçün yersiz və məntiqə sığmayan tövsiyə edir. Bu zaman istər-istəməz Mədəniyyət Nazirliyinə ünvanlanan aşağıdakı məntiqə uyğun suallar ortaya çıxır:
1. Nə üçün teatr-tamaşa müəssisələrinin repertuar planının müəyyən¬ləş-diril¬¬məsi məqsədilə dramaturqların təqdim etdiyi əsərlərə (“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərinə) Nazirliyin nəzdində yaradılmış Komissiya tərəfindən baxılmayıb? Daha doğrusu, nəyə görə Nazirliyin rəsmi göstərişinə baxmayaraq on bir aydan artıq vaxt keçsə də, “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsəri Komissiya tərəfindən baxılaraq müvafiq rəsmi rəy təqdim edilməmişdir?!
2. Nə üçün heç bir tutarlı dəlil-sübut gətirmədən əsər Nazirliyin nə “Heydər Əliyev ili”ndə (2023-cü ildə), nə də “Əsrin müqavilə¬si”nin 30 illiyində (2024-cü ildə) repertuar planına daxil edilmə¬mişdir?!
Əfsuslar olsun ki, bu suallara cavab verən olmayacaq.
3. Nəyə görə Mədəniyyət Nazirliyi komissiyanın bu qanunsuz əməllərinə göz yumur və nə üçün və hansı ixtiyarla Ulu Öndər, xalqımızın Dahi Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərini bəyənmiş:
- Azərbaycan Respublikası Prezident Administrasiyasının və onun Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, çox hörmətli Fərəh xanım Əliyevanın,
- Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor, çox hörmətli Ədalət Vəliyevin,
- Xalq yazıçısı Anarın rəhbərlik etdiyi Azərbaycan Yazıçılar Birliyinin “ Literaturnı Azərbaycan” ədəbi-bədii jurnalının,
- Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun rəhbərlik etdiyi möhtəşəm Atatürk Mərkəzinin və “Elm və təhsil” nəşriyyatının, böyük nüfuzunu, ədəbi dillə desək, “tapdaq altına atır, tapdalayır”.
Çox əfsuslar olsun ki, bu suala da cavab verən olmayacaq. Çünki yuxarıda qeyd olunan təkzibolunmaz qanunazidd faktlara, böyük nüfuzların tapdalanmasına bəraət qazandırmağa səbəb tapılmayacaq.
4. Onu da təəssüflə bir daha bildirmək istəyirəm ki, Ulu Öndər, xalqımızın Dahi Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar olaraq “Üç dəniz əfsanəsi” dram əsərinin Akademik Milli Dram Teatrında tamaşaya qoyulması xahişi ilə teatra müraciəti – 12 dekabr 2022-ci il tarixli məktubun orada baş alıb gedən özbaşınalıq, sonu görünməyən süründürməçilik və anarxiya ucbatından bu günə kimi cavabsız qalıb.
Belə dözülməz vəziyyəti bilə-bilə Mədəniyyət Nazirliyinin işçiləri qarşıya çıxan bu biabırçı, təxirəsalınmaz məsələni həll edib müvafiq tədbir görmək əvəzinə nə üçün və hansı məntiqlə müəllifin yenidən teatrlara müraciət etməyini tövsiyə edir? Görünür bu suala da cavab tapılmayacaq.
Onu da mütləq qeyd etmək lazımdır ki, komissiya və onu dəstəkləyən Nazirlik tərəfindən olan bəzi qara qüvvələr başa düşmək istəmirlər ki, onlar “TOXUNULMAZ” deyillər, özləri də Azərbaycan kimi dünya şöhrətli, Müzəffər, azad və demokratik bir ölkədə yaşayırlar, harada ki, haqq-ədalət gec-tez, həmişə və mütləq qələbə çalır! Böyük Qələbə!
