Bizə yazın

Baku

-°C

USD

-

Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi 

Cəmiyyət 22 İyul 2025, 10:48

243

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müəssisəyə rəhbərlik Rəşad Əhədova tapşırılıb. Əhədov bundan əvvəl də Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb.

Məlumat üçün bildirək ki, 9 saylı cəzaçəkmə müəssisəsində keçmiş yüksəkvəzifəli məmurlar və generallar saxlanılır. Onların arasında generallar-Bəkir Orucov, Əhməd Əhmədov, Elçin Quliyev, Nizami Şirinov, cinayətlərinə görə general rütbəsindən məhrum edilmiş Mövlam Şıxəliyev, həmçinin keçmiş baş prokuror Eldar Həsənov və İmişlinin əvvəlki icra başçısı Vilyam Hacıyev də var.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Həsən bəy Zərdabinin oğlunun inanılmaz HƏYAT HEKAYƏSİ   

Bu gün Azərbaycanda mətbuat günü qeyd olunur.CityPost.az  xəbər verir  ki, 22 iyul "Milli Mətbuat Günü"  görkəmli ziyalı  Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Mətbuatımızın banisi Həsən bəyin oğlu ilə bağlı maraqlı faktı  təqdim edirik:Səfvət bəy Məlikov 1891-ci ildə Göyçay qəzasının Zərdab kəndində doğulub.Həsən bəy Zərdabinin oğludur.1915-ci ildən fasilələrlə xaricdə, 1927-ci ildən isə Türkiyədə yaşayıb.O, Bakı Realnı məktəbini bitirdikdən sonra 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub.Atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb.1917-ci il inqilabından sonra təhsilini yarımcıq qoyaraq Bakıya geri dönüb.Cümhuriyyət quruculuğu prosesində iştirak edib. Əlimərdan bəy Topçubaşov Səfvət bəyin yeznəsi idi və o Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində Səfvət...

22 İyul 2025, 14:43

Prezident Trampa təşəkkür etdi 

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışından paylaşım etdiyi üçün təşəkkür edib.CityPost.az  xəbər verir ki, dövlət başçısı bununla bağlı “X” hesabında paylaşım edib.“Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həmçinin Prezident Donald Trampın həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliyi ilə bağlı qeyd etdiyim fikirlərimi öz sosial media platformasında paylaşdığına görə ona minnətdarlığımı bildirmək istərdim.Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun...

22 İyul 2025, 14:08

Prezident sərəncam imzaladı   

Prezident İlham Əliyev Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. CityPost.az  sərəncamın mətnini təqdim edir: 1. Altmış bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,1 milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən...

22 İyul 2025, 13:19

Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə paylaşım edib 

Prezident İlham Əliyev 22 İyul - Milli Mətbuat Günü münasibətilə rəsmi "X" hesabında paylaşım edib.CityPost.az  xəbər verir ki, paylaşımda deyilir:"Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edirəm. Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb.Xankəndi, 19 iyul 2025-ci ilIII Şuşa Qlobal Media Forumu".

22 İyul 2025, 10:39

Rusiyadan azərbaycanlılarıa bağlı  AÇIQLAMA 

Rusiyada qanuna tabe olan azərbaycanlılara hörmət edirlər, Rusiya Federasiyası isə Azərbaycanda ruslara hörmət edilməsini vacib sayır. CityPost.az    xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib."Azərbaycanda ruslara hörmət edilməsi bizim üçün çox vacibdir", - Peskov vurğulayıb.O xatırladıb ki, Rusiya Federasiyasında yaşayan çox böyük Azərbaycan diasporu var və onlar ölkədə layiqincə hörmət edirlər. Bununla belə, Peskov əlavə edib ki, qanunları pozan vətəndaşlar məsuliyyətə cəlb olunur.İyulun 8-də Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bəyan edib ki, Bakı müxtəlif ölkələrlə, o cümlədən Rusiya ilə normal ikitərəfli münasibətləri saxlamağa çalışır. O qeyd edib ki, müxtəlif...

21 İyul 2025, 14:51

Sabah ölkə ərazisində 41 dərəcə isti olacaq 

İyulun 22-də gözlənilən hava şəraitiİyulun 22-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitiBildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.Sabah Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-27° isti, gündüz...

21 İyul 2025, 12:40