"6 milyon dolları böldük" - DTX-nın saxladığı Fransa şirkətinin vitse-prezidentinin məhkəməsi
Hadisə 12 Sentyabr 2025, 10:30

380
Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
CityPost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.
A.Derraz ixtisasca mühəndis olduğunu bildirib. Dövlət ittihamçısı isə ondan ixtisasca mühəndis olduğu halda, Fərhad Əhmədovun yaxtasına qoyulan həbsin götürülməsi ilə bağlı olan məhkəmə prosesində hüquq məsləhətçisi kimi necə çıxış etməsi barədə sual ünvanlayıb. A.Derraz bildirib ki, o, məhkəmə prosesində iştirak etməyib: “Mən hüquqşünas deyiləm, proseslərdə də iştirak etməmişəm. Sadəcə, məsləhətlər vermişəm. Fərhad Əhmədovun Dubayda yaxtası var idi. Bu yaxtanın azad olunması üçün ona bir neçə vəkil kömək edib. Mən mühəndis olsam da, hüquqi sahədə təcrübəm var idi. Bir daha qeyd edirəm ki, mən prosesdə iştirak etməmişəm, sadəcə, köməklik etmişəm. İşləri koordinasiya edirdim. Mən onların mandatlı nümayəndəsi idim. Yaxta azad olunmadı və mən bonus almadım”.
Dövlət ittihamçısının “Siz Fərhad Əhmədovla necə tanış olmusunuz, müqavilə kiminlə bağlanıb”? sualına cavab olaraq Derraz bildirib: “Tanışlığımız ortaq dostlar sayəsində baş tutub. Müqavilə də onunla bağlanıb. Aramızdakı müqavilə də hüquqi yardım yox, məsləhət olub. Müqaviləmiz də əsasən Birləşmiş Ərəb Əmirliklərində icra olunurdu. Hüquqi məsləhət zamanı qonorar almışam. Mənim Dubayda bank hesabım olub. Pul İsveçrədən Fərhad Əhmədovun hesabından köçüb”.
Daha sonra təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadə olunub. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, Dubayda yaşayıb. Onun Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəisi Aleksandr Benalla ilə tanışlığı olub. Fərhad Əhmədovla “Luna” adlı yaxtasının həbsdə olması və həbsin götürülməsi üçün kömək lazım olması barədə söhbətləri olub: “London məhkəməsinin əsassız qərarı barədə danışdı. Onlayn formatda görüşdük. Benalla dedi ki, əlaqələri vasitəsilə yaxtanı həbsdən azad edəcək. Mən də hüquqi məsləhət verməli, vəkillər tapmalı idim. Bir növ lobbiçiliklə məşğul olmalı idim. Biz yaxtanın həbsdən azad edilməsi, həmçinin onun sularda azad üzməsini təmin edəcəkdik və bunun üçün müqavilə bağladıq. Müqavilə dəyəri 6 milyon 140 min dollar idi. Biz pulu böldük. 2 milyon 250 min mənə, 3 milyon 290 min dollar Aleksandr Benallaya çatacaqdı. Sonra avans olaraq 400 min dollar Benalla, 200 min dollar mən götürdüm. Qalan pulu da işi tam təhvil verdikdən sonra götürəcəkdik. Pul bizə Fərhad Əhmədovun İsveçrədəki bank hesabından köçürülüb. Mən 15 noyabr 2018-ci ildə müqavilə bağladım. Benallanın da öz müqaviləsi var idi. Sonra mediada oxudum ki, Aleksandr Benalla milyonçu İsgəndər Mahmudovdan pul aldığı üçün məsuliyyətə cəlb edilib. Mən üzərimə düşəni yerinə yetirdim, amma “Luna” azad edilmədi. Lakin mən qonorarımı geri qaytarmadım. Bu, müqavilənin şərtlərində də əks olunmuşdu. Bizə köçürmə zamanı Aleksandr Benallaya bankda problem yaranmışdı. O, pulun “Luna”nın həbsdə olduğu, azad edilməsi üçün olduğunu desə də, bank bunu internetdə axtarıb yanlış olduğu üçün imtina etdi. Məndən də mənbə soruşuldu, mənbəni dedim, problem yaranmadı. Aleksandr Benallaya gəldikdə isə “Luna” həbsdə idi. İnternet ciddi mənbə deyil. Bank deyib ki, guya “Luna” üzərində həbs yoxdur”.
Məhkəmənin növbəti iclası oktyabrın 2-də şahidlərin ifadəsi ilə davam edəcək.
Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.
Həmçinin oxuyun
A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.
DTX tərəfindən Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.
Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş- Dayısı arvadı xilas ola bilməyib...
Gəncədə dayısı arvadını öldürərək dayısının arvadına ağır xəsarət yetirən 43 yaşlı Rəşad Abbasov uzunmüddətli həbsə məhkum edilib.“Qafqazinfo” istintaq materiallarından sözügedən hadisənin necə baş verdiyini öyrənib.Araşdırma nəticəsində məlum olub ki, hadisənin kökündə uzun illər davam edən ailədaxili münaqişələr dayanıb.Rəşad ifadəsində deyib ki, qohumları bir neçə dəfə barışıq və ayrı ev vədi versələr də, heç biri reallaşmayıb. Bu səbəbdən onunla həyat yoldaşı arasında münasibətlər soyuyub. Bu və digər səbəblər də yekunda boşanmaya gətirib çıxarıb. O, boşanmaya qədərki dövrdə dəfələrlə barışmağa cəhd göstərdiyini əlavə edib. Hətta dayısından həyat yoldaşı ilə barışıq üçün vasitəçilik xahiş etsə də, “danışdım, qayınanan razı deyil” cavabını alıb. Bu...
12 Sentyabr 2025, 16:10

