Bizə yazın

Baku

-°C

USD

-

“Ənvər Seyidov kimi yaşamayın” -   Şəmsi Vəfadar yazır   

Söz adamı 22 Avqust 2025, 13:09

32850

Azərbaycan Xalqı xüsusən Azərbaycan mədəniyyəti və ədəbiyyatı avqust ayında həqiqətən də ağır itkilər verdi.4 böyük şəxsiyyət – muğam sənətinin koriffeyi Arif Babayev,yazıçı və ictimai xadim Elçin,nasir vıə dramaturq Vidadi Babanlı,şair və publisist Məmməd İsmayıl vəfat etdi.Onların vəfatı  milli mədəniyyətimizin dəyərləri baxımından sanki dərin bir boşluq yaratdı.

Azərbaycan muğam sənətinin siması hesab edilən Xalq artisti Arif Babayev səsi və sənəti ilə minlərlə sızıltılı ürəklərin yarasına məlhəm olmuşdur.Arif Babayev muğamın özü idi. Arif Babayev Muğam,Muğam isə Arif Babayev demək idi. O, həm də professor,pedaqoq  kimi yüzlərlə gənc xanəndənin yetişməsində mühüm rol oynamışdır.Sirr deyil ki,Azərbaycan Xalq mahnılarının hər bir ifaçısı Arif Babayev olmaq,ən azından ona bənzəmək istəyirdi. 

Azərbaycan ədəbiyytaının çağdaş klassiklərindən olan Azərbaycan dramaturgiyasının  sütunu sayılan  İlyas Əfəndiyevin yadigarı,yazıçı,publisist,dramaturq və ictimai-siyasi  xadim Elçinin vəfatı ədəbiyyat sevərləri sarsıtdı.Elçinin Azərbaycan ədəbiyyatı ilə yanaşı uzun illər ictiami-siyasi həyatda da aparıcı və əsas fiqurlardan olub. O, "Vətən"  Cəmiyyətinin sədri olarkən mədəniyyətimizin inkişafına əvəzsiz töhfələr verib. Azərbaycan xalqı Elçini itirməklə ən yaxşı,ən vicdanlı,ən tanınmış ziyalısını və yazıçısını itirdi.Onun əsərləri Azərbaycanın milli sərvətidir.

Görkəmli yazıçı Vidadi Babanlı Azərbaycan nəsrinin heç vaxt susmayan vicdanı idi. Onun yaradıcılığında xalqın arzuları və ümidləri yer alırdı. Vidadi müəllim əslində xalqın dərdini,istəklərini yazırdı. O,əsərləri ilə ədəbiyyat xə xalq arasında mükəmməl körpü qurmuşdu. 

Son günlər  həyatını itirən ədəbiyyat  xadimlərindən biri də Məmməd İsmayıl oldu.Ədəbiyyatımıza poeziyanın rəngarəng  çalarlarını gətirən Məmməd İsmayıl şeirləri ilə milli poeziyamızın sərhədlərini genişləndirir,sözə yeni nəfəs  gətirirdi.Onun  hələ Sovet  dönəmində redaktoru olduğu “Gənclik” jurnalını yalnız Həsən bəy Zərdabinin “Əkinçi” qəzeti ilə müqayisə etmək olar.

Mən əminəm ki,əgər cənnət -cəhənnəm məhfumu varsa,bu adlarını çəkdiklərim insanların  hər dördü cənnətdədir.

Son günlər dünyasını dəyişənlərdən biri də adlarını sadaladıqlarım məşhurlarla paralel aparmaq mümkün olmayan Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakim Ənvər Seyidovdur. Onun da bir neçə “kitabı” nəşr olunmuşdu. Azərbaycan Yazıçlılar Birliyinin üzvi idi. Eşitdiyimə görə,müəyyən məbləğ qarşılığında o kitabları Ənvər Seyidovun əvəzindən başqaları yazıblarmış.

