“Efir saqqız çeynəmək yeri deyil” - Şairdən Zaur Kamalın oğluna irad +Video
Cəmiyyət 01 Oktyabr 2024, 11:26

2013
Aparıcı Zaur Kamalın ARB kanalında yeni sezon efirində oğlu ilə aparıcılıq etməsi maraqla qarşılanıb.
CityPost.az xəbər verir ki,efirlərin birində Zaur Kamalın aparıcılıq edən oğlu canlı yayım zamanı saqqız çeynəyib. Qeyd olunan görüntülər sosial şəbəkələrdə tənqidlə qarşılanıb. Bəzi sosial şəbəkə istifadəçiləri aparıcının oğlunun canlı yayımda saqqız çeynəməsini tamaşaçıya hörmətsizlik kimi qəbul edib.
Mövzu ilə bağlı saytımıza açıqlama verən şair Şəmsi Vəfadar bildirib ki,aparıcının oğlu daha peşəkar olmalı idi.
Həmçinin oxuyun
(Şəmsi Vəfadar)
“Polisin oğlunun polis, həkimin oğlunun həkim,müəllimin oğlunun müəllim olduğunu görmüşük. Onlar əslində daha mükəmməl olurlar. Zaur Kamal də gənc yaşlarından televiziyadadır. Onun oğlunun efirdə saqqız çeynəməsi təəssüf doğurur. Bu onu göstərir ki, Zaur Kamal yaxşı aparıcı deyil. O,yaxşı aparıcı olsaydı, oğluna efirdə saqqız çeynəməyi yox,ona aparıcılığın sirrlərini aşılayardı. Zaur Kamal özü də əvvəllər verilişlərdə çağırdığı qonaqlara yersiz sualları ilə yadda qalıb. Qadın qonaqlara efirdə “subay olsaydın mənə gələrdin”? deməsi tamaşaçılarda ikrah hissi doğurur... ”,-deyə Şəmsi Vəfadar bildirib.
Nigar
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

İlham Əliyev Məhkəmə-Hüquq Şurasının yubiley konfransının iştirakçılarına müraciət edib
Azərbaycan Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.CityPost.az-ın məlumatına görə, müraciətdə deyilir:"Hörmətli konfrans iştirakçıları,Sizi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun bünövrəsini qoymaqla, insan hüquqlarının təmin olunmasını dövlətin ali...
18 İyun 2025, 16:19

Prezident Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş konfransın iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.
18 İyun 2025, 16:14

Kazino ilə bağlı rüsum ödəniləcək - Detallar məlum oldu
Xəbər verdiyimiz kimi, Azərbaycanda kazino oyunlarının təşkilinə icazə verilir.CityPost.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclaslarında müzakirəyə çıxarılan “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.Məlum olduğu kimi 2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin Qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni...
18 İyun 2025, 14:51

Sabahın hava proqnozu açıqlanıb
İyunun 19-da gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən
18 İyun 2025, 12:30

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi
İyunun 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” qüvvəyə minir.
18 İyun 2025, 12:15

Baş Prokurorluq: Bank kartlarından oğurluq halları artıb
Son dövrlərdə bank kartlarından oğurluq hallarında artım müşahidə olunur.
18 İyun 2025, 12:00