Bizə yazın

Baku

-°C

USD

-

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib  

Cəmiyyət 18 İyun 2025, 11:57

828

Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib.

CityPost.az MEDİA-ya istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

Müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.

Müsabiqəyə təqdim edilən materiallar:

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

– ən yaxşı reportaj;

– ən yaxşı ictimai-siyasi təhlil;

– ən yaxşı sosial-iqtisadi təhlil;

– ən yaxşı müsahibə;

– ən yaxşı mədəniyyət materialı;

– ən yaxşı köşə yazısı;

– ən yaxşı jurnalist araşdırması;

– ən yaxşı oçerk.

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

– ən yaxşı ictimai-siyasi reportaj;

– ən yaxşı sosial-iqtisadi reportaj;

– ən yaxşı tematik (idman, mədəniyyət və s.) reportaj.

Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 5 (beş) jurnalist və 5 (beş) operator qalib elan edilir və mükafatlandırılır.

Müsabiqəyə müraciət qəbulu 25 iyun 2025-ci il 18:00 tarixinədək davam edəcəkdir.

MEDİA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə buradan tanış ola bilərsiniz.

Müsabiqə qaydaları

Müraciət forması

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var 

Dünən “Sputnik Azərbaycan”da keçirilən əməliyyat və FTX-nin iki agentinin həbsi rəsmi Bakının Kremlə “Rus evi”nin bağlanmasından sonra ikinci mesajıdır. Belə ki, Daxili İşlər Nazirliyinin “Sputnik Azərbaycan”ın ofisində keçirdiyi əməliyyatla bağlı rəsmi açıqlamasında bildirilir: “Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb. İyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var...”CityPost.az    Bakupost.az-a istinadla xəbər verir ki, fevralda fəaliyyəti dayandırılan və yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçməsinə şərait yaradılan “Sputnik Azərbaycan”ın qanunsuz maliyyələşmə ilə fəaliyyət göstərməsi haqda tam 4 aydan...

01 İyul 2025, 14:23

İran Prezidenti Xankəndiyə səfər edəcək 

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək."Report"un əldə etdiyi məlumata görə, onun bu il iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirakı nəzərdə tutulub.Xatırladaq ki, Prezident İlham Əliyev bu günlərdə iranlı həmkarı Məsud Pezeşkianı Azərbaycanda keçiriləcək ECO Sammitinə dəvət edib.

01 İyul 2025, 11:21

Aran rayonlarında 35 dərəcə isti olub 

Azərbaycanda iyulun 1-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.Bu barədə CityPost-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Qeyd edilib ki, düşən yağıntının miqdarı Gədəbəydə 12, Şahdağda 7, Qusarda (Laza) 6, Göygöldə 3, Naftalan, Qrız, Daşkəsəndə 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qax, Zaqatala, Şəki, İsmayıllı, Oğuz, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Şahbuzda 1 mm-dir.Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Şahdağ və Mingəçevirdə 20, Culfada 18, Naftalanda 16, Şəkidə 15 m/s-dək güclənib.Havanın maksimal temperaturu iyunun 30-da Bakıda və Abşeron yarımadasında...

01 İyul 2025, 10:44

Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir 

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Belə ki, iyulun 1-dən nikahın bağlanmasına mane olan halların sayı artırılır.Ailə Məcəlləsinə aşağıdakı hallar əlavə edilir.- qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları;- bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu;...

01 İyul 2025, 08:52

Qətərdən Qəzza açıqlaması 

Qəzza zolağında hərbi əməliyyatların dayandırılması üzrə danışıqlar hazırda davam etmir, lakin vasitəçilərin iştirakı ilə təmaslar var. CityPost.az  xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid əl-Ənsari mətbuat konfransında bildirib.“Hazırda Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar aparılmır, lakin onlara qayıtmaq üçün təmaslar var”, - diplomat bildirib.Onun sözlərinə görə, son vaxtlar beynəlxalq ictimaiyyətin Qəzzada axan qanlara məhəl qoymaması çox çətinləşib.O, əlavə edib ki, ABŞ ciddi şəkildə danışıqlara qayıtmağa cəhd etmək niyyətindədir, lakin burada çətinliklər var.May ayında RİA Novosti baş nazirin dəftərxanasının müşaviri Dmitri Gendelmana istinadən xəbər vermişdi ki, İsrail 2025-ci ilin aprelində növbəti çıxılmaz vəziyyətə düşmüş Qəzzada vəziyyətlə bağlı...

30 İyun 2025, 17:31

Bəylər Eyyubovun yerinə o təyin edildi 

Prezidentin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.CityPost.az  Unikal-a istinadən xəbər verir ki, bu vəzifəyə polkovnik Fərid Əsgərov təyin edilib.Qeyd edək ki, F.Əsgərov bu təyinatadək PTX rəisi Bəylər Eyyubovun müavini idi. B.Eyyubov digər təyinatla Prezidentin Katibliyinin rəisi təyin edilib.

30 İyun 2025, 17:21