Geomaqnit qasırğası gözlənilir
Cəmiyyət 09 İyun 2025, 15:22

676
Hazırda iyunun 6-da baş vermiş TKA (Tac Kütlə Atılmalarının) təsiri ilə Yerdə dünəndən başlayaraq G1 (zəif) geomaqnit qasırğası başlayıb.
CityPost.az xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, hazırda kosmik hava şəraiti aktivdir.
İyunun 13-dək fasilələrlə aktivliyin G1 səviyyəsinədək yüksəlməsi ehtimalı var.
Həmçinin oxuyun
14-15 iyun tarixlərində isə yenidən TKA və müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə G1(zəif) - G2 (orta) səviyyəli geomaqnit qasırğası gözlənilir, həmçinin 25-26 iyunda da mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə G1(zəif) - G2 (orta) səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.
Qeyd edilib ki, uzunmüddətli proqnozlar Günəşin öz oxu ətrafında fırlanaraq aktiv regionların Yerə tərəf çevrilməsi əsasında hazırlanır və dəqiqliyi aşağıdır. Çünki aktiv Günəş ləkələri və Tac dəliklərinin dinamikası dəyişir və ədətən bir perioda zəifləyir. Günəşdə baş verən alışmalar və TKA-ın təsiri Yerə təxminən 3 gün müddətində çatır. Bu səbəblərdən 3 günlük və ya həftəlik proqnozlara üstünlük verilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Prezident Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş konfransın iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
18 İyun 2025, 16:14

Kazino ilə bağlı rüsum ödəniləcək - Detallar məlum oldu
Xəbər verdiyimiz kimi, Azərbaycanda kazino oyunlarının təşkilinə icazə verilir.CityPost.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclaslarında müzakirəyə çıxarılan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.Məlum olduğu kimi 2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin Qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni...
18 İyun 2025, 14:51

Sabahın hava proqnozu açıqlanıb
İyunun 19-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən
18 İyun 2025, 12:30

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi
İyunun 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” qüvvəyə minir.
18 İyun 2025, 12:15

Baş Prokurorluq: Bank kartlarından oğurluq halları artıb
Son dövrlərdə bank kartlarından oğurluq hallarında artım müşahidə olunur.
18 İyun 2025, 12:00

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib.
18 İyun 2025, 11:57