Bizə yazın

Baku

-°C

USD

-

DİN yol kənarlarında ticarətlə bağlı vətəndaşlara müraciət edib - FOTO  

Cəmiyyət 18 İyun 2025, 20:55

1877

"Nəqliyyatın hərəkətinin intensiv olduğu yollarda küçə ticarətinin həyata keçirilməsinin yolverilməzliyi haqda dəfələrlə xəbərdarlıq edilməsinə və görülən inzibati tənbehlərə baxmayaraq, son dövrlər yol kənarlarında müxtəlif məhsulların satışının artdığı müşahidə olunur".

CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlara müraciətində deyilir.

Qeyd olunub ki, ilk baxışda sadə ticarət forması kimi görünən bu cür fəaliyyətlər əslində vətəndaşların həm özləri, həm alıcılar, həm də yol hərəkətinin digər iştirakçıları üçün real təhlükə mənbəyidir:

"Nəqliyyat axınının intensiv və sürətli olduğu yollarda avtomobillərin dayanması, insanların yola çıxması da sürücü və piyadalar üçün ciddi risklər doğurur, eyni zamanda ağır yol-nəqliyyat hadisələrinə səbəb olur. Nəzərə alınmalıdır ki, yollar yalnız nəqliyyat vasitələri üçündür, bu yerlərdə ticarət məqsədilə dayanma və piyadaların hərəkəti qadağandır.

Küçə ticarətinin yay mövsümü ilə əlaqədar insanların bölgələrə istirahətə üz tutduğu bir şəraitdə aparılması isə daha böyük təhdidlər yaradır və belə hallarda baş vermiş yol-nəqliyyat hadisələri faciə ilə nəticələnir.

Xahiş edirik ki, ticarət fəaliyyətinizi yalnız müvafiq dövlət qurumlarının müəyyən etdiyi yerlərdə həyata keçirəsiz. Bir daha qanunvericiliyin tələblərinə riayət etməyə, özünüzün və başqalarının həyatını təhlükəyə atmamağa çağırırıq".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycanda bu şəxslər pensiya ala bilməyəcək — RƏSMİ 

Azərbaycanda pensiya almaq üçün müəyyən şərtlər var. Bu tələbləri yerinə yetirməyən şəxslər pensiya hüququ qazana bilmir. Mövzu ilə bağlı DSMF-in pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov İTV-yə bildirib ki, əmək stajı, yaş həddi və sosial sığorta ödənişləri əsas meyarlardandır:"Pensiya kapitalı üçün minumum hədd olmayan hallar da var. Məsələn hərbi xidmətdə əlil olan şəxslər kapital məbləğindən asılı olmayaraq pensiya hüququ əldə edə bilər. 1 ay işləsə də, ona qanunvericiliyə əsasən, pensiya təyinatı aparılır. Kapital yalnız pensiya məbləğinin hesablanmasında rol oynayır.Əmək pensiyasının təyin olunması üçün isə vətəndaşın gərək əmək fəaliyyəti olmalıdır. Əmək pensiyasının təyin olunması üçün 25 il iş stajı olmalıdır".Onun sözlərinə görə,...

12 Sentyabr 2025, 14:51

Canavarlar haqqında bilmədiyimiz 40 FAKT 

1.Hava şəraitindən asılı olaraq canavarlar 9 km məsafə olan səsləri eşitmək itidarındadırlar.2.Vikinqlər döyüşdən öncə canavar qanı içirdilər. Bu ənənə vikinqlərdə döyüş ruhunu qaldırırdı.3. 20 000 yaşı olan mağarada canavar rəsmləri tapılmışdır.4.Canavarlar 200 milyondan çox qoxunu ayırd etmək qabiliyyətinə malikdirlər.5.Canavar balaları həmişə mavi göz rəngi ilə doğulurlar.6.Qədim dövrlərdə canavarlar yalnız səhra və tropik meşələrdə yaşayırdılar.7.Ac olan canavar bir oturuşa 10 kq əti təkbaşına yeyə bilir.8.Canavarlar üzməyi bacarır və 13 km dayanmadan üzə bilərlər.9.Qarğalar adətən canavarlar yaşayan yerə yaxın ərazidə məskunlaşırlar.10.Qədim Atseklər canavar ciyərlərindən ruhsalxəstəlikləri müalicə etmək üçün istifadə edirdilər.11.Canavar qırmızı kitaba düşərək nəsli qorunan ilk heyvan olmuşdur.12.Canavarlar daha çox hərəkətə reaksiya...

12 Sentyabr 2025, 12:23

Elektron Təhlükəsizlik Xidmətinə rəis müavini təyin olunub 

Elvin Elmar oğlu Şahverdiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisinə müavin təyin olunub.Bu barədə  ETX-dən bildirilib.Məlumata görə, bu təyinata qədər ETX-nin Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun müdiri, eyni zamanda rəis müavininin vəzifəsini müvəqqəti icra edən Elvin Şahverdiyev informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində 15 ilə yaxın təcrübəyə malikdir.Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasının "Avtomatlaşdırma və informasiya texnikası" fakültəsini bitirən rəis müavini peşəkar fəaliyyətinə 2009-cu ildə "ADA-Ticarət" Qapalı Səhmdar Cəmiyyətinin İnformasiya texnologiyaları şöbəsində başlayıb. 2015–2022-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankının Risklərin idarə edilməsi və təhlükəsizlik departamentində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2024-cü ildən isə fəaliyyətini ETX-də...

12 Sentyabr 2025, 11:32

Minimum nəticə göstərən musiqi müəllimləri işə bərpa oluna biləcək 

Attestasiyadan minimal nəticə (5 komissiya üzvündən 2-si tərəfindən “uyğun” hesab edilən) göstərən müəllimlər üçün Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik və İxtisasartırma Mərkəzində xüsusi ixtisasartırma kursları təşkil edilib.Mədəniyyət Nazirliyindən bildirilib ki, onlar müəyyən müddət kurs keçdikdən sonra yenidən xüsusi müsabiqə əsasında imtahan verərək işə bərpa olunmaq imkanı qazanacaqlar.“Attestasiyadan daha aşağı nəticə (4/1 və ya 5/0) göstərən müəllimlərin müraciəti əsasında sözügedən kurslarda iştirakına şərait yaradılsa da, onların xüsusi müsabiqədə iştirakı nəzərdə tutulmur. Habelə belə müəllimlərin təşkil ediləcək müəllimlərin ümumi işə qəbulu imtahanlarında iştirak etməsinə hər hansı məhdudiyyət qoyulmayıb”, - qeyd olunub....

11 Sentyabr 2025, 18:42

Həftəsonuna qədər küləkli hava davam edəcək - XƏBƏRDARLIQ 

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də arabir yağış yağacağı gözlənilir.Bu barədə CityPost.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.Küləkli hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənil

11 Sentyabr 2025, 15:31

Formula 1-lə əlaqədar sentyabrın 15-dən bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 

Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar sentyabrın 15-dən Bakı Şəhər Halqasının (BŞH) əhatə etdiyi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Bu barədə CityPost.az-a  BŞH-dən məlumat verilib.Bildirilib ki, sentyabrın 19–21-i aralığında baş tutacaq yarışla bağlı logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 12-də gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər isə sentyabr ın 15-də, gecə saat 01:00-dan 23 sentyabr səhər saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyətlər tətbiq olunan zonalarda giriş-çıxış yalnız...

11 Sentyabr 2025, 09:59