Elə ona görə hesab edirəm ki, bu dözülməz, rüsvayçı məsələnin (problemin) geniş ictimaiyyətin arasında dildən-dilə düşmədən və nəhayət, həyatının mənasını vətənimizə və xalqımıza sədaqətlə xidmətdə görən möhtərəm Prezidentimiz İlham Əliyevin bu və ya digər yollarla nəzərinə çatmadan, məhz Nazirlik çərçivəsində ədalətlə həll olunması məqsədəuyğun olardı.
Lakin çox əfsuslar olsun ki, Mədəniyyət Nazirliyi ona ünvanlanan yuxarıda qeyd olunmuş sualların (“nə üçün” suallarının) heç birinə cavab verə bilmədiyi üçün, yəni öz qanunazidd, ziyankar əməllərini etiraf etməyə özündə nə güc, nə də iradə tapa bilmədiklərinə görə müəllifə ünvanladığı əvvəlki 3 iyun 2024-cü il tarixli məktubundakı cümlələri (mətni) olduğu kimi təkrarlamaqla, 30 sentyabr 2024-cü il tarixli yeni, formal məktub göndərir, haradakı yenə teatrlara birbaşa müraciət etməyini tövsiyə edir.
Beləliklə, çıxılmaz vəziyyətdə qalan müəllif konfliktlərdən, çəkişmələrdən qaçan, sülhsevər və kompromislərə gedən insan olduğu üçün, Nazirliyin bu başdansovdu, formal məktubuna (daha doğrusu, məktubdakı tövsiyəyə) əsaslanaraq “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərinin səhnələşdirilməsi xahişi ilə yenidən Akademik Milli Dram Teatrına və Sumqayıt Dövlət Dram teatrına 14 oktyabr 2024-cü il tarixli məktubla müraciət ünvanlayır. Və həmin məktubların surətlərini məlumat və nəzarət üçün Mədəniyyət Nazirliyinə göndərir. Lakin o vaxtdan 3 aydan artıq keçəndən və bir çox uğursuz cəhdlə¬rindən sonra nəhayət, Nazirliyin operatoru vasitəsilə (telefonla) verilən xəbərdən məlum oldu ki, “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsəri nə adı çəkilən teatr¬ların, nə də Nazirliyin 2025-ci il üçün təsdiq etdiyi Repertuar planına daxil edilməyib.
Beləliklə də, Ulu Öndər, xalqımızın Dahi lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş, ən yüksək səviyyələrdə bəyənilmiş, möhtəşəm “Elm və təhsil” nəşriyyatında çap edilmiş, xüsusilə mühüm və müstəsna əhəmiyyət kəsb edən “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsəri Mədəniyyət Nazirliyinin tabeliyində olan teatrlarla birlikdə qurduğu tələyə düşdü, daha doğrusu, əsərin 2025-ci ildə də tamaşaya qoyulmasının qarşısı alındı. Və bu tələ elə quruldu ki, adı çəkilən teatrlardan bu günə kimi əsərin 2025-ci ildə tamaşaya qoyulmamasının olduqca müəmmalı səbəbi barədə qanunla tələb olunan heç bir rəsmi məlumat ala bilməmişdir. Beləliklə də, Mədəniyyət Nazirliyinin nə üçün belə israrla müəllifə məhz teatrlara müraciət etməyini tövsiyə etməsinin səbəbi məlum oldu. Səbəb aydındı... Əvvəlcə Nazirlik bilərəkdən həddini aşıb əsərin əhəmiyyətini aşağılayır, onun taleyini yüzlərcə yazılmış adi pyeslər kimi teatr səviyyəsinə (çərçivəsinə) salır.
Sonra teatrlar da öz növbəsində tabeliyində olduğu Nazirliyin yolunu israrla davam edərək özbaşınalıq göstərib əsərin əhəmiyyətini bir daha aşağılayaraq sıfıra çatdırır, yəni əsəri tamamilə əhəmiyyətsiz hesab edir və 2025-ci ilin Repertuar planına daxil etmir.