2015-ci ildə yaxın qohumum,uzun müddət Prokurorluq orqanlarında çalışmış Bəhrəm  Zahidovla Daxili İşlər Nazirliyinin hazırda təqaüddə olan polkovniki  Möhübbət Hüseynovun oğlu Anarın yas mərasimində iştirak edirdim.Hakimlər Ənvər Seyidov və Mənsur İbayev bizimlə eyni masada əyləşmişdi.Söhbət əsnasında Ənvər Seyidovun  indiyədək 32 nəfəri ömürlük həbsə məhkum etməsi ilə fəxr edib,qürrələndiyinin şahidi oldum. Sözsüz ki,cəza təqsirkarın islah olunması üçündür.Amma,kimisə ömürlük həbsə məhkum etməklə qürrələnmək insanlıq əlaməti sayıla bilməz.Ənvər Seyidov öldü...

Bir nəfərə rast gəlmədim ki,onun ruhuna dua oxusun,”Allah rəhmət eləsin” desin. Sosial şəbəkələrdə isə dediklərimi təsdiq edən onlarla biabırçı video çarxa rast gəldim.Sözümün canı odur ki,yaşayanda Arif Babyev,Elçin,Vidadi Babanlı və Məmməd İsmayıl kimi yaşamaq lazımdır,Ənvər Seyidov kimi yox... 

Sonda onu söyləmək istəyirəm ki, Arif Babyev,Elçin,Vidadi Babanlı və Məmməd İsmayılın vəfatı ictimai fikrin qanayan yarasını hələ bir müddət sızladacaq...Onların  xatirəsi  insanların qəlbində  uzun müddət yaşayacaq.Allah onların hər birinə rəhmət eləsin.Ruhları şad,məkanları cənnət olsun.

Şəmsi  Vəfadar: CityPost.az saytının redaktoru

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tanınmış şair Zülfüqar Rüfətoğlu vəfat edib

Tanınmış jurnalist, şair, tərcüməçi Zülfüqar Rüfətoğlu Londonda müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Bu barədə  şairin qardaşı, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə deyib. Qeyd edək ki, Z.Rüfətoğlu uzun müddətdir qaraciyər xərçəngindən əziyyət çəkirdi. Xatırladaq ki, Əhmədzadə Zülfüqar Rüfət oğlu 1958-ci ildə Bakıda anadan olub. "Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Səhər" qəzetinin təsisçilərindən biri, "Mavigözlü ögey ana" kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. Uzun illər "BBC Azərbaycan" xidmətində fəaliyyət göstərib....

09 Noyabr 2024, 20:44

Şəmsi Vəfadar: “Əxlaqlı adamın çıxıb hər hansı bir auditoriyada əxlaqdan danışdığını görməmişəm”

Tanınmış şair Şəmsi Vəfadar aparıcı Aytən Səfərovanın çıxışını sərt tənqid edib.   "Qadın ilk növbədə öz ayağı üzərində dayanmağı bacarmalıdır. Qadınlar var ki, ailəsi, həyat yoldaşı üçün hər şeyi edir".   Bu sözləri Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində deyib:   "Belə bir söz var, pul insanı dəyişir. Xeyr! Amma bəzi kişilər var ki, pul əldə edəndən sonra əsl üzləri görünür. Qadın uşaqları ilə evdə qalır, gözü başqasına sataşan kişilər artıq övladlarının anasında mənfiliklər axtarmağa başlayırlar. Bu da ailədə məişət zorakılığına səbəb olur". Aparıcı gəlin-qayınana münasibətindən də danışıb: "Evlənən qayınanadırsa, onda toyxanada gəlinlə yanyana o otursun. Niyə bəylə-gəlin oturur ki? Əgər gəlin qayınanaya baxmağa, xidmət etməyə...

05 Noyabr 2024, 17:30

Rəşad Məcidə həsr olunmuş tədbir keçiriləcək

Yazıçı, jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə həsr olunmuş tədbir keçiriləcək. CityPost.az-ın məlumatına görə Rəşad Məcidiin anadan olmasının 60 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir 12 oktyabr 2024-cü il tarixdə saat 10:00-da Ağcabədi Rayon Mədəniyyət Mərkəzində baş tutacaq. Tədbirin təşkilatçısı Ağcabədi  Rayon  İcra Hakimiyyəti və  Azərbaycan Yazıçılar Birliyidir. Tədbirin moderatoru yazıçı-publisist  Aqil  Abbasdır. Qeyd edək ki, Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini...

