Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda qadınların pensiya yaşı artırılır 

Cəmiyyət 10 İyun 2025, 12:15

1479

Azərbaycanda qadınların pensiya yaşı artırılır.

CityPost.az Teleqraf-a istinadla xəbər verir ki, ölkədə 30 iyun 2025-ci ilədək kişilərin pensiya yaşı 65, qadınların pensiya yaşı 64 olacaq.

1 iyul 2025 - 30 iyun 2026-ci il tarixində isə kişilərin pensiya yaşı dəyişməsə də, qadınların pensiya yaşı yarım il artırılaraq 64 il 6 aya çatdırılacaq.

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Beləliklə, 2021-ci il iyulun 1-dək kişilərin pensiya yaşı 65 il olub. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65 il olacaq.

Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah üç rayonda qaz olmayacaq 

Sabah Ağdaş, Zaqatala və Şəki rayonlarının bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.Bu barədə CityPost-a  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, Zaqatala Rayon Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsində Dəhnəxəlil qazpaylayıcı stansiyadan (QPS) qidalanan Türyancay qəsəbəsinə gedən PE-110 mm-lik əhali qaz xəttinin kipliyə davamlığı yoxlanılacaq. Bu məqsədlə avqustun 28-də saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş rayonu Türyancay qəsəbəsində cəmi 69 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.Bundan başqa, Zaqatala rayonu ərazisində D-219 mm-lik Əliabad QPS qolu yüksək təzyiqli qaz kəmərinin yerüstü cəkilmiş hissəsinin yeraltına salınacaq. Bu səbəbdən sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu Əliabad, Mosul, Yengiyan, Bəhmədli...

27 Avqust 2025, 20:56

Sabah 39 dərəcə isti olacaq - PROQNOZ 

Azərbaycanda avqustun 28-də 39 dərəcə isti olacağı gözlənilir.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-55 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-26, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz...

27 Avqust 2025, 12:49

Nazirlər Kabinetində Prezidentin Vaşinqton səfəri ilə bağlı xüsusi iclas keçirilir 

Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclası keçirilir.CityPost.az   xəbər verir ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda hökumət üzvləri iştirak edirlər.İclasın davamında onların çıxışı nəzərdə tutulur.

26 Avqust 2025, 15:43

"Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı araşdırmalara başlanılıb, ekspertiza təyin edilib 

"Sədərək" Ticarət Mərkəzi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırmalara başlanılıb."Report"un əldə etdiyi məlumata görə, faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq və Əməliyyat İdarəsində yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilib.Qeyd edək ki, avqustun 24-də baş verən yanğın ötən gün Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.Yanğınla bağlı 13 nəfər tüstüdən zəhərlənib.

26 Avqust 2025, 10:36

Bu gün Mehriban Əliyevanın doğum günüdür 

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.CityPost.az    xatırladır ki, Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. 1990-1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan...

26 Avqust 2025, 06:38

Bəxtiyar Ersay Azərbaycandakı vəzifəsindən azad olundu 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri Bəxtiyar Ersay vəzifəsindən azad olunub.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, onun Türkiyədəki yeni vəzifəsi ilə əlaqədardır.Belə ki, Bəxtiyar Ersay bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib. General artıq yeni vəzifəsinin icrasına başlayıb və 1-ci Ordunun komandanı kimi “Teknofest” festivalına qatılıb.Xatırladaq ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib. O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır....

25 Avqust 2025, 20:38