Yuxarıda qeyd olunan təkzibolunmaz faktlar, dəlil-sübutlar açıq-aydın göstərir ki, Ulu Öndər, xalqımızın Dahi lideri Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş, Respublikamızın çoxəsrlik tarixində misli görünməmiş nailiyyət olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisindən, müqəddəs dinimizə və milli-mənəvi dəyərlərimizə göstərilən daimi diqqət və qayğıdan, ölkəmizdə hökm sürən dini, milli tolerantlıqdan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunmasından, Azərbaycan-Türkiyə dostluğundan, qardaşlığından bəhs edən, ən yüksək səviyyələrdə bəyənilmiş, Respublikamızın Yazıçılar Birliyinin “Literaturnıy Azərbaycan” aylıq ədəbi-bədii jurnalında və möhtəşəm “Elm və təhsil” nəşriyyatında çap edilmiş “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsərinin tamaşaya qoyulmasının bilərəkdən, məhz qanunsuz yollarla (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, sonu görünməyən süründürməçiliklə və s.) qarşısının alınması, Ulu öndərimizin əziz xatirəsinə, eləcə də vətənimizə, xalqımıza və dövlətçiliyimizə qarşı göstərilən ən böyük, nümayişkəranə, yumşaq desək, hörmətsizlikdir!
Hörmətli Nazir!
Yeri gəlmişkən, onu da diqqətinizə çatdırmaq istəyirəm ki, analoji bədbəxt hadisə “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” əsərinin bədii film variantının da başına gəldi.
“Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” adlı bədii film ssenari¬sinin 2025-ci ildə ekranlaşdırılması xahişi ilə göndərilmiş 18 oktyabr 2024-cü il tarixli məktuba Nazirliyin Kino agentliyi tərəfindən baxıldı.
Lakin çox təəssüflər olsun ki, Kino agentliyi Ulu Öndər, xalqımızın Dahi lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş bu yeganə (alternativsiz) bədii əsərin (bədii film ssenarisinin) taleyini tələb olunan yüksək səviyyədə, yəni Prezident Administrasiyası və Mədəniyyət Nazirliyi səviyyə¬sində həll etmək əvəzinə, həddini aşıb özbaşınalıq göstərərək əsərin əhəmiyyətini aşağılayır, hörmətsizlik göstərərək əsərin taleyinin həllini adi, növbəti ssenarilərə aid olan səviyyəyə salır və 27.12.2024-cü il tarixli məktubu ilə müəllifin gələcəkdə müsabiqədə iştirak etməyini tövsiyə edir. Bu təkzibolunmaz fakt Ulu Öndər, xalqımızın dahi lideri Heydər Əliyevin əziz xatirəsinə, eləcə də Vətənimizə, xalqımıza və dövlətçiliyiməz göstərilən ən böyük nümayişkəranə, yumşaz desək, hörmətsizlikdir!!!
Unutmayaq ki, dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan Heydər Əliyev həyatını vətənimizin inkişafına, xalqımızın bugünkü firəvan və xoşbəxt gələcəyinə həsr etmişdir. Qədim dövlətçilik və çoxəsirlik tarixinə malik olan Azərbaycan xalqına tale bir zənginlik, belə bir əvəzi olunmayan lider bəxş etmişdir. Məhz onun tarixi-siyasi fəaliyyətinə həsr olunmuş yeganə, alternativi olmayan (bəii film ssenarisinin) ekranlaşdırılması nəinki bu gün, gələcək nəsil tariximizin güzgüsüdür.
Məhz ona bilmək istərdik ki, xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəməiyyəti olan və son dərəcə aktuallığı ilə seçilən, ulu öndərimizin əziz xatirəsinə həsr edilmiş və ən yüksək səviyyədə (Prezident Administrasiyası və Mədəniyyət Nazirliyi) tərəfindən mövzu və məzmunu siyasi və bədii cəhətdən bəyənilmiş və möhtəşəm “Elm və Təhsil” nəşriyyatı tərəfindən nəşr edilmiş “Əsrin möcüzəsi və üç dəniz əfsanəsi” əsərini nə üçün və hansı ixtiyarla həddinizi aşaraq əhəmiyyətini aşağılayırsınız və onun taleyinin həllini yüzlərlə yazılmış adi-siravi ssenarilərin siyahısına salırsınız?!