11 Oktyabr 2024, 14:36

"Tale oyunları"nın anlatdıqları - Sərvaz Hüseynoğlu yazır

Yazıçı Lalə Bağırovanın yaxın günlərdə nəşr edilən "Talelərin oyunu" kitabına eyniadlı didaktik-psixoloji povesti daxil edilib. Oxucu diqqətinə təqdim olunan bu maraqlı (və olduqca ibrətamiz məqamlarla iç-içə) povest, əslində, bütünlüklə dünənində, keçmişində qalan, o aləmdən heç vəchlə qopub-ayrıla bilməyən, o aləmin ən xırda təfərrüatlarını belə hafizəsindən silib-atmağı özünə rəva bilməyən bir könül adamının qələmə aldıqlarıdı. Bu yazılanlar yaddaşının bütün köklərini, rişələri ilə dünəninə bağlı olan insanın vaxt və baxt haqqında olan qənaətləri kimi oxunur. Elə bil olduqca uzaq keçmişdə yaşanan ömrün unudulmaz xatirələrini yenidən gətirib göz önünə qoyur. Və qəribə bir çaşqınlıq içində adam özünü bu aləmə götürən yolda "yerişini" yavaşıdır, hər...

07 Oktyabr 2024, 10:22

Şəmsi Vəfadardan Rəqsanəyə sərt sözlər: "Qənd tapmayan adam necə milyonçu ola bilər?"

Günlərdir ki, mediada  müğənni  Rəqsanə  İsmayılovanın Moskvadakı mənzilindən 218 min avro (təxminən 411,932 AZN) dəyərində qızıl-ziynət əşyasının  oğurlanması barədə xəbərlər yayılır.Bəzi sosial şəbəkə istifadəçiləri bunun həqiqət olmadığını və Rəqsanə İsmayılovanın bu xəbərlə özünü reklam etdiyini iddia edirlər. CityPost.az  xəbər verir  ki, Tanınmış şair  Şəmsi Vəfadar  qeyd olunan xəbərlərin fonunda müğənni Rəqsanə İsmayılova ilə bağlı xəbərlərə münasibət bildirib. Həmin tənqidi məqaləni təqdim edirik: Cəmiyyətdə hər təbəqədən insanlar var.Heç bir ali təhsili olmayan,musiqi biliyi və savadı olmayan, müxtəlif kişilərdən  uşaq dünyaya  gətirmiş  birinin  durub millətə əxlaq,tərbiyə dərsi keçməyə hüququ yoxdur. Qadına bir kişi çoxdur,iki kişi azdır, deyiblər.Rəhmətlik İlhamə Quliyevanın vaxtında bu tip insanlar yarasa kimi...

27 Sentyabr 2024, 14:32

Ölüm,sənə ölüm olsun... - Şəmsi Vəfadar Qənirə Paşayevadan yazır

Mərhum deputat, tanınmış ictimai xadim, professor Qənirə Paşayevanın vəfatının ildönümüdür. Tanınmış şair Şəmsi Vəfadar bununla bağlı mərhum deputatın işıqlı xatirəsinə həsr etdiyi şeiri təqdim edirik: Qənirə Paşayevanın işıqlı xatirəsinə   Ölüm,sənə ölüm olsun... Bir gör kimi gedib sevdin. Ölüm,sənə zülüm olsun, Dərddən,qəmdən binələnib  Qapısı yox,bacası yox Bu nə koma,bu nə evdi...?!   Köksündəki gizli yara, Boy atırmış demə hər gün. Qəlbi oldu para-para, Gözlərindən boylanardı, İlk məhəbbət üzgün-üzgün...   Özü boyda bir ürəkdi, Dərdi sevdi heyran oldu. Yaralanmış quş tək səkdi, O ölümə baxıb güldü... Qəlbi dərdə meydan oldu.  ...

26 Sentyabr 2024, 14:42