İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Cəmiyyət 25 Avqust 2025, 11:55

736
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 25-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul edib.
CityPost.az xəbər verir ki, Stiven Douti Vaşinqtonda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması ilə əlaqədar əldə olunmuş tarixi nəticələr münasibətilə dövlət başçısına təbriklərini çatdırıb, ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu bildirib.
Qonaq həmçinin Vaşinqtonda regional nəqliyyat bağlantıları ilə bağlı əldə edilmiş nəticələrin əhəmiyyətinə toxunub.
Stiven Douti ötən il COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsi və qazanılmış uğurlar münasibətilə təbriklərini çatdırıb.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinin və Ermənistanla normallaşma prosesinin irəli aparılması üçün bundan sonra da səylərini davam etdirəcəyini deyib.
Dövlət başçısı COP29 zamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin Azərbaycana səfərini və onunla keçirilmiş görüşünü xatırlayıb.
Həmçinin oxuyun
Söhbət zamanı Azərbaycanla Böyük Britaniya arasında əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, siyasi münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə olunub.
İqtisadi, ticari, informasiya-kommunikasiya texnologiyaları, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğu bildirildi. Azərbaycanla Böyük Britaniya arasında enerji sahəsində əlaqələrə toxunularaq, bu xüsusda ölkəmizlə bp arasında 30 ildən artıq davam edən səmərəli əməkdaşlıq qeyd olunub, bunun həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində uğurla həyata keçirildiyi vurğulandı. Bp ilə qarşılıqlı faydalı əməkdaşlığın qarşıdan gələn onilliklər ərzində də davam edəcəyinə ümidvarlıq ifadə olunub.
Sonda qonaq dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Sabah üç rayonda qaz olmayacaq
Sabah Ağdaş, Zaqatala və Şəki rayonlarının bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.Bu barədə CityPost-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, Zaqatala Rayon Qaz İstismar İdarəsinin Ağdaş xidmət sahəsində Dəhnəxəlil qazpaylayıcı stansiyadan (QPS) qidalanan Türyancay qəsəbəsinə gedən PE-110 mm-lik əhali qaz xəttinin kipliyə davamlığı yoxlanılacaq. Bu məqsədlə avqustun 28-də saat 09:00-dan işlər yekunlaşanadək Ağdaş rayonu Türyancay qəsəbəsində cəmi 69 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.Bundan başqa, Zaqatala rayonu ərazisində D-219 mm-lik Əliabad QPS qolu yüksək təzyiqli qaz kəmərinin yerüstü cəkilmiş hissəsinin yeraltına salınacaq. Bu səbəbdən sabah saat 10:00-dan işlər yekunlaşanadək Zaqatala rayonu Əliabad, Mosul, Yengiyan, Bəhmədli...
27 Avqust 2025, 20:56

Sabah 39 dərəcə isti olacaq - PROQNOZ
Azərbaycanda avqustun 28-də 39 dərəcə isti olacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-55 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 22-26, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz...
27 Avqust 2025, 12:49

Nazirlər Kabinetində Prezidentin Vaşinqton səfəri ilə bağlı xüsusi iclas keçirilir
Nazirlər Kabinetinin Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclası keçirilir.CityPost.az xəbər verir ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda hökumət üzvləri iştirak edirlər.İclasın davamında onların çıxışı nəzərdə tutulur.
26 Avqust 2025, 15:43

"Sədərək" Ticarət Mərkəzindəki yanğınla bağlı araşdırmalara başlanılıb, ekspertiza təyin edilib
"Sədərək" Ticarət Mərkəzi ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırmalara başlanılıb."Report"un əldə etdiyi məlumata görə, faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq və Əməliyyat İdarəsində yanğının yaranma səbəbləri ilə bağlı araşdırma aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilib.Qeyd edək ki, avqustun 24-də baş verən yanğın ötən gün Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.Yanğınla bağlı 13 nəfər tüstüdən zəhərlənib.
26 Avqust 2025, 10:36

Bu gün Mehriban Əliyevanın doğum günüdür
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.CityPost.az xatırladır ki, Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.1988-1990-cı illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda “Göz xəstəlikləri” ixtisası üzrə kliniki ordinatura keçib. 1990-1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.1995-ci ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan...
26 Avqust 2025, 06:38

Bəxtiyar Ersay Azərbaycandakı vəzifəsindən azad olundu
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri Bəxtiyar Ersay vəzifəsindən azad olunub.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, onun Türkiyədəki yeni vəzifəsi ilə əlaqədardır.Belə ki, Bəxtiyar Ersay bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib. General artıq yeni vəzifəsinin icrasına başlayıb və 1-ci Ordunun komandanı kimi “Teknofest” festivalına qatılıb.Xatırladaq ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib. O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır....
25 Avqust 2025, 20:38