Cənab Nazir!
Diqqətinizə onu da çatdırmaq istəyirəm ki, mən mütləq bu doğru, şərəfli yolu Mədəniyyət Nazirliyində yuva salmış bəzi qara qüvvələr və ləyaqətsiz teatr rəhbərliyi tərəfindən qanuna zidd, çirkin əməllərə son qoyulana qədər davam etdirəcəm! Çünki mənim həyatımın mənası və ən böyük amalım tək uğurunda var gücümlə çalışdığım haqq-ədalət deyil, məhz xüsusilə Ulu Öndərimiz, xalqımızın Dahi Lideri Heydər Əliyevin əziz xatirəsinə, respublikamızın həmişə müzəffər Ali Baş Komandanı, möhtərəm prezidentimiz İlham Əliyevə, eləcə də vətənimzə və xalqımıza bəslədiyimi sonsuz və təmannasız məhəbbətdir!
Biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan kimi dünya şöhrətli, azad və müstəqil, demokratik və hüquqi bir ölkədə yaşayırıq, harada ki, haqq-ədalət, gec-tez həmişə və mütləq qələbə çalır, özü də böyük qələbə!!!
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, xahiş edirəm, xüsusilə mühüm siyasi-tarixi və müstəsna əhəmiyyəti olan və son dərəcə aktuallığı ilə seçilən, Ulu Öndərimiz, xalqımızın dahi lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş və ən yüksək səviyyədə - Prezident Administrasiyası və Mədəniyyət Nazirliyi tərəfindən siyasi və bədii cəhətdən bəyənilmiş və möhtəşəm “Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr edilmiş “Əsrin möcüzəsi və ya üç dəniz əfsanəsi” dram əsərinin məhz bu il 2025-ci ildə geniş yaradıcılıq imkanları olan paytaxt teatrlarının birində tamaşaya qoyulması və bədii film senarisinin ləyaqətlə ekranlaşması üçün müvafiq tədbir görəsiniz.
Nəcibə İlkin
Yazıçı, araşdırmaçı jurnalist
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bərdədə 15 yaşlı oğlan Tərtər çayında boğulub
Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.Hadisə şahidlərindən əldə etdiyi məlumata görə, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın şadlıq saraylarından birində toyda olub.
09 May 2025, 18:29

Azərbaycan hərbçiləri paradda keçid etdi - Video
Moskvada Qırmızı meydanda faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı başlayıb.Azərbaycan hərbçiləri də paradda keçid edib.Həmin anın videosunu təqdim edirik:
09 May 2025, 14:47

Prezident və xanımı Şuşada açılışda iştirak etdi
Mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.CityPost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.***Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.***Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər.Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb....
09 May 2025, 14:12

Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə "İnstagram" hesabında paylaşım edib.CityPost.az xəbər verir ki, paylaşımda deyilir:"Əziz veteranlar! Biz sizin mərdliyinizlə, cəsarətinizlə və şücaətinizlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!" View this post on Instagram A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan) ...
09 May 2025, 10:16

İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür.Citypost.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı.Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad etdi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoydular.Tanınmış dövlət xadimi...
09 May 2025, 10:14

Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib
Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə mayın 8-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu onun məzarını ziyarət edib.Bu barədə Müdafiə Nazirliyindən bildirilib.Hərbi qulluqçular, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və məktəblilərin iştirak etdiyi anım mərasimi şəhidlərimizin ruhuna duaların oxunması ilə başlayıb. Daha sonra mərasim iştirakçıları İ.Mirzəyevin məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüblər.Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib. Milli Qəhrəmanın şərəfli həyat yolu, vətənpərvərliyi, göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri barədə danışılıb.Çıxış edənlər İ.Mirzəyev kimi igid...
08 May 2025, 20:08