Bizə yazın

Baku

-°C

USD

-

17 il mənzil növbəsi olar?  -  Qazi qurumlardan şikayət edir 

Cəmiyyət 15 May 2025, 12:09

11935

Qarabağ  Müharibəsi qazisi, ikinci  qrup  Qarabağ  əlili   Həsənov  Bəymirzə  Gülmirzə  oğlu  illərdir   dövlət tərəfindən ona  veriləcək  mənzilini   ala  bilmir. 

 

Bu  barədə  CityPost.az-a  qazinin  özü  məlumat  verib.

Qazinin sözlərində görə,2008ci ildən mənzil siyahısında olsa da,ona düşəcək evi hələ də ala bilmir.Yaxın zamanlarda övlad gözləyən ailə yeni ev gözləsələr də,bu arzularına çata bilmirlər.

 

“2002-ci ildə hərbi xidmətə  yollandım. Həmin   vaxt  Füzulidə  postda  xidmət edirdim. Xidmət zamanı düşmən tərəfindən atılan güllə yarasından ağır  yaralandım. İkinci  qrup   əlillliyim  yarandı. Bu gün  həm  əlilliyə  görə pensiya, həm də Prezident təqaüdü alıram. Mənim bu  gün ən böyük problemim qanunla nəzərdə  tutulmuş mənzilin hələ  də mənə  verilməməsi ilə bağlıdır.

05.11.2008-ci ildən etibarən Qarabağ müharibəsi 2-ci qrup əlillərinin mənzil uçot siyahısındayam. Buna baxmayaraq mənzili ala bilmirəm.  Bir neçə dəfə rəsmi müraciət etmişəm. Mənim qeydiyyatım və  yaşayış yerim Yasamal rayonudur.

Cənab Prezidentin göstərişinə görə  evlər yaşayış  yerinə  uyğun şəkildə  verilməliidr. Xahiş edirəm ki, aidiyyatı qurumlar bunu nəzərə alıb mənim mənzillə təmin olunmağıma tez bir zamanda köməklik göstərsinlər.Uzun illər mənzil problemimə görə evlənə bilmirdim.Keçən il ailə həyatı qurdum.Yaxın zamanlarda ata olacam.Övladımı kirayələrdə böyütmək istəmirəm.Atam və anam da mənim himayəmdədir.Hazırda ailəmiz 5 nəfərdən ibarətdir.Övladım dünyaya gəldikdən sonra kirayələrdə yaşamaq həm maddi, həm də mənəvi cəhətdən mənə çətindir”, - deyə   qazi   Bəymirzə   Həsənov  bildirib.

Qeyd edək ki,qazinin himayəsində olan qəhrəman ana   Şövkət Həsənova 11 övlad anasıdır.O, da yaranmış vəziyyətə görə,bu gün narahatlığını ifadə edir.

"Özüm qəhrəman anayam.11 övlad böyütmüşəm.Mənə uşaqlarıma görə verilməli olan sosial mənzil də verilmədi.Bu haqsızlıqdan sonra oğlum,canını vətən üçün fəda edən Bəymirzənin də haqqı tapdanır.Hazırda ailəlidir,hamımız bir yerdə yaşamağa məcburuq.Sənədləri Sosial Müdafiə Nazirliyinə təqdim etmişik.Ailə tərkibimiz də artıb.Elə deyirlər ki, gözləyin,növbəli şəkildə evlər veriləcək.Mən nə bilim növbə nə vaxt çatacaq?Bəlkə növbə çatana kimi biz həyatda olmadıq?Yaxın zamanda nəvəm dünyaya gələcək.Uşağın da,oğlumun taleyini yaşamasını istəmirəm.Bu məsələlərlə bağlı cənab Prezidentə də müraciət etmişəm.Rəsmi şəxslər standart cavab verməklə məsələdən boyun qaçırırlar",-deyə qazinin anası bildirib.

CityPost.az   ailənin istəkləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin  tabeliyində  olan  Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov saytımıza açıqlamasında bildirib ki, məsələ ilə bağlı hazırda sənədlərə baxılır.

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailələri, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, gözdən əlilliyi olan şəxslər və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları mənzil və ya fərdi evlə təmin edilirlər.  

Müharibə ilə əlaqədar əlilliyi olan şəxs Bəymirzə Gülmirzə oğlu Həsənov Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülüb. Sosial Xidmətlər Agentliyi tərəfindən vətəndaşa Hövsan qəsəbəsi, Zığ şossesində yerləşən yaşayış kompleksindən mənzil təklif edilib, lakin vətəndaş imtina edib. B. Həsənov 05.05.2025-ci il tarixində otaq sayının artırılması ilə bağlı müraciət edib. Məsələyə qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaq",-deyə rəsmi açıqlamada qeyd olunub.