Bakıda 35 min manatlıq dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bakıda 35 min manatlıq dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Binəqədi və Nəsimi rayonlarında dələduzluq faktları qeydə alınıb. İki paytaxt sakininin etibarından sui-istifadə edilməklə ümumilikdə 35 min 500 manatı ələ keçirilib. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı A.Sadıqov, tanışı 38 yaşlı N.Məlikov və 24 yaşlı M.Quliyev saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir....
12 Sentyabr 2025, 14:49

Azərbaycanda dəhşətli QƏZA : Dörd polis əməkdaşı həlak oldu
Sentyabrın 12-də saat 5 radələrində Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.CityPost.az-ın xəbərinə görə, rayon sakini, polis əməkdaşı Qüdrət Quliyevin idarə etdiyi BMW markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində vəfat ediblər.Qeyd edək ki, qəzada həyatı itirənlərin hamısı polis əməkdaşlarıdır. Hadisənin yağıntılı hava şəraiti səbəbindən yolun sürüşkən olduğuna görə baş verdiyi ehtimal edilir.Faktla bağlı araşdırma aparılır.
12 Sentyabr 2025, 10:18

14 yaşlı qızla 20 yaşlı oğlan nişanlandı - Ata həbs edildi
Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib. Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın 1987-ci il təvəllüdlü atası S.Fərzalıyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb.O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə “Həri” məclisinin olduğunu deyib.İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzalıyev 8 sutkalıq həbs edilib....
10 Sentyabr 2025, 10:19

684 mini ələ keçirən şirkət rəhbərinə - 10 il həbs verildi
684 min manatlıq dələduzluqda ittiham olunan “Amal+A” MMC-nin direktoru Nadir Quliyevin məhkəməsi başa çatıb. Bakı Ağır Cinatyətlər Məhkəməsində keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.Məhkəmənin hökmü ilə iş adamına 10 il həbs cəzası verilib.Qeyd edək ki, N.Quliyevin işi üzrə 10 nəfər zərərçəkmiş qismində tanınıb. O, müxtəlif vədlərlə həmin şəxslərin ümumilikdə 684 min manatını ələ keçirib.Təqsirləndirilən şəxs özünün də başqaları tərəfindən aldadıldığını və 672 min manat alacağının olduğunu, həmin pulu geri alacağı təqdirdə vurduğu zərəri ödəyə biləcəyini deyib....
08 Sentyabr 2025, 21:19

Sumqayıtda evdə 50 yaşlı kişinin meyiti tapılıb
Sumqayıtda evdə 50 yaşlı kişinin meyiti aşkarlanıb.Hadisə Qurd dərəsi bağlar massivində qeydə alınıb.1975-ci il təvəllüdlü Yaşar Əsabəli oğlu Sadıqovun meyiti öz yaşadığı evdə meyiti aşkar olunub. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
08 Sentyabr 2025, 21:16