Hazırladı: Miri Məcidli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib 

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib.CityPost.az   xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncamla aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər:ağır cinayətlər məhkəmələri üzrə:Bakı Ağır Cinayətlər MəhkəməsiƏsgərova-Məmmədova Leyla Səyavuş qızıMəmmədzadə Səbinə Adil qızıLənkəran Ağır Cinayətlər MəhkəməsiHüseynov Nahid Nəsir oğluSumqayıt Ağır Cinayətlər MəhkəməsiRzayeva Aynur Tapdıq qızıinzibati məhkəmələr üzrə:Bakı İnzibati MəhkəməsiAlmazova Aysev Mehman qızıMəlikov Tural Rauf oğluŞəki İnzibati MəhkəməsiHacızadə Fəxri Hümmət oğluŞirvan İnzibati MəhkəməsiHüseynova Amilya Aqil qızıNəcəfov Hilal Nəcəfalı oğlukommersiya məhkəmələri üzrə:Bakı Kommersiya MəhkəməsiƏhmədova Nərmin Məzahir qızıGəncə Kommersiya MəhkəməsiQuliyeva Gülnaz Elxan qızıSumqayıt Kommersiya MəhkəməsiAlıyeva Həlimə Rəşid qızıBakı şəhərinin rayon məhkəmələri üzrə:Bakı şəhəri Binəqədi Rayon MəhkəməsiSadıqova Aynurə Vahid...

01 İyul 2025, 16:28

Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var 

Dünən “Sputnik Azərbaycan”da keçirilən əməliyyat və FTX-nin iki agentinin həbsi rəsmi Bakının Kremlə “Rus evi”nin bağlanmasından sonra ikinci mesajıdır. Belə ki, Daxili İşlər Nazirliyinin “Sputnik Azərbaycan”ın ofisində keçirdiyi əməliyyatla bağlı rəsmi açıqlamasında bildirilir: “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb. İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var...”CityPost.az    Bakupost.az-a istinadla xəbər verir ki, fevralda fəaliyyəti dayandırılan və yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçməsinə şərait yaradılan “Sputnik Azərbaycan”ın qanunsuz maliyyələşmə ilə fəaliyyət göstərməsi haqda tam 4 aydan...

01 İyul 2025, 14:23

İran Prezidenti Xankəndiyə səfər edəcək 

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək."Report"un əldə etdiyi məlumata görə, onun bu il iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub.Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycanda keçiriləcək ECO Sammitinə dəvət edib.

01 İyul 2025, 11:21

Aran rayonlarında 35 dərəcə isti olub 

Azərbaycanda iyulun 1-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.Bu barədə CityPost-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Qeyd edilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 12, Şahdağda 7, Qusarda (Laza) 6, Göygöldə 3, Naftalan, Qrız, Daşkəsəndə 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, İsmayıllı, Oğuz, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Şahbuzda 1 mm-dir.Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Şahdağ və Mingəçevirdə 20, Culfada 18, Naftalanda 16, Şəkidə 15 m/s-dək güclənib.Havanın maksimal temperaturu iyunun 30-da Bakıda və Abşeron yarımadasında...

01 İyul 2025, 10:44

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir 

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Belə ki, iyulun 1-dən nikahın bağlanmasına mane olan halların sayı artırılır.Ailə Məcəlləsinə aşağıdakı hallar əlavə edilir.- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;...

01 İyul 2025, 08:52

Qətərdən Qəzza açıqlaması 

Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üzrə danışıqlar hazırda davam etmir, lakin vasitəçilərin iştirakı ilə təmaslar var. CityPost.az  xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari mətbuat konfransında bildirib.“Hazırda Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar aparılmır, lakin onlara qayıtmaq üçün təmaslar var”, - diplomat bildirib.Onun sözlərinə görə, son vaxtlar beynəlxalq ictimaiyyətin Qəzzada axan qanlara məhəl qoymaması çox çətinləşib.O, əlavə edib ki, ABŞ ciddi şəkildə danışıqlara qayıtmağa cəhd etmək niyyətindədir, lakin burada çətinliklər var.May ayında RİA Novosti baş nazirin dəftərxanasının müşaviri Dmitri Gendelmana istinadən xəbər vermişdi ki, İsrail 2025-ci ilin aprelində növbəti çıxılmaz vəziyyətə düşmüş Qəzzada vəziyyətlə bağlı...

30 İyun 2025, 17:31